beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namaz haqqında 40 incəlik

NAMAZ HAQQINDA QIRX İNCƏLİK


1. Namaz behiştə gedənlərin tacıdır.
2. Namaz qeyb aləminə açılmış bir pəncərədir.
3. Namaz yerdən göy aləminə pərvaz etməkdir.
4. Namaz insanın Allahın rəhmət süfrəsində oturmasına səbəb olur.
5. Namaz dini abadlaşdırır.
6. Namaz xoşbəxtlik iksiridir.
7. Namaz insanı xilqətlə eyni ahəngdə edir.
8. Namaz yerlə göy arasında bir körpüdür.
9. Namaz Allahla dostluğu davam etdirməkdir.
10. Namaz möminin simasındakı iman cilvəsidir.

11. Namaz sonsuz ruzi verənə əl açmaqdır.
12. Namaz bütləri sındırmaq və İlahi eşq odunda yanmaqdır.
13. Namaz səma qapılarının yer üzündə yaşayanların üzünə açılmasıdır.
14. Namaz ən pak iman aynasıdır.
15. Namaz qəlbləri dirildən ətirdir (müşkdür).
16. Namaz günah müqabilində bir qalxandır.
17. Namaz günahlar zülmətində qəlbin işıqlanmasıdır.
18. Namaz nur okeanında üzməkdir.
19. Namaz canı duru və sərin bulaqdan sirab etməkdir.
20. Namaz bütün yaxşılıqlar xəzinəsi və eşq fəryadıdır.

21. Namaz çirkinliklərlə mübarizədir.
22. Namaz imanı təkmilləşdirən və insanın meracıdır.
23. Namaz Allaha eşqi izhar etməkdir.
24. Namaz pərhizkarların və ariflərin yoldaşıdır.
25. Namaz özünü yaddan çıxarıb, İlahi eşqə qovuşmaqdır.
26. Namaz doğruluğun başlanğıcıdır.
27. Namaz behiştin ətirli nəsimidir.
28. Namaz günahlardan tövbə edib, İlahi fitrətə qayıtmaqdır.
29. Namaz bəndəlik nurunun həyatın şərqindən və übudiyyətin Sina dağından saçmasıdır.
30. Namaz Allahla danışmaqdır.

31. Allah-taala “Nisa” surəsinin 103-cü ayəsində buyurur: “Namaz qılın, çünki namaz möminlərə müəyyən vaxtlarda vacib edilmişdir.”
32. Namaz qılanda qünutu və səcdələri uzatmaq insanı cəhənnəm əzabından saxlayır.
33. Namaz İlahinin məhrəm yeri və varlıq kəbəsində qəlbin təvafıdır.
34. Namaz müsəlmanların əməli əhdləridir.
35. Namaz azadlığın yaşıl paltarı və Allaha doğru hicrət etməkdir.
36. Namaz Allahı yad etməyi qəlbdə dirildir.
37. Namaz qəlb əhlinin istəyi və Peyğəmbərin dostudur.
38. Namaz Şeytanla mübarizə edib, Allahla əhd-peyman bağlamaqdır.
39. Namaz məbudla ünsiyyətdə olmaq və ruhi yüksəlişdir.
40. Namaz dini abad edib, şeytanları zəlil etməkdir.


Tarix: 08.06.2013 / 13:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 169 Bölmə: Maraqlı melumatlar