beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sual: Sələmçiliklə(Faizlə) pul qazanan insanın verdiyi hədiyyəni qəbul etmək olar?

Cavab: Mən sizdən soruşuram. Yəhudilər faiz yeyirlər yoxsa yox? Uca Allah demişdir: “Və qadağan olunmasına baxmayaraq, sələm (faiz) aldıqlarından, haqsız yerə xalqın malını yediklərindən dolayı (halal olanı onlara haram buyurduq). Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq!”. (ən-Nisa, 161)

Lakin buna baxmayaraq Peyğəmbər –Ona Allahın salavatı və salamı olsun – hədiyyələrini qəbul etmişdir. Xeybərdə ona qoyun hədiyyə edən qadının hədiyyəsini qəbul etdi. Onlarla əlaqədə oldu. Dünyasını dəyişdikdə zirehi yəhudidə (girovda) idi. Bütün bunlara əsasən bizdə qayda var: Qazanılma yolu haram edilmiş bir şey yalnız onu qazanana haramdır. Həmin şeyi icazəli yolla götürən şəxsə isə problem yoxdur. Beləliklə, sələmçiliklə pul qazananın hədiyyəsini qəbul etmək olar. Həmçinin onunla alış-veriş etmək də olar. Amma onunla alış-veriş etmək və ondan hədiyyə qəbul etmək kimi əlaqələri kəsməkdə məsləhət varsa, bunu həmin məsləhətin hasil olması üçün etməmək olar.

Özlüyündə haram olan əşyalara gəlincə isə bunlar onu götürənə də, digərlərinə də haramdır. Məsələn, əgər yəhudi və nəsranilər kimi içkini icazəli görən bir şəxs mənə içki hədiyyə edərsə həmin içkini götürə bilərəm? Xeyir, çünki o, özü-özlüyündə mənə haramdır. Həmçinin, birisi oğurladığı bir şeyi mənə verərsə onu götürmək mənə haramdır, yoxsa yox? (Cavab) Haramdır. Çünki o özü-özlüyündə haramdır.

Bu qayda sizə bir çox problemlərin həllini asanlaşdırar. Qazanılma yolu haram olan bir şeyi qazanana günah var. Onu halal yolla götürənə isə yox. Yalnız bu hədiyyəni götürməməkdə, onunla alış-veriş etməməkdə və onunla birgə yemək yeməyib onun tərk olunmasında daha böyük bir məsləhət varsa bu məsləhətin hasil olunması üçün bunu etmək olar. Məgər Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – yəhudinin qonaq çağırmasına cavab olaraq onun yeməyindən yemədimi? (açıq görüş, 2)

Muhammad ibn Salih əl Useymin


Tarix: 03.04.2013 / 22:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 89 Bölmə: Maraqlı melumatlar