beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AIDS-ə tutulmuş bir kəs necə tövbə etsin?

Sual: Bir nəfər AİDS-dən əziyyət çəkir və həkimlər demişdirlər ki, onun yaşamasına çox az qalıb. Belə bir vaxtda onun tövbə etməsinin hökmü nədir?

Cavab: Həmd Allaha məxsusdur.
Hətta ölüm anında olsa belə, həmin insan tövbə etməyə tələsməlidir. Çünki nə qədər ki, insanın ağlı başından çıxmayıb tövbə qapısı hər zaman onun üçün açıqdır. Ona söyləsələr ki: “Sənin ömrünə az qalıb”, buna baxmayaraq o tövbə etməyə tələsməli və asiliklərdən çəkinməlidir. Çünki insanların ömürləri Allahın əlindədir. Həkimlər zənnlərində xəta edə bilərlər və xəstə ola bilsin ki, uzun müddət yaşasın. Məsələn necə olursa-olsun, əsas odur ki, o tövbə etməyə tələsməli və tövbəsində sadiq olmalıdır ki, Allah onun tövbəsini qəbul etsin.

Allah Sübhənahu və Təala buyurur:
“Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız”. (Ən-Nur 24:31)

“Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram”. (Ta-Ha 20:82)

Həmçinin, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

“Ölüm xırıltısı nə qədər ki, xirtdəyə çatmayıb Allah qulun tövbəsini qəbul edir”, yəni ölməkdə olan insan nə qədər ki, huşunu itirməyib, Allah onun tövbəsini qəbul edir.


Tarix: 04.04.2013 / 21:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Maraqlı melumatlar