beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilirsinizmi şiələr Niyə Qolları Açıq Namaz Qılırl

Əvvəla:- Məlumat üçün bildiririk ki, təkcə şiələr qolları açıq halda namaz qılmırlar, Maliki məzhəbinin ardıcılları da qolları açıq namaz qılırlar.



Əhli sünnətin böyük alimi İbni Ruşd «Bidayətul-müctəhid» kitabında beşinci məsələdə deyir: - “Alimlər arasında namazda bir əlin digərinin üstünə qoyulması haqda ixtilaf vardır. Amma Maliki vacibi namazlarda bu işin məkruh və mstəhəb namazlarda caiz olduğuna fətva veribdir.” (Bidayətul-müctəhid. Babun fi səlatil munfəridil-haziril-aminis-səhih. İkinci fəsl. əl- Məsələtul-xamisətu 1/ 140 naşir Razi)



İkinci:- Əhli sünnət arasında bu məsələnin üstündə gedən bəhs bu əməlin müstəhəb olub olmamasından ibarətdir.



Qalan üç məzhəb bu əməli “təkəttof” (qolu bağlı namaz qılmaq) vacibi namazlarda müstəhəb, amma maliki məzhəbində məkruh bilinir. Bu əməli (təkəttof) müstəhəb bilən üç məzhəb (hənəfi, hənbəli və şafei) əməlin keyfiyyəti haqqında biri digəri ilə ixtilaf edirlər. Biri deyir ki, (hənəfi məzhəbi) əllər göbəyin altında, digəri deyir ki, (hənbəli məzhəbi) göbəyin üstündə və üçüncü dəstə (şafei məzhəbi) isə əllərin ürəyin üstündə qoyulması haqda fətva veriblər. Belə bir ixtilafın mövcudluğu göstərir ki, təkəttof məsələsi sübuta yetməmiş və aydın bir iş deyildir.



Əhli sünnətin böyük alimlərindən sayılan İbni Cəzm də “əl-Muhəlla bil-asari” kitabında təkəttof məsələsini ortaya ataraq bu məsələnin namazın müstəhəb məsələlərindən olduğunu söyləyib.



Məsələ:- Müstəhəbdir namaz qılan namazda sağ əlini sol əlinin üstünə qoysun. “əl-Muhəlla bil-asari”.kitabus-səlat, məsələ: 448, 3/29 mətbəə “darul-elmiyyə” Beyrut.



Nəticədə məlum olur ki, bütün məzhəblər açıq əllə namaz qılmağın səhih olduğuna etiraf edirlər. Amma bağlı əllərlə namaz qılmaq məsələsində ixtilaflıdırlar. Üç məzhəb (hənəfi, hənbəli və şafei) bu əməlin vacibi namazlarda müstəhəb olduğunu iddia edirlər.
Bismilleh
velhemdulilleh
ve sallallahu aleyhi ve alihi vessellem.

Amma maliki məzhəbi bu əməlin məkruh olduğunu və şiə məzhəbi isə haram olduğunu iddia edir.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 193 Bölmə: Maraqlı melumatlar