beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəmirçinin Yəqini

Dəmirçinin Yəqini
Xorasan valisi Abdullah bin Tahir ,çox adil və aqil bir insan idi.Onun xidmətçiləri bir neçə oğru tutmuş və ona bildirmişdilər.Valinin hüzuruna gətirərkən oğrunun biri qaçır və xidmətçilər oğrunun yerinə yoldan keçən dəmirçini tutub aparırlar.Vali əmr edir ki,hamısını zindana salsınlar.Günahsız dəmirçi zindana düşən kimi dəstəmaz alıb namaz qılır.Namaz qılarkən ALLAHA belə dua edir:

- YA RƏBB!Bir günahımın olmadığını ancaq sən bilirsən.Məni bu zindandan ancaq sən çıxara bilərsən.

Vali gecə yuxuda görür ki,dörd qüvvətli adam onun taxtını tərsinə çevirir.Yuxunu görən kimi dəstəmaz alıb namaz qılır sonra yenə yatır.Yenə də o yuxunu görür.Anlayır ki bir məzlumun ahı onu tutub.Zindan rəisini çağırıb ondan soruşur:

- Bu gecə zindana günahsız bir adam salmısınızmı?

- Mən bilmirəm amma bir nəfər bütün gecəni ağlayıb,namaz qılır.

Vali əmr edir ki o adamı yanına gətirsin.Adam gəlir.Vali onu sorğu suala tutur və məsələnin nə yerdə olduğunu başa düşür.Ondan üzr istəyir və hədiyyə olaraq 1000 gümüş verir və nə vaxt bir xaişi olsa gəlib ona istədiyi vaxt ərz edə biləcəyini söyləyir.

Dəmirçi onu bağışlayır hədiyəsini də qəbul edir,ancaq xaişə gəlməyəcəyini bildirir.Vali onun bu sözünə çox təəccüblənir:

- Nə üçün gəlməyəcəksən?

- Mənim kimi kasıb bir insanın duasını eşidib sənin taxtını tərsinə çevirən sahibimi qoyub nə üçün sənə xaişə gəlməliyəm?Mən necə başqasına sığına bilərəm?RƏBBİM sonsuz rəhmət xəzinəsinin qapısını,ehsan süfrəsini hər kəsə açmış ikən mən başqasından necə istəyə bilərəm?


Tarix: 08.06.2013 / 13:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Maraqlı melumatlar