beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÜNAHIN İNSAN RUHUNA VƏ PSİXOLOGİYASINA TƏSİRİ

Müsəlmanların din, elm və təcrübələri göstərir ki, insanın rəftarı istər yaxşı olsun, istərsə də pis – dünya və axirətdə nəticəyə malikdir. Əməllər - dünya tarlasına səpilən toxumdur. Əgər toxum gül olsa, nəticəsi də gül olar. Əgər xardırsa, nəticəsi də xar olar. Günahın təkrarlanması və davamlı olması qəlbi qaraldar və insanın insanlıq halından heyvan halına çevrilməsinə səbəb olar. Həmçinin böyük günahlara gətirib çıxarar. Misal olaraq: günahkar ki, ilk dəfə olaraq, dilinə şərab vurur, müsəlman olduğu üçün, ona bir neçə damcı şərab içmək çox çətindir. Ancaq ikinci dəfə bir az asan olar. O zaman ki, çox sayda təkrar olar - onun üçün bir neçə stəkan şərab içmək su içməkdən də asan olar. Bəli! Günahların davamlı olması, hətta böyük günahları insan üçün asan edər. Qurani-Kərimdə bu haqda çox sayda ayələr gəlmişdir. O cümlədən: “Nəhayət, Allahın ayələrini təkzib edib, onları istehzaya qoymaqla pislik edənlərin axır-aqibəti lap pis oldu”. (“Rum” surəsi 10).

Tarixdə buna çox rast gəlmək olur ki, bəzi insanlar günahlarını davamlı olaraq təkrar etdiklərindən, işləri küfrə və Haqqı inkar etməyə və hətta məsxərə etməyə qədər uzanmışdır. Bunlar günahın bədbəxtliyinin nəticələridir ki, günahkarın ətəyindən yapışar. Bu haqda İmam Sadiqdən (ə) gələn hədisdə deyilir: “Günah kimi heç bir şey qəlbi fasid etməz. Qəlb günah edər və onda israr edər. Günah qarşısında yerə yıxılar. Nəticədə darmadağın olar. Bu halda moizə ona təsir etməz”.

Bir halda ki, yaxşı işlərdə və ibadətdə davamlı olmaq qəlbin səfasına, ruh və canın nuraniliyinə səbəb olar.

Heç bir şey xəta, günah kimi ruhu xəstə və fasid etməz. Ruh bir-birinin ardınca qara işlər görər. Bəşər fitrəti vəhşi heyvana çevrilər və bəlkə ondan da pisinə çevrilər. Başqa bir hədisdə gəlir ki, günah ruhda qara nöqtə əmələ gətirir. Əgər bu günahdan peşman olsa, tövbə etsə, o qara nöqtələr yox olacaqdır. O vaxta qədər ki, qara nöqtələr itib gedəcəkdir. Əgər günaha davam etsə, o qara nöqtə böyüyəcəkdir. Ağ nöqtəni bürüyəcəkdir. O vaxt ki, ağ nöqtə tamamilə itər, həmin insan süqut edər. Onun bir daha qayıtmağına ümid yoxdur. Sonra həmin hədisdə deyilir: “Bu “Mutəffifin” surəsinin 14-cü ayəsinin mənasıdır: “Elə deyildir. Əslində onların etdikləri əməllər, qəlblərini paslandırmışdır”. Bu ayə bəşər əxlaqı və ruhunun süqut halını zikr edər.

İmam Myseyi-Kazım (ə) bu haqda buyurmuşdur: “O zaman ki, insan günah işlədir, onun qəlbində qara nöqtələr əmələ gələr. Əgər tövbə etsə, o nöqtə pak olar. Əgər günahına əlavə edərsə, o nöqtə böyüyər. Onun qəlbinin hər yerini bürüyər. Ondan sonra heç vaxt xilas olmuşlardan olmaz”.

Ümumi olaraq, hər cür bəla - istər ruhu olsun, istərsə də cismi - günahdan qaynaqlanır. İmam Baqir (ə) buyurur: “Heç bir bəla bəndəyə çatmaz, məgər günaha xatir”.

Hədisləri tədqiq edən zaman belə görünür ki, müxtəlif günahlar müxtəlif ruhi və psixoloji təsirlərə malikdirlər. O cümlədən:

Qəlbin qəsavəti

İmam Əli (ə) buyurur: “Gözlərin yaşı qurumaz, məgər qəlbin qəsavətinə xatir. Qəlblər qəsavət bağlamaz, məgər çox sayda günahlara xatir”.

Yəni, gözlərin yaşı qəlbdə qəsavət olarsa, quruyar. Qəlb isə o zaman qəsavət bağlayar ki, çox sayda günah işlədər.

Duanın qəbul olmaması

İmam Baqir (ə) buyurur: “Həqiqətən, bəndə Allahdan hacətini istəsə, ümid edir ki, gec və ya tez həyata keçəcəkdir. Sonra o bəndə günah işlədər, Allah mələyə deyər: “Onun hacətini yerinə yetirmə və onu məhrum et. Çünki Mənim qəzəbimə səbəb olmuşdur və məhrumluğa layiq olmuşdur”.

Tövhidi inkar

Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, günahlar günahkarları yolundan azdırar. O yerə qədər ki, o, vilayəti, Peyğəmbərin (s) imamətini rədd edər və Peyğəmbəri (s) inkar edər. Bu minvalla da Allahın təkliyini … inkar edər, Allah dinində küfr edər və korlanar”.

Hazırladı: Məşhədi Xanım


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Maraqlı melumatlar