beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dini kəlamlar1

Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən sonra ən yaxşı iş müsəlmanı şad etməkdir.”

Həzrət Əli (ə) buyurur: "İmanın ən möhkəm bağı Allaha görə dostluq və Allaha görə düşmənçilikdir.”

Həzrət Əli (ə) buyurur: "Başqalarına eyib bildiyini özünə də eyib bil.”

Həzrət Məhəmməd (s) buyurur: "Allahın ən sevdiyi iş dili saxlamaqdır.”

Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı yemək çox adamın oturduğu süfrədəki yeməkdir.”

Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı bəndə xoşxasiyyət olanıdır.”

Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən sevimli bəndə Onun bəndələrinə daha faydalı olan kəsdir.”

Həzrət Məhəmməd (s) buyurur: "İmanını xalis (riyasız) et ki, az ibadət belə sənə kifayət etsin.”

Həzrət Məhəmməd (s) buyurur: "Xalqın ən təqvalısı xeyrinə, ya da zərərinə belə olsa, həqiqəti deyən kəsdir.”

Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı iş, davamlı olan işdir, az olsa da belə.”

Həzrət Məhəmməd (s) buyurur: "Özün üçün istədiyini xalq üçün də istə ki, mömin olasan.”

Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən sonra ən yaxşı iş müsəlmanı şad etməkdir.”

Həzrət Əli (ə) buyurur: "İstər zarafata, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil.”

Həzrət Əli (ə) buyurur: "Heç bir əməl yalan kimi çirkin deyil.”

Həzrət Məhəmməd (s) buyurur: "İmanla küfr arasındakı məsafə namazın tərki qədərdir.”

İmam Rza (ə) buyurur: "Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir.”

İbn Abbas (r) nəql edir: "Həzrət Əlinin (ə) xidmətində olduğum vaxt onun öz ayaqqabısını yamadığını gördüm. İmam (ə) soruşdu ki, bu bir tay ayaqqabının qiyməti nə qədərdir? Dedim ki, dəyəri yoxdur. Həzrət (ə) buyurdu: "And olsun Allaha, haqqı ayağa qaldırıb, batili məhv etmək istəməsəydim, mənim üçün bu bir tay ayaqqabı sizə hakimiyyətdən dəyərli olardı.”

İmam Təqi (ə) buyurur: "Möminin izzəti xalqa möhtac olmamasındadır.”

İmam Sadiq (ə) buyurur: "İnsanlar üç qisimdirlər: alimlər, tələbələr və su üstə olan saman çöpü kimi adamlar (nə öyrənən, nə də öyrədənlər).”

İmam Həsən (ə) buyurur: "Əgər müstəhəb işlər vacib işlərə zərər vurursa, onları boşlayın.”

İmam Kazim (ə) buyurur: "Allah, çox yatıb, bekar gəzən bəndəsini düşmən tutur.”

Həzrət Əli (ə) buyurur: "Allaha qarşı itaətsizlik edilməyən gün bayramdır.”

Həzrət Əli (ə) buyurur: "Ən pis adam səhvi bağışlamayan və eybi örtməyəndir.”

İmam Həsən (ə) buyurur: "Xalqla elə davran ki, səninlə o cür davranmasını istəyirsən.”

İmam Səccad (ə) buyurur: "Ən qiymətli adam dünyanın kimin əlində olmasına etina etməyəndir.”


Tarix: 03.12.2014 / 17:26 Müəllif: Aziza Baxılıb: 121 Bölmə: Maraqlı melumatlar