beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeytan Ilə Odunçunun Döyüşü

Odunçuluqla həyatını qazanan bir şəxs vardı. Allaha qarşı qulluq vəzifəsini yerinə yetirər, kimsənin turşuna-şirininə qarışmazdı. Bu zahid adamın yaşadığı kəndin yaxınında daha bir kənd vardı. Həmin kəndin sakinləri dağda müqəddəs deyə qəbul etdikləri bir ağaca tapınar, ondan ümid gözləyərdilər.

Odunçu, bir gün: «Bunların Allah deyə tapındıqları ağacı kəsib odun edim, bazarda sataraq çörək pulu qazanaram; həm də, bir qövmü Allaha üsyandan qurtarmış olaram» deyə düşünərək Allah rizası üçün ağacı kəsməyə qərar verdi.

Dağa doğru gedərkən qarşısına əcaib sifətli murdar bir adam çıxaraq hara getdiyini soruşdu. Odunçu:

- Xalqın Allah deyə tapınaraq Allaha üsyan etdikləri ağacı kəsməyə gedirəm, dedi. Adam, odunçuya:

- Mən şeytanım... O ağacı kəsməyinə icazə vermirəm, deyincə zahid odunçu, şeytana çox hirsləndi.

Öldürmək üçün hücum edərək yerə yıxdı və üzərinə atılaraq xəncərini boğazına dirədi.

Şeytan odunçuya:

- Ey zahid, sən məni öldürə bilməzsən. Allah mənə qiyamətə qədər vaxt vermişdir. Lakin gəl sən o ağacı kəsmə, səninlə müqavilə bağlayaq. Mən sənə hər gün bir qızıl verim, sən də ağacı kəsməkdən imtina et. Həmdə kim ağaca tapınır, günah işləyir sənin neyinə gərəkdi, qızılını götür həyatını yaşa.

Odunçu şeytanın hiyləsinə uyaraq onu buraxdı. Şeytan odunçuya, axşam yatıb səhər oyananda yastığının altına baxmasını söylədi və razılaşaraq ayrıldılar.

Odunçu ağacı kəsməkdən imtina edib, evinə getdi.. Axşam yatıb səhər yastığının altına baxdığında, orada şeytanın söz verdiyi kimi qızılı görüb məmnun oldu. İkinci gün gəldi. Lakin bu səfər odunçu oyananda yastığının altında qızıl görmədi, şeytan ora qızılı qoymamışdı. Odunçu hirslənərək baltasını götürdü və dağa ağacı kəsməyə getdi. Lakin yolda yenə şeytanla qarşılaşdı. Odunçu şeytana yamanca qəzəblənmişdi. Görən kimi:

- Səni saxtakarsan, məni aldatdın deyilmi?., deyərək üzərinə hücum etdi.

Lakin əvvəlkinin tam tərsinə bu dəfə şeytan odunçunu tutaraq yerə yıxdı. Odunçu çaşmışdı. Bu necə ola bilər deyərək şeytanın üzünə baxırdı. Şeytan:

- Heyrətləndin deyilmi? Nə üçün mənə məğlub olduğunun səbəbini söyləyim: Dünən sən Allah rizası üçün ağacı kəsməyə gedirdin. Belə bir yolun üstündə səni mən və dünyadakı bütün şeytanlar bir yerə yığılsaqda yenə məğlub ede bilməzdik. Lakin indi Allah rizası üçün deyil, sənə qızılı vermədiyim üçün əsəbinden gedirsən ,ona görə mənə məğlub oldun və sənə ağacı kəsməyinə icazə verməyəcəyəm, dedi... Odunçu nə qədər səhv etdiyini düşünərək yerində donub qaldı və istədiyinə nail ola bilmədi.

Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır. (Quran, Fatir [Yaradan] - 6)


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 120 Bölmə: Maraqlı melumatlar