beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: İslamın həqiqəti nədir?

Sual: İslamın həqiqəti nədir?

Cavab: İslamın həqiqətdə nə olduğunu Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – Cəbrayılın – ona Allahın salamı olsun– sualına cavab verərkən açıqlamışdır. O demişdir: “İslam Allahdan başqa ibadətə layiq məbudun olmamasına və Məhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılıb zəkat vermək, oruc tutmaq və imkanın olanda Kəbə evini ziyarət etməkdir”. Buna həmçinin Allaha, mələklərinə, kitablarına, elçilərinə, axirət gününə və xeyir və şərin Qədərdən olmasına iman gətirmək və Allaha Onu görürmüş kimi, əks halda isə Onun səni görməsini dərk edərək ibadət etmək də daxildir.

Belə ki, İslam kəliməsi müstəqil şəkildə işləndikə bunları özündə ehtiva edir. Uca Allah buyurmuşdur: “Həqiqətən Allah qatında din yalnız İslamdır”. [Ali İmran 3:19]

“Cəbrayıl hədisi” kimi tanınan hədisdə də Peyğəmbərdən – Ona Allahın salavatı və salamı olsun – İslam, İman və Ehsan haqqında soruşduqda O yuxarıda qeyd olunan şəkildə cavab vermiş və Cəbrayılın bunlar haqqında soruşmasından məqsədin insanlara dinlərini öyrətmək olduğunu xəbər vermişdir. Heç birimizə gizli deyil ki, İslam dini Allahın əmrlərinə zahirən və daxilən əməl edib eyni şəkildə də qadağan etdiklərindən çəkinməkdir. Kamil olan İslam dini bundan ibarətdir.

Allah müvvəfəq etsin! Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və əshabələrinə Allahın salavatı və salamı olsun!


Tarix: 03.04.2013 / 22:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Maraqlı melumatlar