Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlman Qadın Təmizdir!

Boş sözlər danışmaq, ya da boş işlərlə əylənmək, cahiliyyə cəmiyyətlərindəki qadın xarakterində tez-tez rast gəlinən haldır. Böyük idealları olmadığı təqdirdə, bu əxlaqın hakim olduğu qadın xarakterində əhəmiyyətli olan müəyyən şeylər var. Bunlardan özlərinə, ailələrinə, ya da ətrafındakılara fayda verənləri olduğu kimi, yalnız özlərini əyləndirmək üçün əldə etdikləri bəzi vərdişlər də olur. Bu vərdişlərdən bəziləri həftənin müəyyən günlərində rəfiqələri ilə görüşərək vaxt keçirmək, bütün gününü heç bir fayda verməyən proqramlar izləyərək televiziya qarşısında keçirmək, saatlarla davam edən telefon söhbətlərində, ya da ev söhbətlərində kiçik-böyük hər mövzudan şikayət etmək, dedi-qodu etmək, insanların qüsurlarını dilə gətirməkdir. Bütün bunların ortaq xüsusiyyəti isə, ümumiyyətlə, nə özlərinə, nə də başqalarına heç bir fayda verməyən vərdişlər olmasıdır.



Allah Quranın “qəlbləri qəflət içində qaldığı halda…” (Ənbiya Surəsi, 3) ayəsiylə, Allaha iman etməyən insanların bu xüsusiyyətlərinə diqqət çəkmiş və bu şəxslərin ürəklərinin dünya həyatına dair işlərə qarşı ehtiras dolu bir qəflət içərisində olduğunu bildirmişdir.

Müsəlman qadın isə cahiliyyə əxlaqının qadın xarakterinə aid bütün bu xüsusiyyətlərdən uzaq xarakterə sahibdir. Allahın insan üçün dünya həyatında çox məhdud ömür vaxtı təyin etdiyini və zamanın sürətlə azaldığını bilir. İnsanların axirət həyatında Allahın sonsuz cənnətini, rəhmətini və razılığını qazana bilmək üçün əllərindəki tək imkanı isə dünya həyatındakı bu vaxtlarıdır. Buna görə Müsəlmanlar yaşadıqları hər anın özləri üçün çox qiymətli olduğunu bilərək hərəkət edirlər. Bir anlarını belə boş işlə əylənərək, boş sözlərlə keçirməklərinin böyük itki olacağının və bunun axirətdə insanın böyük peşmanlıq duyacağına səbəb ola biləcəyinin fərqindədirlər. Hər anlarını bu düşüncə ilə keçirir və daim Allahın razılığını qazanmağı ümid etdikləri işlərə yönələrlər. Allahın “Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər.” (Ali İmran Surəsi, 114) ayəsiylə bildirdiyi kimi, yaşadıqları hər anı Allahın razılığını qazana bilmək üçün ‘xeyirlərdə yarışaraq’ keçirirlər.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Maraqlı melumatlar
loading...