Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kimlər Aldandı..???

Hələ bir izah et Gözəl Dost. Bu dünyada kimlər aldandı..?
- Cəhənnəmi hesaba qatmayan dindar aldandı..!
( Zümər, 47 )

Söylə mənə Can Dostum, kimlər aldandı..?
- Cənnətdəki yerini hazır bilən hər kəs aldandı..!
( Nisa, 123 )

Söylə, başqa kimlər aldandı..?
- Ölüm yoxmuş kimi yaşayan dünyapərəst aldandı..!
( Nisa, 78 )

Gözəl Dost! Daha kimlər aldandı..?
- Əməlinə güvənən abid (çox ibadət edən) aldandı..!

Başqa kimlər aldandı..?
- Saleh əməl işləyirəm sanan riyakar (ikiüzlü) aldandı..!

İzah et Hakim! Sonra kim aldandı..?
- Aləmə nəsihət verib özünü unudan aldandı..!
( Bəqərə, 44 )

Başqa varmı..? Daha kim aldandı..?
- Rəbbini buraxıb, nəfsinə qulluq edən aldandı..!
( Furqan, 43-44 )

Hələ bir izah et Sevimli Dost! Başqa kimlər aldandı..?
- ALLAHın Rəhmətinə güvənib özünü təhlükəyə salan fasiq (günahkar) aldandı..!
( Əraf, 98 )

Hələ davam et, başqa kimlər aldandı..?
- Getdiyi yolun əyriliyindən şübhə etməyən qafil aldandı..!
( Kəhf, 104 )

De mənə! Daha kimlər aldandı..?
- Özünü xidmətdə bilib, ibadətə tükünü belə tərpətməyənlər aldandı..!
( Nisa, 95 )

Söylə.. Söylə, ta ki hər kəs duysun səni..! Hələ, hələ kimlər aldandı..?
- Namazı olmayan aldandı..!
( Müddəsir, 39-43 )

Kim özünü yandırdı, kimlər aldandı..?
- “..Mən bundan sonra xilas ola bilmərəm..” deyən me'yus (ümidsiz) aldandı..!
( Zümər, 53-54 )

Ey Gözəl Xeyirxah! İzah et kim aldandı..?
- “..ALLAH diləməsəydi günahkar olmazdım..” deyən, qədəri yalan sayan aldandı..!
( Zümər, 56-57 )

Ey Bəndə! De mənə daha kimlər aldandı..?
- Kiçik günahlara göz yumanlar aldandı..!

İzah et..! İzah et..! Daha kimlər aldandı..?
- “..İbadət etməməyimə baxmayee, ürəyim təmizdi..” deyən, saleh əməlsiz aldandı..!
( Əsr, 1-3 )

Başqa kim..? Daha kim aldandı..?
- “..Quran oxumaq, Namaz qılmaq, Oruc tutmaq dövrü keçdi artıq,
Bu dövrdə hər şey puldur..!” deyən, zəngin aldandı!
( Təkasur )

Hələ bəhs et..!!! Başqa kim aldandı?

- Yadlardan örtünməyən qadınlar aldandı,
- Şəhvətinə uyan cahillər aldandı,
- Faiz yeyən iblislər aldandı,
- Vaxtını boş-boş keçirən qafillər aldandı,
- Axirətini unudanlar aldandı,
- "..Hələ gəncəm.." deyənlər aldandı,
- Fani olduğunu unudanlar aldandı,
- Başqalarının hicab geyinib günah işlədiyini görən,
özünün hicab geyinməsədə xeyir üstə olduğunu sananlar aldandı..!
- Başqasının namaz qılıb günah işlədiyini görən,
Özünün namaz qılmasada xeyir üstə olduğunu sananlar aldandı..!
- Axirətdə, hərənin özünə cavabdeh olduğunu unudanlar aldandı..!
- Zamanın durmadığını, unudanlar aldandı..!
- Əcəlin vaxtsız gəldiyini unudanlar aldandı..!
- Quranı bir kərədə olsun oxumayanlar aldandı..!
- Haqqa göz yumanlar aldandı..!

Daha Kimlər aldandı..?
- Bunu oxuyub, nəticə çıxarmayanlar aldandı..!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 181 Bölmə: Maraqlı melumatlar
loading...