beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Le Ilahe Illellah

uÜmumən Allah - subhənəhu və təalə - kitabları - Lə iləhə illəllah - görə nazil edib, Peyğəmbərləri - Lə iləhə illəllah - görə göndərib, bizim yaradılışımızda - Lə iləhə illəllah -görədir, cihadı da - Lə iləhə illəllah - görə fərz edib. Əsas da elə budur. Bu kəliməni bilmək və səndən tələb etdiyi şeyləri yerinə yetirmək. Əgər əsas möhkəm və düz olarsa onun üzərində qurulan hər bir şeydə möhkəm və düz olar (1).
Lə iləhə illəllah -«Allahdan başqa ibadət edilməyə layiq heç bir haqq ilah yoxdur» deməkdir. «Bil ki, Allahdan başqa ilah yoxdur». (Məhəmməd 19). «Allahdan başqa heç bir ilah yoxdur». (Ali-İmran 2). Bütün bu ayələrin mənası ibadət edilməyə haqq edən yalnız və yalnız Allahdır. Bu ifadə ilə Allahdan başqa ibadət olunan hər hansı bir ilah rədd edilmiş olur. Allahdan başqa ifadəsi ibadətin yalnız Allaha edilməsi, mülkündə heç bir ortağı olmadığı kimi, ibadətdə də onun hər hansı bir ortağı (şəriki) olmadığıdır.

Lə iləhə illəllah - kəlməsi nəfy (2) və isbatdan ibarətdir. Lə iləhə - ilah yoxdur nəfy, Illəllah - Allahdan başqa isbat etməkdir.

İlah, məbud ibadət ediləndir. Ancaq ilah olan məbuddur. Hər bir kəsin ilahı, ona ibadət etdiyidir. Allahdan başqa ibadət olunan bu ilahlar, ilahdır. Lakin batil ilahlardır. Çünkü bunlar haqq ilah deyillər. «Bu belədir. Çünki Allah haqq, müşriklərin ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən Allah uca və böyükdür». (əl-Həcc 62). «Bu ona görədir ki, Allah haqq (müşriklərin) ondan qeyri ibadət etdikləri isə batildir». (Loğman 30).




LƏİLƏHƏ İLLƏLLAH KƏLİMƏSİNİN ŞƏRTLƏRİ




Lə iləhə illəllah - kəlməsinin yeddi şərti var. Bu şərtlərin hər birinə əməl olunmadıqca, onların ifadə etdiyi mənaları Quran və Sünnəyə uyğun olaraq dolğun, düzgün başa düşülmədikcə, bu kəlmə- nin söylənilməsi heç bir kəsə fayda verməyəcəkdir. Vəhb b. Munəbbih - rahmətullahi aleyhi - dən: «Lə İləhə İlləllah - cənnətin açarı deyilmidir?» deyə soruşan bir kimsəyə o, belə cavab vermişdir: «Bəli, lakin hər açarın dişləri vardır. Əgər dişli açar gətirərsənsə qapı sənin üzünə açılır. Yox, əgər açarın dişləri olmazsa qapı açılmaz» (3).
Aşağıda qeyd edəcəyimiz bu şərtlər Quran və Sünnəyə uyğun olaraq möhtərəm İslam alimləri tərəfindən qeyd olunmuşdu.
1. ELM-küfrdən uzaq edən.
2. YƏQİNLİK-şübhələri yox edən.
3. İXLAS-şirkdən uzaq edən.
4. MƏHƏBBƏT-nifrətdən uzaq edən.
5. SİDQ- yalanı yox edən.

6. TƏSLİM-itaətsizliyi yox edən.

7. QƏBUL - inkarı yox edən.


ELM


Bu o, elmdır ki, Lə iləhə illəllah - kəlməsini dəlillərlə öyrənir və isbat edir. Bu da dil ilə söyləyib qəlb ilə bilmiş olur. Onun mənasını və nəyi əhatə etdiyini bilmədən söyləyənə heç bir faydası olmaz. «Öyrən bil ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur»Məhəmməd 19). «Ondan qeyri ibadət etdikləri şəfaət edə bilməzlər. Haqqa şəhadət verənlər müstəsnadır». (əz-Zuxruf 86). Bu ayənin mənası odur ki, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına dair şəhadət edərək dillərilə söylədiklərini qəlbləri ilə bilərək təsdiq etməlidirlər. «Mən həqiqətən Allaham. Məndən başqa heç bir ilah yoxdur». (Ta ha 14). Osman - raıiyallahu anhu - rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Hər kim Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını bilərək ölərsə Cənnətə girər» (4).


YƏQİNLİK


Bu kəlmənin nəyə və nəyi gətirdiyini bilmək və heç bir şəkk- şübhəyə düşməmək. Bu kəlmə haqqında tam bir bilik və qavrayış sahibi olmaq. «Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir. Allah yolunda malları və canları ilə vuruşarlar. Məhz belələri sadiq olanlardır». (əl-Hucurat 15). Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və mən onun elçisiyəm. Kim bu iki şəhadətə şübhə etmədən Allahın hüzuruna gedərsə o, qul Cənnətə girər» (5).


İXLAS


Şirkə yer verilməyən bir ixlasa sahib olmaq. «Bil ki, xalis din yalnız Allaha məxsusdur». (əz-Zumər 3). «Halbuki, onlara əmr edilmişdir ki, Allaha dini yalnız ona məxsus edərək, digər bütün batil dinlərdən İslama dönərək ibadət etsinlər. Namaz qılıb, zəkat versinlər. Doğru-düzgün din budur». (əl-Bəyyinə 5). Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Qiyamət günü mənim şəfaətimlə ən xoşbəxt insan o kəsdir ki, qəlbində ixlas ilə Lə iləhə illəllah - kəlməsini deyəndir»(6) . Əbu Hureyrə - radıyaliahu anhu - rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - mənə buyurdu: «Bu divarın arxasında qəlbindən iman ilə Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına şəhadət edən hər kiminlə qarşılaşsan onu Cənnət ilə müjdələ» (7).


SİDQ


Bu kəlməyə sadiq olmaq. Bu kəlməni qəlbdən gələn doğruluqla dilin söylədiklərini qəlb ilə təsdiq edərək söyləmək. «İnsanlar yalnız iman gətirdik deməkləri ilə onlardan əl çəkib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da yalançıları da çox gözəl tanıyır». (əl-Ənkəbut 2-3). «Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir». (əz-Zumər 33). Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurdu: «Qəlbindən doğruluq və səmimiyyət ilə Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət gətirən hər kəsə Allah Cəhənnəm odunu haram edər»(8) .


MƏHƏBBƏT


Bu kəlməyə məhəbbətlə bağlanmaq. Bu kəlmənin daşıdığı, gətirdiyi hər bir şeyi sevmək və bu kəlməni söyləyənləri sevmək. «İnsanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub Allahı sevən kimi sevənlər də var. Halbuki, iman gətirənlərin Allaha olan məhəbbəti daha qüvvətlidir». (əl-Bəqərə 165). Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim kafırlərə qarşı sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu Allahın lütfüdür, onu istədiyinə verər». (əl-Maidə 54). Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səllərn - buyurdu: «Üç şey var ki, sizlərdən kimdə olarsa o, imanın şirinliyini dadar. Allah və Rəsulunu hər şeydən çox sevmək, Allah rizası üçün bir-birinizi sevmək (sevdiyini yalnız Allah üçün sevən), Allahın küfrdən xilas etdiyi və sonra küfrə qayıtmaqdan oda atılmış kimi qorxan (şəxs)»(9) . «Ey iman gətirənlər! Yəhudi və Xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah-zalim tayfanı düz yola yonəltməz! Sizin vəliniz (dostunuz) ancaq Allah, onun Peyğəmbəri və iman gətirənlərdir, O kəslər ki, boyun əyərək namaz qılar və zəkat verərlər». (əl-Maidə 51-55). Ey iman edənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tutarlarsa, onları özünüzə dost bilməyin. Sizlərdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar». (ət-Tövbə 23). «Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun». (əl-Mumtəhinə 1).


TƏSLİM


Allahın qoyduğu bütün qayda - qanunlara, şəriət və sünnəyə əməl etmək. «Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə o, artıq ən möhkəm bağdan yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çatacaqdır». (Loğman 22). «Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz». (əz-Zumər 54). Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurdu: «Sizdən heç bir kimsənin meyli mənim gətirdiyimə tabe olmadıqca iman etmiş olmaz» (10).


QƏBUL


Bu kəlimənin gətirdiyi hər bir şeyi qəbul edəcək, inkara əsla yol verməyəcək. «Onlara Allahdan başqa heç bir ilah yoxdur deyildiyi zaman təkəbbür göstərirdilər». (əs-Saffət 35).
Bu sadaladığımız şərtlər Lə iləhə illəllah kəlməsinin ayrılmaz bir hissəsidir. Bu şərtlər üzərində düşünüb fikirləşmək, onlara lazımı qaydada əməl etmək isə sizin üzərinizə düşən bir haqdır. Çünki biz dünya və axirətimizi yalnız bu kəlməni öyrənib, ona düzgün əməl etməklə xoşbəxt və firavan edə bilərik.
Ubədətu b. Samit - radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Kim şəhadət etsə ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur, Muhəmməd Onun qulu və Rəsuludur, Isa - əleyhissəlam - Onun qulu və Rəsuludur, Məryəmə dediyi söz və Ondan gəlmə bir ruhdur (11),Cənnət haqq, Cəhənnəm haqqdır, Allah o insanı əməlindən asılı olaraq Cənnətə salar». Başqa rəvayətdə Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurur: «Cənnətin hansı qapısından istərsə, onu oradan içəri salar» (12). Əbu Səid əl-Xudri - radıyallahu anhu -rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm -buyurdu: «Musa - əleyhissəlam - öz Rəbbinə buyurdu: «Ey Rəbbim! Mənə elə bir kəlmə öyrət ki, səni onunla yada salım və dua edim». Allah buyurdu: «Ya Musa! De: «Lə Iləhə Illəllah». Musa - əleyhissəlam - buyurdu: «Ya Rəbbim! Axı sənin bütün qulların bu kəlməni deyir». Allah buyurdu: «Ya Musa! Əgər yeddi qat göyü və yeddi qat yeri və Məndən başqa orada olanları tərəzinin bir gözünə, Lə iləhə illəllah kəlməsini tərəzinin digər bir gözünə qoysalar bu kəlmə ağır gələr» (13). Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurur: «Qiyamət günü mənim ümmətimdən bir nəfəri bütün insanların qarşısında çağıracaqlar. Onun qarşısma günahlarla dolu doxsan doqquz kitab qoyulacaq. Hər birinin uzunluğu gözün son görmə həddi qədər olacaqdır». Sonra ondan soruşacaqlar. «Sən bunlardan hansınısa inkar edirsənmi? Əməlləri yazan mələklər sənə zülm etdilərmi?». Qul: «Yox, Ya Rəbbim!» deyəcəkdir. Allah buyuracaq: «Səndə bunlara qarşı bir yaxşı əməl varmı?». Həmən şəxs qorxudan özünü itirərək: «Yox, Ya Rəbbim!» deyəcəkdir. Ona deyiləcək: «Bizdə sənin bir yaxşı əməlin vardır. Bu əməlinə görə bu gün sənə əsla zülm olunmayacaqdır». Onun qarşısına «Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Allahın qulu və Rəsulu olduğuna şəhadət edirəm» kəlməsi yazılmış vərəqə çıxarılacaqdır. Həmən qul deyəcəkdir: «Ya Rəbbim! Bu vərəq bu qədər günahların qarşısında nə gücə malikdir». Allah: «Bu gün sənə əsla zülm olunmayacaqdır». Günahları tərəzinin bir gözünə, həmən vərəqi isə tərəzinin o biri gözünə qoyacaqlar. Vərəqə olan tərəzi ağır gələcəkdir. Rəhman və Rəhim olan Allahın adı qarşısında heç bir şey ağır gəlməz»(14).Əbu Məlik - radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Lə iləhə illəllah deyib Allahdan başqa ibadət olunan hər bir şeyi inkar edən insanın canına, malına qəsd etmək haramdır. Onunla haqq hesabı Allah özü çəkəcəkdir»(15).
(1)Şeyx əl-Albani - rahınətullahi aleyhi - deyir ki: «Xəta üzərində bina edilən hər bir şey xətadır».
(2)NƏFY- İnkar etmək.
(3)Buxari «Cənaiz» 1, Əhməd 5/242.
(4)Müslim.
(5)Müslim.
(6)Buxari.
(7)Müslim.
(8)Buxari, Müslim.
(9)Buxari, Müslim.
(10)İbn Həcər «Fəthul Bəri» 13/289, Ibn Rəcəb «Cəmiul-ulumi vəl Hikəm» s. 338, İbn Əbi Asim «əs-Sünnə» 1/12,13.
(11)MƏRYƏMƏ DEDİYİ SÖZ- Allah İsa - əleyhissəlam -ı sözlə yaratdı. Hansı ki, Cəbrail - əleyhissəlam - ilə göndərmişdir. İsa - əleyhissəlam – ın ruhunu. İsa - əleyhissəlam - özü Allahm kəlamından deyildir. Allah buyurur: «OL!» və o, olur. İmam Əhməd - rahmatullahi aleyhi - deyir ki: «İsa - əleyhissəlam « OL!» sözündən yaranmışdır. Allah buyurur: « OLb» və İsa - əleyhissəlam - da oldu. ONDAN GƏLMƏ RUHDUR - isa ruhu idi. Necə ki, Allahın yaratmış olduğu digər məxluqların ruhları kimi. «Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona «OL!» dedi. O, da oldu». (Ali Imran 59).
(12)Buxari, Müslim.
(13)İbn Hibban 2324, əl-Həkim 1/528 səhih demiş, əz-Zəhəbi də razılaşmışdır.
(14)Tirmizi 2639, 2641, İbn Məcə 4300, Əhməd 4/213, əl-Həkim 1/5,6, 213.
(15)Müslim


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 390 Bölmə: Maraqlı melumatlar