beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namaz, Məscid , Əzan və sairə məsələlərlə bağlı fətvalar

Məscidə getmək barədə

1-ci sual:
Bir şəxs məscidə gedərkən yolda fəhlələri görüb, onların yanında dayanıb onlara nəsihət edir, onlara namazlarını qılmalarını əmr edir, sonra isə onların yanında durma səbəbi ilə birinci təkbirə geçikir. O şəxsə birinci təkbir edənlərin əcri,savabı yazılırmı?

Cavab:
O şəxsə birinci təkbir edənlərdən də daha çox əcr (savab) yazılır. Çünki birinci təkbirə yetişməyin hökmü sünnətdir. Amma bunlara nəsihət etmək və yaxşılığı əmr etmək həqiqətən də çox vacibdir. Ona görədə birinci təkbirə yetişənlərdən daha çox savaba nail olmuş olur (Şeyx Useymin cavab vermişdir).



Xəfif (şəffaf) paltarda namaz qılmağın hökmü.

2-ci sual
İnsanlardan bir çoxu var ki, bədəni göstərən xəfif, nəzik (şəffaf) paltar ilə namaz qılırlar və bu paltarın altından budunun yarısını keçməyən qısa şalvar geyinirlər (şortik). Bu cür paltarın arxasından budu görsənir. Bu kəslərin
namazlarının hökmü nədir?

Cavab:
Belə namaz qılanların hökmü paltarsız namaz qılanın hökmü ilə eynidir. Xüsusi ilə bu dizdən yuxarı olan qısa şalvarda olduqda paltarsız namaz qılmış kimi sayılır. Çünki şəffaf paltarlar, hansılar ki, bədəni (dərini) bildirir (göstərir), bu cür paltarlar örtük deyildir (örtük sayılmaz). Onların olmaması paltarların olmaması kimidir və ya olmama hökmündədir. Buna əsasən onların namazı alimlərin ən doğru qövlünə görə səhih deyildir. İmam Əhmədin məzhəbində Allah ona rəhmət eləsin bu rəy məşhurdur. Çünki namaz qılan kişilərə vacibdir ki, ən azından göbək ilə dizin arasında olan məsafəni örtsünlər. Belə ki, yaxın izzət və cəlalət sahibi olan Allahın sözünə tabi olmaq və tutunmaq Allahın qullarına mütləq vacibdir. Uca Allah buyurur: “Ey Adəm oğulları məscidlərə getdikdə geyimlərinizi geyinin (ƏRAF 31).
O kəslərə iki şey vacibdir, ya geyindikləri bu qısa şalvarın üstündən bədəni göstərməyən qalın paltar geyinsinlər , ....... ikinci ci halı şeyx zikr etməyib. Bu sualı şeyx Üseymin cavablandırmışdır (Məcmuu fətava).


Mən məscidə daxil olduqda müəzzin azan verirdi. Belə halda ən əfzəl əməl hansıdır?

3-cü sual:
O vaxt ki, insan məscidə daxil olur. Eyni anda müəzzin azan verir. Məscidə daxil olan üçün ən əfzəl, ən üstün əməl hansıdır, nədir?

Cavab:
Əfzəl odur ki, müəzzinə icabət edəsən, yəni cavab verəsən (yəni onun çağırdığı Azan sözlərini təkrar edəsən) və sonra varid olan dualar ilə dua edəsən. Ondan sonra təhiyətul məscid namazını qılasan. Yalnız bəzi alimlər istisna ediblər ki, Cümə günü ikinci azan da daxil olarsa və müəzzinin Azan verdiyini eşitdikdə azanı gözləmirsən, o halda xütbəyə qulaq asmaqdan ötəri təhiyyətul məscid (salam) namazını tez qılırsan. Alimlər bunun səbəbini belə izah edirlər ki, xütbəyə qulaq asmaq vacib, müəzzinə icabət isə vacib deyildir. Vacibi qorumaq qeyri vacibi yerinə yetirməkdən daha önəmlidir (Şeyx Useymin, Məcmuu Fətava).



Azandan sonra məsciddən çıxmaq

4-cü sual
Fəzilətli şeyxdən, Allah onu xeyrlə mükafatlandırsın, Azan verildikdən sonra məsciddən çıxmaq haqqında soruşuldu.

Cavab:
Əbu Hüreyrə (Allah ondan razı olsun) Azan verildikdən sonra məsciddən çıxan bir kişini görüb dedi: Amma bu artıq Əbul Qasimə (Allahın salamı və salavatı onun üzərinə olsun) asi oldu (Müslim rəvayət edib).
Asilik isə əsildə haramdır, qadağan olunmuşdur. Allah təala buyurur ki: “Kim Allaha və onun Rəsuluna (elçisinə) asi olarsa artıq açıq aydın zəlalətə (azğınlığa) düşmüşdür (Əl Əhzab 36). Buna görə də elm əhli buyurub ki, insan üçün Azan verildikdən sonra üzr olmadan məsciddən çıxmaq caiz deyildir. Belə halda bir çox üzrlər ola bilər, məsələn dəstəmaz üçün çıxıb və gayıtmaq. Amma kiçik və böyük ehtiyacı yoxdursa camaat namazının ötüb keçməsindən qorxarsa onda çıxmır. Əgər kiçik və böyük ehtiyacı olarsa və onu sıxıb saxlayarsa onda o halda çıxmalıdır. Bu vaxt istər namazın vaxtı keçsə belə bunu etməlidir. Çünki Muhamməd (Allahın Salamı və Salavatı onun üzərinə olsun) buyurmuşur ki, yemək hazır olduqda namaz qılınmaz, həmçinin kiçik və böyük ayaqyoluna ehtiyac olduqda sıxılıb saxlanarsa yenə də namaz gılınmaz (Müslim rəvayət edib).
Biz fərz edək ki, bir kəs namazı gözləyir sonra isə onu sıxıntı tutaraq kiçik və böyük yel ayrıltısı olur və həmçinin insanlardan bəziləri vardır ki, onlarda qazlar əmələ gəlir və ona mane törədir. Belə olduqda çıxıb ehtiyacı ödəyib geri qayıtmaq eyb etməz. Əgər camaat namazına çatarsa nə gözəl, çatmazsa belə yenə eyb etməz (Şeyx Useymin, Məcmuu Fətava).


Tarix: 02.04.2013 / 19:38 Müəllif: *Beyaz_Gul* Baxılıb: 344 Bölmə: Maraqlı melumatlar