beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Buyurulur

Həzrət Əli (ə) buyurur: “Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.”

Həzrət Məhəmməd (s) buyurur: “Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).

Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.”

Həzrət Məhəmməd (s) buyurur: “Qadının cihadı ərinə yaxşı baxmaqdır.”

İmam Riza (ə) buyurur: Bir-birinizin görüşünə gedin ki, dostluğunuz möhkəmlənsin.

Həzrət Əli (ə) buyurur: Səni kədərləndirən pis bir işin səni məğrur edən xeyir işindən Allah yanında daha yaxşıdır

Həzrət Məhəmməd (s) buyurur: “Sübh tezdən ruzi və hacət dalınca gedin, çünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.”

Həzrət Məhəmməd (s) buyurur: “Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir

Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.”

Həzrət Məhəmməd (s) buyurur: “İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.

Həzrət Məhəmməd (s) Əliyə (ə) buyuruğu: Övladını pis tərbiyə edərək onların üzə qayıtmasına səbəb olan ata-anaya Allah lə`nət etsin.

Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.”

Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala duada israr edənləri sevər.”

Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala duada israr edənləri sevər.”

Həzrət Əli (ə) buyurur: Atanın övlada ədəb və tərbiyədən daha üstün hədiyyəsi ola bilməz.

Həzrət Məhəmməd (s) buyurur: “Xalqa möhtac olmayın və onlardan bir diş çöpü belə istəməyin.”

Həzrət Məhəmməd (s) buyurur: “Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.”

Həzrət Məhəmməd (s) buyurur: “Bir bəndə öldükdə camaat deyər: “Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər: “Özü ilə nə gətirdi?”

Həzrət Əli (ə) buyurur: Qəzəbdən çəkin ki, onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.

Həzrət Məhəmməd (s) buyurur: “Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli möminsən.”

İmam Sadiq (ə):

«Tamah saldığı şeyə görə, yaxud nədənsə qorxduğu üçün, nəyəsə meyil saldığına görə, yeyib-içməyə görə səni istəyən kəslə qardaşlıq etmə. Təmiz nəfsli, saf niyyətli insanla qardaşlıq etməyə çalış. Hətta əgər onları axtarmaq üçün yerin dərinliklərinə daxil olmalı və ömrünü bu yolda sərf etməli olsan belə!»

Məhəmməd Peyğəmbər (s.ə.s):

«Allah-Təala Musa ibn İmrana belə buyurmuşdur: Paxıl olan insan, əslində, Allahın nemətlərindən narahatdır. Yəni o, Allahın verdiklərinə naşükürlük edir. Paxıl insan həm də Allahın bəndələri üçün böldüyü qismətə etiraz edir».

İmam Kazim (ə):

«Həmişə dua edin. Çünki Allaha dua etmək, qəlbində olanları Allahdan istəmək insanı gözləyən bəlanı uzaqlaşdırar. Beləliklə, Allaha səmim-qəlbdən dua olunsa, Rəbbimiz bəlanı birdəfəlik geri qaytarar».

Biz; Ayaqları Şişene qeder Namaz qılan Peygemberin, Gözleri Şişene qeder Yatan Ümmetiyik...
Bugun cuma,Cumaniz mubarek olsun Peygember Ummeti.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 224 Bölmə: Maraqlı melumatlar