beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Imam Elinin Beyeti

Imam Əlinin beyəti


Muhəmməd Huseyn Təbatəbai yazır: “Birinci Xəlifə əksəriyyət Səhabələrin rəyi ilə xəlifə seçildi. (“İslam və Şiəlik”səh 66,2005-ci il,Xuda nəş.)

Əli (r.a.) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar, onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub, onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi» («Nəhcu-l-Bəlağə», səh:366-367 (tərcümədə səh. 298, Tehran çapı, 1995),6-cı xütbə)

İbn Əbil-Hədid "Nəhcul-Bələğə" əsərinin şərhində nəql edir ki, Əbu Bəkrin xəlifə seçilməsinin səbəbi soruşulduqda Həzrəti Əli belə cavab vermişdir: "Biz insanlar içində bu işə ən layiq olanın Əbu Bəkr olduğunu düşünürdük.Çünki O (Quranda zikr olunmuş) mağara yoldaşıdır, iki nəfərdən ikincisidir və bir onun təcrübəsini də bilirdik və Allahın Elçisi sağ olduğu zaman ona namazda imam durmağı əmr etmişdi." ("Şərhu Nəhcil-Bələğa", İbn Əbil-Hədid, 1/332)


Əli (r.a) dedi:”Ey camaat! Bu iş (İmamət) İmamət üçün bacarıqlı,Allahın buyruqlarını daha yaxşı bilən kimsə haqqdır.Belə olan təqdirdə əgər bir kimsə,ixtişaşçı fitnə salmaq istəsə haqqa qaytarılar.Əgər haqqa boyun əyməkdən uzaqlaşsa onunla müharibə edilər.And olsun İmam və Xəlifə təyin etmək üçün bütün insanların iştirak etməsi şərt olsa belə aydındır ki,bu olması iş deyildir.Axı hamını bir yerə cəm etmək olmaz.Bu iş üçün layiqli adamlar toplaşar və Xəlifəni seçərlər ki,başqaları onların seçdiyini qəbul etməlidirlər.Orada hazır olanlar səsini,sözünü geri götürə bilməz.Orada olmayan da başqa şəxsi seçə bilməz.” (Nəhcul Bəlağa,suffuh salih nüsxəsi,173-cü xütbə,Muhəmməd Abduhun nüsxəsində isə 171-ci xütbə)

İmamətin İlahi əmrlə olduğunu guya iddia edən şəxs belə sözlər deyə bilərmi?

Əli (r.a) deyir: “Müsəlmanlar Peyğəmbər (s.a.s)-in vəfatından sonra özlərindən birini seçdilər.O,müsəlmanları müxtəlif yollarla bir-birinə yaxınlaşdırdı,qorxu və zülmü aradan qaldırdı.” (“Şərh Nəhcul Bəlağa” Meysəm Bəhrani; səh 400)

Həmçinin Əli (r.a) xəlifə olmağa istəmirdi. Osman (r.a)-nın vəfatından sonra, cəmaat ona be`yət etmək istəyəndə, Əli (r.a) dedi: “Məndən əl çəkin, başqasını axtarıb tapın, çünki elə bir işə yönəlmişik ki, cürbəcur yolları var, növbənöv rəngləri var. Könüllər bu işdə qərar tuta bilməz, ağıllar bu işin ağırlığına davam gətirə bilməz. Dan yerini başdan-başa məcazi qara bulud tutmuş, açıq-aydın yol görünməz olmuşdur.Bilin ki, istədiyinizi qəbul etsəm, daha yaxşı bildiyimə uyub gedərəm, nə söyləyənin sözünə fikir verərəm, nə eyib tutanın sözünə qulaq asaram. Amma məndən əl çəksəniz, sizlərdən biriniz kimi olaram. Kimi iş başına gətirsəniz, kimi özünüzə qulluq sahibi etsəniz, o buyruğu sizdən daha artıq dinlərəm, əmrinə sizdən artıq uyaram. “Mənim sizə vəzir olmağım, əmir olmağımdan daha xeyirlidir”.

(“Nəhcul-bəlağa”, “Xilafət dövrü, Cəməl döyüşü və Cəməldən sonra” başlığı altında, “Osmandan sonra Ona bey`ət etmək istəyənlərə buyurdu” xütbəsinə səh 136)

Həmçinin Əli (r.a) digər xütbəsində belə buyurmuşdu: “Vallah xilafətə rəğbətim və hökm etməyə həvəsim yoxdur. Bu iş üçün siz məni çağırdınız, bu yükü üzərimə siz yüklədiniz.” (Nəhcul-bəlağə, səh 225, 205 -ci xütbə. Mubahilə çapı, Baki 2006).

Heç Allah tərəfindən təyin olunmuş, müsülmanların başçısı, belə söz deyər?

Ayətullah Cəfər Sübhani Azərbaycan dilində, “Əl huda” tərəfindən, 2005 ildə nəşr olunan “İslam tarixı” kitabının, 332-333 səhifələrdə yazır: “Osmanı öldürdükdən sonra Həzrət Əli (ə) Muhacir və Ənsarın əksəryətinin israrı ilə xilafətə seçildi. O, əvvəlcə bu vəzifəni qəbul etmək istəmədi, lakin Mühacir və Ənsarların israrından sonra bu vəzifəni ələ aldı”.

Şiələr deyirlər peyğəmbərləri təyin etdiyi kimi, Allah imamlarıda təyin edir. Bu nə məsələdir ki Əli (r.a) Allahın əmrinə uymur? Allah onun əmr sahibi, imam olmasını istədi. Amma Əli (r.a) istəmədi?!! Və yalnız insanların israrından sonra bunu qəbul etdi?!!

Əli Murtəza Peyğəmbər (s.a.s)-in bibisi oğlu Zübeyr ibn Əvvam (r.a)-in dilindən nəql edir: “Biz hesab edirdik ki,Əbu Bəkr rəhbər olmağa daha layiqdir.Çünki,O Peyğəmbər (s.a.s)-in mağara yoldaşı olub.Biz Peyğəmbər sünnəsini bilirik.Peyğəmbər (s.a.s) hələ sağlığında Əbu Bəkrin arxasında namaz qılmağı bizə tapşırdı.”

(“Şərh Nəhcul Bəlağa” İbn Əbil Hədid;c.1,səh 332)

Əli (r.a) can üstə olanda ondan soruşdular: “Səndən sonra kim Xəlifə və rəhbər olacaq?” Əbu Vail və Hakimin rəvayyətinə görə Əli ibn Əbu Talibdən soruşurlar: “Bizə öz varisini göstər.”Əli (r.a) dedi: “Peyğəmbər (s.a.s) bizə heç kimi buraxmadı,mən niyə kimisə varis buraxmalıyam. “Əgər Allah Təala onlar üçün xeyir istəsə onları Peyğəmbərdən sonra yaxşı adamın ətrafında topladığı kimi toplayacaqdır.” (Tusi “Təlxis əş Şafi” c.2,səh 372)

İmam Hakim bu hədisi səhih adlandırmışdır.Zəhəbi də bunu səhih hesab etmişdir.

Bu hədisi İmam Hakim “Müstədrək” əsərində gətirmişdir və qeyd etmişdir ki,hədisin ravilər zənciri səhihdir.

Yəqubinin “Tarix”,Məsudinin “Muruz əl Zəhəb”,İmam Əlinin Nəhcul Bəlağəsində göstərilir ki,Osmanın qətlindən sonra müsəlmanlar Əlinin yanına gedib,soruşmuşlar: “Sənin xəlifəliyin ilə bağlı Peyğəmbərin əhdi olubmu? İmam Əli dedi:”Məndə Peyğəmbərin əhdi olmasına gəlincə,belə bir əhd olmayıb.Lakin,adamlar Osmanı öldürdükdə öz vəziyyətimi götür-qoy etdim.

Osmandan əvvəlki iki xəlifə,Peyğəmbər (s.a.s)-in əhdinə sadiq olanlar da həlak oldular.Osman müsəlmanların məşvərəti ilə xəlifə olmuşdu.Lakin,o da qətlə yetirildi. (Məsudi “ Murucuz zəhəb c.2,səh 425)

Əli (r.a) deyir: “Biz Allahın qədəri ilə razıyıq və işlərimizdə ona təvəkkül edirik.Mən nə edəcəyimi düşündüm və qərara gəldim ki,mənə beyət etməmiş birinci beyət etməliyəm.Çünki,başqasına beyət etmə öhdəliyi artıq mənim üzərimdə idi.”(“Nəhcul Bəlağa” səh 81)



Əli (r.a) deyir: “Mən onda Əbu Bəkrə gedib,ona beyət etdim və yalanı məhv edən hadisələrdə iştirak etdim.Beləcə Allahın kəlamı kafirlər istəməsədə ucaldı.Əbu Bəkr bütün işləri ələ alıb,onları səhmana saldı.Hər kəsin haqqını verib,özünə yaxınlaşdırdı və qənəatçil oldu.Mən ona tövsiyyələr verib,Allahı razı salan işlərdə ona tabe oldum.”

(“Hərrat” (axın) c.1,səh 307; fəsil: “Muhəmməd ibn Əbu Bəkrin öldürülməsindən sonra Əli (r.a)-ın Səhabələrə müraciəti”)

Əli (r.a) deyir: “Siz mənə məndən öncə olanlara verdiyiniz şərtlər ilə beyət etmisiniz.İnsanlar beyət edənə qədər seçim edə bilərlər.Beyət etdikdən sonra isə onlar bu hüququ itirirlər.”(“Nəshu Təvarix” c.3, cüz 2)

Əli (r.a) deyir: “Mən durdum və Əbu Bəkrin yanına gedib,ona beyət etdim....Əbu Bəkr vəzifə başına gələn kimi bu işlərlə məşğul oldu-hər kəsin haqqını verdi,müsəlmanların işlərini səhmana saldı,münaqişə edən tərəfləri barışdırdı və beytul maldan xərcləmələrdə qənaətcil oldu.Mən ona yoldaş oldum,məsləhətlər verdim.Onun Allahı razı qalacağı işlərində mən ona itaət etdim.” (“Məanarul huda” səh 373;”Nəshu təvarih” c.3,səh 532)

Əli (r.a) Cəməldə məğlub olanlarla görüşərək deyir: “Siz Əbu Bəkrə beyət edib,məndən üz döndərdiz və mən də siz kimi Əbu Bəkrə beyət etmişdim....Ömərə də sizin kimi beyət etmişdim və sözlərimdə sadiq oldum....Sonra siz mənim kimi Osmana da beyət etdiz.Sonra mənə heç bir dəvət və məcburiyyət olmadan evimə gəlib,Əbu Bəkrə,Ömərə,Osmana beyət etdiyiniz kimi beyət etdiz.Kim sizə Əbu Bəkrə,Ömərə,Osmana olan beyətə sadiq olub,mənə olan beyəti pozmaq hüququ verib?”. (Tusi “Əməli” c.2,səh 121)

Təbərsi Imam Muhəmməd Baqirdən hədis gətirərək yazır: “...Üsamə məktub alır və adamları ilə birgə Mədinəyə dönür.İnsanları Əbu Bəkrin ətrafında toplanan görüb,Əlinin yanına gedir və soruşur: “Bu nədir?”Əli (r.a) deyir: “Gördüyün kimi.”Üsamə soruşdu: “Sən beyət etdin?” Əli (r.a) dedi: “Bəli” (Təbərsi “İxtisas” səh 50)

Muhəmməd ibn Hüseyn Əli Kəşful-Qita yazır:

“Peyğəmbər (s.a.s) bu dünyadan axirətə köçəndə Səhabələrin əksəriyyəti hesab etdi ki,Əli (r.a) ya yaşının az olmasına görə,yada Qureyşlilərin peyğəmbərlik və rəhbərliyin ancaq Haşim nəslində olmamasını istəmələrinə görə Xəlifə ola bilməz.....İnsanlar görəndə ki,birinci və ikinci Xəlifələr bütün səylərini tövhid kəlməsinin ucalmasına,ordunun hazırlanmasına,yeni torpaqların fəth olunmasına yönəldir,özlərinə heçnə götürmür və öz bildiklərini etmirlər onlara beyət edib,onları dəstəklədilər.”

(“Usulu şia və usuluxa”“Şiələrin və şiə məzhəbinin əsasları” səh 91)



Sual yaranır ki,niyə beyət bir neçə vaxt gecikdi.Bu suala İbn Əbil Hədid cavab verir:

“Sonra Əbu Bəkr qalxaraq insanlara müraciət etdi və üzr istədi və dedi: “Allah bizləri bu beyətin şərrindən qorusun.Mən insanlar arasında olacaq fitnədən qorxdum.Allaha and olsun ki,mən bunda heç vaxt israr etmədim.Mən üzərimə gücüm çatmayacaq və məndə o gücün olmadığı öhdəliyi götürdüm.Mən çox istərdim ki,insanlardan güclü olan bir nəfər mənim yerimə bu işi alsın.” Əbu Bəkr üzr istədi və mühacirlər onun üzrünü qəbul etdilər.

Əli və Zubeyr dedi: “Biz sadəcə şura zamanı bizim çağrılmamamıza görə incimişdik.Amma,biz Əbu Bəkri hamıdan daha çox bu işə layiq hesab edirik.Çünki,O Peyğəmbər (s.a.s)-in mağara yoldaşıdır və biz onu yaxşı tanıyırıq.Hələ Peyğəmbər (s.a.s) sağlığında ona müsəlmanlara camaat namazında İmam durmağı buyurmuşdu.” (“Şərh Nəhcul Bəlağa” c.1,səh 132)

İbn Əbil Hədid Abdullah ibn Əuf əl Xuzaidən rəvayyət edir: “Xalid ibn Səid ibn əl As Peyğəmbər (s.a.s)-in Yəməndəki köməkçilərindən idi.Peyğəmbər (s.a.s) vəfat etdikdə o Mədinəyə gəldi.İnsanlar artıq Əbu Bəkrə beyət etmişdilər.Xalid bir neçə gün gecikdi və beyət etmədi.Günorta vaxtı o Haşim oğullarına əynində bir köynək olan halda gələrək sual etdi: “Əgər siz razısınızsa biz də razıyıq.Yox,əgər siz razı deyilsinizsə biz də razı deyilik.Deyin görüm siz bu adama beyət etdinizmi?Onlar: “Bəli” dedilər.

Əli onların hamısına dedi: “Siz razılaşırsız,yoxsa hamılıqla imtina edirsiz?”

Onlar dedilər: “Razıyıq”

Onda məndə razıyam və siz beyət etdinizsə,mən də beyət edirəm.Amma,Allaha and olsun ki,siz Bəni Haşim uzun ağaclara və yaxşı məhsul kimisiniz.”(“Şərh Nəhcul Bəlağa” c.1,səh 134-135)
Mühacir və Ənsarlar gəlib ona: ”Əlini uzat,sənə beyət edək”deyərkən o əvvəl bir neçə dəfə bu təklifi rədd etmiş,sonra demişdir: ”Məni buraxın,bir başqasını seçin.Əgər sizin çağırışınıza cavab versəm,bildiyim işə baş qoşmuş olaram.Əgər siz məni tərk etsəniz,mən də sizlərdən biriyəm.Ola bilsin ki,mən sizin hakimiyyətə gətirdikləriniz içərisində başqalarının söylədiklərinə ən diqqətli,üzü yola birisiyəm.Mənim sizə vəzir,məsləhətçi olmağım əmir olmağımdan daha yaxşıdır.” Sonra o Təlhə,Zübeyrə üz tutub dedi:”Əgər sizlərdən biriniz istəsə,mən sizə beyət edərəm.”Onlar dedilər:”Yox adamlar səni istəyir.”Sonra Əli dedi:”Əgər məni istəməyən varsa,beyətim sirr deyil.Bu ancaq müsəlmanların razılığı ilə olmalıdır.Kim mənə beyət etmək istəyirsə,qoy məscidə gəlsin.” (Murtəza ər Razi Əş Şafi səh.128,129)

İmam Əli ona qarşı üyan edən Müaviyyə baradə demişdir: ”Mədinə mənə beyət edərkən,sən Şamda qaldın.Halbuki,mənə beyət edənlər bir zaman Əbu Bəkrə,Ömərə,Osmana beyət edənlər idi.Burada iştirak edənlər seçim qarşısında olmadığı kimi iştirak etməyənlər də zorla gətirilməyib.Əgər mühacir və ənsarlar birləşib,bir nəfəri hakimiyyətə gətirməyə razılaşıblarsa,bu Allaha xoş gələn işdir. (Məclisi “Bihar” c.8,səh 555)

İmam Əli demişdir:”İstəyirsiniz məni qoyub,başqasını özünüzə xəlifə edin.Bizim qəbul etdiyimiz bu işin müxtəlif cəhətləri vardır.Bilin ki,əgər sizin tələblərinizə cavab verə bilərəmsə,bunu ancaq sizinlə edə bilərəm.Əgər məni tərk etsəniz,heç kimin sözünü dinləyib,tənqidinə qulaq asa bilmərəm.Çünki,o zaman mən də adi bir insan,sizlərdən biri olaram.Siz məni bu işə təyin etdiyinizdən mən də sizi dinləyib,itaət göstərərəm.Mən sizin vəzirinizəm (“Nəhcul Bəlağa” səh.20)

Şiə məzhəbinin böyük alimlərindən sayılan ən-Nuri ət-Təbərisi deyir: "Qədr Xum günü, Peyğəmbər (s.a.s) özündən sonra Əlinin xəlifə olması haqqında açıq-aşkar bir söz qeyd etməmişdir. O, bunu ümumi məna daşıyan və bir neçə mənalarda müştərək olan bir ifadə ilə vurğulamışdır. Bu ifadənin hansı mənaya dəlalət etməsini araşdırıb təyin etmək lazımdır". (“Faslul Xitab”,səh 205-206)

Əli (r.a) deyir: “Faruq öldürüləndə O məni altı nəfər namizəddən biri etdi.Mən şura üzvlərindən idim.Mən müsəlmanların sözlərinin bütövlüyünü pozmaq və qırmaq istəmədim.Siz də mənim kimi Osmana beyət etdiniz.” (Tusi “Əməli” c.2,cüz18,səh 121)

Həmçinin Əli (r.a) deyir: “Siz bilirsiz ki,mən buna başqasından daha layiqəm.Lakin,Allaha and olsun ki,mən müsəlmanların istənilən qərarı ilə razılaşacam.Bununla yalnız səyləri və üstünlükləri olanlara haqqsızlıq edilmiş olar.”(“Nəhcul Bəlağa” Subki Saleh tədqiqi ilə səh102)

İbn Əbil Hədid öz şərhində yazır: “Abdurrahmən ibn Auf Əliyə dedi: “Beyət et.Əgər etməsən qeyri müsəlmanların izlədikləri yolu getmiş olacaqsan....”Əli dedi: “Siz axı bilirsiz ki,mən buna başqalarından daha layiqəm...Sonra əlini uzatdı və beyət etdi.” (“Nəshu təvarih” c.2,kitab 2,səh 449)


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 438 Bölmə: Maraqlı melumatlar