beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əfəndimizin (s.a.v.) təvazökarlığı

Təvazö,üzü yerdə olma və təvazökarlıq mənalarına gəlir ki,təkəbbürün ziddidir.Onu insanın Haqq qarşısında yerinin şüurunda olub ona görə davranması və xalq arasındakı vəziyyətini də bu anlayışa görə qiymətləndirirb,özünü insanlardan bir insan və ya varlığın hər hansı bir parçası qəbul etməsi də şərh edə bilərik.

Əfəndimizin (s.a.v.) təvazökarlığı da fətanətinin ayrı bir ölçüsü olaraq ulduz kimi nurlanmaqdadır.O,şöhrəti artıb hər kəs tərəfindən qəbul edildikcə,təvazökarlığı daha da dərinləşmişdir.Təvazökarlıq,sanki,Onunla birlikdə doğulmuş kimi idi; ömrünün sonuna qədər də inkişaf edərərk dəvam etdi."Kim təvazökarlıq etsə,Allah onu ucaldar,kim də təkəbbürlük etsə,özünü böyük aparsa bu,onu alçaldar,"-deyən və dediyini ən yaxşı şəkildə tətbiq və təmsil edən Odur (s.a.v.).

" O,hər vaxt özünü insanlardan hər hansı bir insan olaraq görmüş və heç bir zaman özünü onlardan üstün tutmamışdır."-şəklində Hz.Əliyə isnad edilən xoş bir söz vardır.O,həyatını həmişə o xətdə dəvam etdirmiş və insanlardan bir insan olaraq qalmağa çox diqqət etmişdir.

Bu mənada sistemin gözəlliyini göstərən ictimaiyyət arasında bəzi hadisələr:

Allah Rəsulu hər kəsə qaynayıb-qarışmışdır.Çox vaxt Onun məclisinə ilk gələnlər,Peyğəmbərin kim olduğunu bilə bilməzdilər.Ancaq səhabənin rəftarları ilə və ya O danışmağa başlayanda, Allah rəsulu olduğunu anlayardılar.Hicrət əsnasında mədinəlilərdən o günə qədər Allah Rəsulunu görməmiş olanların bir çoxu o gün Əbu Bəkrin əlini öpməyə qaçmışdılar.Yəni,onu Allah Rəsulu sanmışdılar.Ancaq o, əlinə bir yelpik alıb Əfəndimizi sərinlətməyə başlayınca,Allah Rəsulunun kim olduğu aydın olmuşdu.Əfəndimiz (s.a.v.) özünü Əbu Bəkrdən ayıran hər hansı bir davranışa yol vermirdi.

Məkkəni fəth edib şəhərə girərkən necə bir təvazökarlıq göstərdiyi dillərdə dastan olmuşdu. Miniyimin üzərində elə ikiqat idi ki,haradasa başı miniyi heyvanın başına dəyəcəkdi.O şanlı Nəbi o şanlı diyara belə bir təvazökarlıq ruhu ilə girmişdi.Böyüklərdə böyüklüyün əlaməti təvazökarlıqdır.Kiçikliyin əlaməti isə təkəbbürlükdür.Allah Rəsulu insnalar içində ən böyük insandır.Elə isə,təvazökarlıq da elə olmalı idi.

Qazı İyaz nəql edir: "Bir gün xəstə olan bir qadın gəldi.Əfəndimizin (s.a.v.) əlindən tutaraq çəkdi və Ona: "Gəl mənim evimdəki bu işimi gör,-dedi." Qadın Allah Rəsulunun qolundan çəkir,O da arxasınca gedirdi.Səhabə də onların arxasınca düşür.Allah rəsulu tərəddüt etmədən qadının dediyi işi görür,sonra geri dönür.

Hər kəs Onu ucalardan daha uca görə bilər.Lakin O,belə deməkdədir:

"Heç kim öz əməli ilə cənnətə girə bilməz"."Sən də?"-deyənlərə də:"Bəli,Mən də.Əgər Allah (c.c.) mərhəmət etməzsə.

Bu mənada Cənabi-Haqq da Quran dili ilə,Rəsuluna Təvazökarlığı əmr etmirmi? "Sənə tabe olan möminlərə təvazökarlıq qanadlarını endirə bildiyin qədər endir,"-kimi nə qadər ayələr var Quranda.

Həyat yoldaşı,anamız Aişə buyurur: " Allah Rəsulundan əxlaqı olaraq daha üstün birini görmədim.Onu kim çağırırsa,çağırsın,istər səhabələrindən biri,istərsə ailəsindən biri,mütləq "Ləbbeyk-buyurun" deyərək cəvab verərdi.

Bəli,Əfəndimiz (s.a.v.) belə insan idi.Təvazökarlığı və əxlaqı ilə bütün insan övladlarından fərqlənirdi.Onun təvazökarlığı qarşısında bizim təkəbbürlüyümüz Allah (c.c.) qarşısında necə qarşılanar? siz düşünün artıq.

Mənbə:"Şəmail görünüş və davranışları ilə ən gözəl insan peyğəmbərimiz" kitabından

Bu mətn internet aləmində ilk dəfə yayımlanır.Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.


Tarix: 27.11.2014 / 14:20 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Maraqlı melumatlar