beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HÜZN VƏ KƏDƏRDƏN XİLAS OLMAĞIN ƏLACI

1. Allahın elçisi buyurmuşdur: «Başına hüzn və qəmli bir iş gəldikdə:

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ، ابْنُ عَبْدِكَ، ابْنُ أَمَتِكَ، نَاصِيَتيِ بِيَدِكَ، مَاضٍ فِيَّ حُكْمُكَ، عَدْلٌ فِيَّ قَضَاؤُكَ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ، سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ أَنْزَلْتَهُ فيِ كِتَابِكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ فيِ عِلْمِ الْغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ الْقُرْآنَ رَبِيعَ قَلْبيِ، وَنُورَ صَدْرِي، وَجَلاَءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))
Allahummə inni abdukə, ibnu abdikə, ibnu əmətikə, nəsıyəti biyədikə, madın fiyyə hukmukə, adlun fiyyə qada‘ukə, əs‘əlukə bikulli ismin huva ləkə, səmmeytə bihi nəfsəkə, au ənzəltəhu fi kitəbikə, au alləmtəhu əhədən min xalqikə, au istə‘sərtə bihi fi ilmi-l-ğeybi indəkə, ən təc‘alə-l-qur‘anə rabi‘a qalbi, va nura sadri, va cələ‘ə huzni va zəhəbə həmmi» (Allahım! Mən sənin qulunam. Sənin qulunun və kənizinin övladıyam. Kəklim (ixtiyarım) sənin əlindədir. Barəmdə olan hökmün keçərlidir, mənə qismət etdiyin qəzavü-qədər ədalətlidir. Özünü adlandırdığın, Kitabında nazil etdiyin, yaratdıqlarından birinə öyrətdiyin və ya dərgahındakı qeyb elmində (gizli) saxladığın hər bir adınla Quranı qəlbimin baharı, köksümün nuru, hüznümün ortadan qalxması və kədərimin getməsi üçün bir [vəsilə] etməyini istəyirəm) – deyən elə bir müsəlman bəndə yoxdur ki, Allah-taala onun hüzn və kədərini aparmasın və onun yerini fərəhlə doldurmasın».

2. Allahın elçisi tez-tez bu duanı oxuyardı:
(( اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ، وَالْعَجْزِ وَالْكَسَلِ، وَالْبُخْلِ وَالْجُبْنِ، وَضَلَعِ الدَّيْنِ وَغَلَبَةِ الرِّجَالِ ))
«Allahummə inni ə‘uzu bikə minə-l-həmmi va-l-həzəni, va-l-kəsəli, va-l-buxli va-l-cübni, va dalə‘i-d-deyni va ğaləbəti-r-ricəl» (Allahım! Kədər, hüzn, acizlik, tənbəllik, xəsislik, qorxaqlıq, borclu olmaq dərdindən və düşmənlərin üzərimizdə qələbə çalmasından Sənə pənah aparıram)


Tarix: 17.04.2013 / 15:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Maraqlı melumatlar