beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeyri-müsəlman bir kəsin qeybətini etmək

Sual: Sizdən bu suala aydınlıq gətirmənizi xahiş edirik: qeyri-müsəlman birinin qeybətini etmək müsəlman qeybətini etmək kimi eyni hökm daşıyır?

Cavab: Həmdü sənalar Allaha məxsusdur.

Əvvəla, bilmək lazımdır ki, bir insan haqda qaba, kobud sözlər danışmaq müsəlmanın əxlaqından deyil. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Müsəlman tənə etməz, lənət etməz, pis-fahiş sözlər söyləməz və yaxud kobud, qaba sözlər danışmaz”. Bu hədisi Tirmizi rəvayət edib və qərib həsən hədisdir. Şeyx Albani bu hədisi səhih olaraq təsnif edib.

Hər kim müəyyən bir şeyi dəfələrlə edirsə, bu cür etməyi artırırsa, bu onda vərdişə, adətə çevrilir. Ona görə də müsəlman bir kəs şər, münkərə aparan, istər kiçik , istərsə də böyük olsun, bütün şər qapılarından özünü uzaq tutmalıdır. Kim qoyun sürüsünü padşahın qoruğuna yaxınlaşdırarsa, hüdudu, sərhədi keçməyinə az qalar.

İkincisi, sizin sualınız bir kafirin məsələn burnunun uzun olduğu və yaxud ağzının böyük olduğu və s. bu kimi fiziki qüsurlarını, eyiblərini xatırlatmaqla qeybət etmək haqqında isə, o zaman siz bu cür etməyi tərk etməlisiniz. Çünki bu cür etmək Allahın yaradılışına istehza etməkdir. Yox əgər kafir birinin açıq-aydın işlədiyi zina və əxlaqsızlıq və yaxud spirtli içki içmək kimi pis əxlaqi xüsusiyyətlərini zikr etmək və ondan çəkindirmək məqsədi daşıyırsınızsa, o zaman bu cür etməkdə bir xəta yoxdur.

Mövzu ətrafında aşağıda elm əhlindən bəzilərinin şərhi verilib:
Zəkəriyyə əl-Ənsari deyib: “Zimmi (islam hakimiyyəti altında yaşayan qeyri-müsəlman) kafirin qeybətini etmək haramdır. Çünki bu onların ödədiyi cizyəni qəbul etməkdə onlarda nifrət yaradır və Peyğəmbərin sallallahu aleyhi və səlləm kəlamlarına görə zimmə əhdinə (qeyri-müsəlman şəxslər ilə islam dövləti arasında olan razılıq) ziddir.

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Kim zimmi barəsində onu təhqir edici, əziyyət verici sözlər ilə zikr edərsə cəhənnəmi qazanıb”. Hədisi İbn Hibban “Səhih” əsərində rəvayət edib.

Hərbi (müsəlmanlar ilə döyüşən, müharibə edən) bir kafirin qeybətini etmək mübahdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Həssənə (şair) əmr edərdi ki, müşrikləri həcv etsin. Əsnə əl-Mutaalib mə Həəşiyəti, cild.3, səh.116

Əhməd ibn Həcər əl-Heytəmi “əl-Zəvəəcir ən İqtiraaf əl-Kəbəəir” (cild.2, səh.27) əsərində demişdir:

“Əl-Qəzalidən kafirin qeybətini etmək barədə soruşdular. O belə cavab verdi: “Müsəlmanın qeybətini etməyə gəldikdə bu üç səbəbdən dolayı qadağandır: əziyyət vermək, Allahın yaratdıqlarını tənqid etmək, çünki Allah Öz qullarının əməllərini Yaradandır; və faydası olmayan bir şeyə vaxtı zay etmək.

Birincisi haramdır, ikincisi məkruhdur və üçüncüsü isə salamatı bunu tərk etməkdir.

Zimmiyə gəldikdə söhbət əziyyət verməkdən gedirsə onun hökmü müsəlmana şamil olunan hökmdə olduğu kimidir. Çünki Şəriət Qoyucu onun ırzını, qanını və malını qorumuşdur.

əl-Xadim əsərndə deyilir: “Birinci rəy doğrudur. İbn Hibban “Səhih” əsərində rəvayət edir ki, peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Kim bir yəhudi və nəsrani barədə təhqir edici, əziyyət edici sözlər söyləyərsə onun üçün cəhənnəm var”, mənası odur ki, bir insana əziyyət verəcək bir şeyi ona eşitdirmək. Bundan daha güclü dəlillər var, yəni bunun haram olmasına dair.

Əl-Qəzzali demişdir: “Hərbiyə (müsəlmanlar ilə döyüşən kafir) gəldikdə, birincisi haram deyil və ikincisi, üçüncüsü isə məkruhdur.

Bidət edən kəsə gəldikdə, əgər onun bidəti onu kafir edərsə, o zaman o hərbi kimidir, əks halda müsəlman hökmündədir. Lakin onun bidəti barədə danışmaq məkruh deyil. İbn əl-Munzir Peyğəmbərin sallallahu aleyhi və səlləm “Qardaşını onun xoşlamadığı bir şey ilə xatıratmandır” kəlimələri ilə əlaqədar demişdir: “Bu dəlalət edir ki, qardaşın olmadığın bir kəs məsələn yəhudi və nəsrani olduğu zaman və yaxud hər hansı bir dinin davamçısı və ya bidəti onu islam dairəsindən çıxaran bir kəs olduğu zaman bu qeybət sayılmır”


Tarix: 03.04.2013 / 22:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 230 Bölmə: Maraqlı melumatlar