beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

10012 3 4 5 Müsəlman qadın vaxtını necə dəyərləndirir?

Abdullah ibn Məsud (Allah ondan razı olsun) buyurur:

- Günəş qürub edərək ömrüm azalarkən, həmin gün əməlimi artıra bilmədiyimə peşman olduğum qədər, heç bir şeyə peşman olmamışdım!
Əsl ömür doğulandan ölümə qədər yaşanılan illər qədər deyildir. Əsl ömür- yalnız Allah qatında olan gözətçinin yazdığı saleh əməllər və xeyirli işlər qədərdir.

Rasulullah (Allahın ona salavat və salamı olsun) buyurur:

- "Qiyamət günü gətirilən hər bir bəndə dörd şeydən soruşulacaqdır.” Bunlardan biri də "Ömrünü harada keçirdin?” sualı olacaqdır.
Həyat gündəlik olaraq yeyib-içmək, yuxu və əyləncə, oyun və oyuncaq, zinət və öyünmək deyildir. Bu ancaq qafil insanların həyatıdır. Sənin yaradılışında yalnız bir qayə vardır: "Sən heç bir şəriki olmayan Allaha qulluq üçün yaradıldın!”
Qadın nə üçün asudə vaxtını boşa keçirir?

1- Çünki planları və xeyirli əməlləri sabaha saxlayır:

O bir əməl etmək istədikdə şeytan ona gəlib deyir: "Sabah edərsən, sonra edərsən!” Və beləcə o da, edəcəyi işi sabaha saxlayaraq ömrünü bu xeyirli əməlləri etmədən keçirir. Sonraya saxlama və əməl etməyə indidən başla!

2- Çünki faydasız şeylər ilə məşğul olur:

Bəzən isə bu haram da ola bilər. Məs: əxlaqsız qəzetləri izləmək, haram olan kasetləri dinləmək, seriallara baxmaq, uzun müddət telefonla danışmaq, lüzumsuz yerə evdən çıxmaq və s.
Ey mübarək qadın! Vaxtını Quran oxuyaraq, dini kitabları mütaliə edərək, peyğəmbərlərin qissələrini oxuyaraq keçir. Bax, bundan sonra evində bərəkət, təmizlik və iffət tapacaqsan!

3- Çünki pis rəfiqələri özünə örnək seçir:

Bəzi qadınlar vaxtlarını dəyərsiz kəslərə baxmaqla keçirirlər. Hətta bəzi qadınlar, "filan qadın vaxtını məndən çox zay etdi” – deyib özünü məzəmmət də edirlər!

4- Çünki əksik və zəif olduğunu düşünür:

Bəzi qadınlar güclü olduqları və vaxtlarından səmərəli istifadə edə bilmək qüdrətinə malik olduqlarına baxmayaraq – öz-özlərini ruhdan salırlar. Nə vaxt bir işə əl qoyarlarsa, bu işi yerinə yetirə bilməyəcəklərini düşünərlər.

Bunun əlacı isə Allahdan kömək umaraq, bu düşüncənin şeytanın bir vəsvəsi olaraq qəbul etməkdir. Nəfsini yavaş-yavaş əməl etməyə təşfiq et!. Uca Allah buyurur:
- Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. (Ənkəbut surəsi, 69)

Ey müsəlman qadın! Günlük plan hazır et: Səhərdən axşama kimi vaxtının hər bir anından necə istifadə edəcəyin üçün özünə günlük plan qur və bacardığın qədər bu plana müvafiq əməl et ki, həyatının qızıldan dəyərli vaxtlarını zay etməyəsən. Unutma ki, keçən vaxtı bir daha geri qaytarmaq mümkün deyildir!
Gündəlik zikrləri əzbərlə.

Çünki Allaha ən sevimli qul, dili daim Allahın zikrindən islanan bir kəsdir.
[‘Keyfə təstəğillu əl-Məratul Muslimə Vaqtəhə’- adlı risalədən


Tarix: 04.12.2014 / 10:53 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Maraqlı melumatlar