Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

(Tərbiyədə cəzanın yeri)

Bir çoxlarının fikirləşdiyi kimi tərbiyə; döymək, söymək, şiddət və təhqir deyildir. Tərbiyə, ancaq yeni yetişməkdə olan gəncin mümkün olan kamala çatdırılmasıdır. ..
Üstəlik dinimiz kiçik uşağa məsuliyyət yükləməmişdir. Cəzaya meyl etdirməyi dayaqdan başqasıyla düzəlməyəcək insanların müalicəsində tərbiyəçiyə köməkçi bir səbəb kimi görmüşdür... Bu da ancaq, Məhəmməd peyğəmbərin (s.ə.s) hədisində də göründüyü kimi təmyiz yaşından sonra üçün lazımdır: “Yeddi yaşındakı Uşağınıza namazı əmr edin. On yaşında əgər qılmasa döyün”.(Əbu Davud, Hədis ? 418, Əhməd)
Bu hədisdən, uşağı namaza vərdiş etdirmək üçün on yaşından əvvəl döyməyin doğru olmadığını başa düşürük.
(Tərcüməçidən: Ən gözəli o olardı ki, biz uşaqlarımızı döyməklə tərbiyə etməyək. Burada da elə başa düşülməsin ki, Peyğəmbərimiz (s.ə.s) uşaqlarımızı döyməklə tərbiyə etməyi bizə öyrədib. Biz elə gözəl tərbiyə üsulları tapmalıyıq ki, Peyğəmbərimizin (s.ə.s) əmr etdiyi döymə üsuluna ehtiyac qalmasın. Peyğəmbərimiz (s.ə.s) bunu ən son məqamda artıq başqa bir üsul tapa bilmədikdə icra etməyimizi bizə əmr edib. )

Buradakı ədədbləndirmənin döyməkdən başqa bir şeylə olması yaxşıdır.
A- Peyğəmbərin (s.ə.s) istiqamət verməsindən biri də uşaqlara ailə qorxusunu və xəta edəni cəzalandıracaqlarını hiss etdirməkdir. Səhih bir hədisdə belə buyrulmuşdur: “Dəyənəyi ailə fərdlərinin görəcəyi yerə asın. Çünki, bu onlar üçün ədəbdir”. Şübhəsiz ki, dəyənəyin görünməsi istifadə edilməsinə şərait yaratmaz.
B- Cəzanın növü isə, mütləq uşaqda ağrı verəcək şəkildə olmamalıdır. Yüngül, normal bir danlağın və sərt bir səs tonunun, gözəl bir uşaqda meydana gətirdiyi tərbiyə, dayağa vərdiş edilmiş bir uşağa tədbiq olunan sərt bədəni cəzanın meydana gətirdiyindən az deyildir. Cəza artırıldıqca uşaqdakı təsiri də o nisbətlə azalır. Əksinə uşağı üsyana və qərarsızlığa aparması daha çox müşahidə olunur.
C- Cəzanın yaşa uyğun olması və dərhal günahın ardından gəlməsi lazımdır.
D- Cəzanın heç vaxt lağa qoyma, ələ salma, pis ləqəb qoyma şəklində olmaması lazımdır. Allah Təala belə buyurur:
“- Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)”
(əl-Hucurat (Otaqlar) surəsi, 11)

Bu Rəbbani ədəb harada, uşaqlarına “Ey gic!.. Ey kor!.. Ey topal” deyə çığıraraq, uşaqların şərəfini təhqir edən və ya uşaqların “Ey yalançı..! Ey oğru! deyə çağıraraq, ayıblayıb, onları batilə düşməyə məcbur edənlər harada?
H- Tərbiyəçinin uşaqları vurması, fəqihlərimizin çəkdiyi sərhəddi keçməməlidir. Bu sərhədlər, tərbiyəçinin üzə və öldürücü yerlərə vurmaqdan qaçmağını göstərir. Müslümün rəvayətinə görə: Məhəmməd peyğəmbər (s.ə.s) belə buyurur: “Sizdən biri vurduqda üzə vurmaqdan çəkinsin”. Həm də vurmaqdan məqsəd çəkindirməkdir, öldürmək deyil. Sonra vurmanın keyfiyyəti də ancaq bir yerə deyil, müxtəlif yerlərə olmalıdır.
I- Hər bir halda əsas olan prinsiplərdə möhkəm olmalı, övladlar arasında ədalətli, bərabər davranmalı, aralarında adil olmalı, qəlbi nifrət etdirən zülmdən uzaq durulmalıdır. Onsuzda zalımlıqla edilən cəza zərərdən başqa bir fayda gətirməz.
J- Eyni şəkildə, ilk dəfə meydana gələn bir xətadan ötrü veriləcək cəza da yüngül olmalıdır. Ancaq tərbiyəçi böyük xətadan ötrü, o xətaya əngəl olmaq üçün ən faydalı olanı tədbiq edə bilər. Bununla yanaşı günahı yüngül hesab etməmələri üçün şiddətli cəzanı istifadə etməkdə bir təhlükə yoxdur. Amma uşağa cəza valideynlərdən biri tərəfindən verilərsə, digərinin də verilən cəzaya dəstək olması lazımdır, əks təqdirdə cəzanın heç bir faydası olmaz. Eyni zamanda cəzanın uşaqdan bir öc alma deyil, onun faydasına olduğu da hiss etdirilməlidir. Uşaq bunun əksinə bir vəziyyət hiss edərsə, nəfsində bir səhv yola meyllik meydana gələr. Bu səhv yol ana atasının vəlvələsindən və həyəcanlanmalarından zövq almaq üçün onları hirsləndirməyə yönəldər. Şəxsi aləmində böyükləri təhqir edə bilmiş bir uşaq olaraq bir qürurluq və rahatçılıq hiss edərlər.
Bu səbəblə dərrakəli bir ataya yaraşan odur ki, uşağı cəzalandırmaqda tədrici bir yol izləsin. Cəzaya başladıqda uşağı müdafiə etmədən başlamalıdır. Sonra uşaqdan üz çevirmək, ondan razı olmadığını bildirmək, sonra danlamaq, üz turşutmaq, qaşqabaq tökmək, bundan sonra onu tərk edib əlaqələri kəsmək, daha sonra da sevdiklərindən məhrum etmək və buna bənzər cəzalar... Ta o vaxta qədər ki, bədəni cəzanın vaxtı çatana qədər. Bədəni cəza da yüngüldən şiddətliyə doğru tədricən olmalıdır. Bu sonuncu ən ağır cəza sayılmalıdır.
Bu məsələdə işin əsli; ümumi olaraq uşağın bütün həyatında mümkün qədər dayaqdan uzaq durulmalıdır. Əgər mütləq cəza vermək lazımdırsa,cəzanın mənası, səbəbi və bunu qazanan uşaq tərəfindən mənimsəniləcək bir vaxtda olmalıdır. Həmçinin cəza, uşaq cəzayla təhdid edildikdən sonra olmalı, ata yuxarıda sayılan tədriciliyə riayət edərək həyata keçirilməlidir. Cəzanın həyata keçirilməsində uşaq, özündən intiqam və qisas alındığını hiss etməyəcək şəkildə normal olmalıdır. Əksinə cəza, uşağın başa düşməsi və cəzanın səbəbini qavraya bilməsi üçün günahla bağlı olmalıdır. Əgər ata uşağına cəza tədbiq edərkən, uşaq Allahdan kömək istəyər və Onu xatırlayarsa, ata cəzanı davam etməməlidir. Əksinə uşağın nəfsində Allaha təzimdən ötrü cəzadan qaçmalıdır. Necə ki, xidmətçi Allahı xatırladıqda onu vurmaq qadağan olunmuşdur. Uşaq isə daha əfzəldir. Uşaq başqalarının önündə döyülməməlidir. Çətinə düşdüyü üçün uşaq əqrəbalarının da yanında döyülməməlidir.
(Nəinki döyülmək hətta uşağa başqalrının yanında qəlbinə dəyəcək bir söz belə deyilməməlidir. Çünki bu psixolojik olaraq uşaqda mənfi təsir yaradar, o özünü başqalarının yanında alçalmış kimi hiss edər. Bu da tərbiyəsinin pozlmasına yol açar. Nə edək biz daima bu təlim tərbiyədən uzaq qalmışıq, həmişə bizim heç bir sözümüz valideynlərimiz tərəfindən dəstəklənməyib. Bu gün də cəmiyyətimizdə uşaqlara qarşı münasibət aşağı səviyyədədir. Uşaq bir söz dedikdə ona: “Uşaqsan otur uşaq yerində” kimi sözlər deyilərərk uşağın sözü qəbul olunmur, eyni zamanda uşaq məclislərdə, ictimai yerlərdə təhqir olunur, bununla da uşağın həm tərbiyəsi pozulur, uşaq ruhi cəhətdən sarsıntı keçirir, inamsız, ümidsiz, qorxaq, cəsarətsiz, kölgəsindən belə qorxacaq vəziyyətinə gəlir. Bu da gələcəkdə uşağın hər cəhətdən zəifliyinə gətirib çıxarır. Hörmətli valideynlər gəlin Allah Təalanın bizə həm nemət olaraq, həm əmanət olaraq, həm də imtahan olaraq bəxş etdiyi övladlarımıza olan hörmətimizi, diqqətimizi və qayğımızı artıraq.)


Tarix: 07.05.2013 / 21:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 328 Bölmə: Maraqlı melumatlar
loading...