beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nardaranda Zencir

mescidden qan iyi getirdiler, natemizlik etdiler
Lent.az-ın əməkdaşı xəbər verir ki, yanvarın 6-da axşam saatlarından
başlayaraq, paytaxtın mərkəzi hissələrindən 20-30 nəfərlik, əsasən
gənclərdən ibarət çoxsaylı insan qrupları Nardaran kəndi istiqamətində
piyada yola çıxıblar. Aşura günüdə Kərbəlada şəhid olanları yad etmək
üçün keçirilən ənənəvi mərasim paytaxtda fəal şiə mərkəzi sayılan
Nardaran kəndində saat 20 radələrində başlayıb.


Lent.az-ın Nardarana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə,
kənddəki “Hüseyniyyə” məscidinin həyətinə mərasim başlanan vaxt
minlərlə insan toplaşıb. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının
xəbərdarlığına baxmayaraq, mərasim iştirakçıları, əsasən də gənc və
yeniyetmə oğlanlar, məscidin içərisində sinə döyür, zəncir vururlar.
Onların əksəriyyəti üzərinə ərəb hərfləri ilə yazılar yazılmış qara
rəngli paltarlar geyinib, alınlarına qara parçalar bağlanıb. Məscidin
qapısında isə mərasimə gələnlərə təsisçisi Mehman Müctəba kimi
göstərilən, Azərbaycanda nəşr olunan “İslam həqiqətləri” qəzeti
paylanıb. 29 fevral-06 mart 2008-ci il tarixli qəzetdə dini məzmunlu
yazılarla yanaşı, siyasi yazılar da yer alıb.

Aşura mərasimi zamanı məsciddə siyasi mövzuda bəyanatlar, şüarlar səslənməyib.

“Hüseyniyyə” məscidində 4 nəfər mikrofonla mərsiyə deyib. Onlardan biri
əmmaməli və əbalı olub. Lent.az-ın əməkdaşı mərsiyə deyənləri çəkmək
istəyərkən buna etiraz edilib.

Yaxınlıqdakı “Rəhimə xanım” ziyarətgahında isə mərsiyə səsləri gəlsə
də, insanlar bura daha çox ziyarət və nəzir vermək məqsədilə gəlib.
Burada zəncir vurulması müşahidə olunmayıb.

Mərasim bu gün səhərə qədər davam edib. Kəndə gedən yolda polis postları da səhərə qədər fəaliyyət göstərib.

Qeyd edək ki, Hicri tarixlə 61-ci ilin məhərrəm ayının 10-da (miladi
tarixlə 680-ci il) Kərbəla çölündə Yezid ibn Müaviyənin qoşunları ilə
qeyri-bərabər döyüşdə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn ibn Əli
və daha 71 nəfər silahdaşı şəhid olub.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 147 Bölmə: Maraqlı melumatlar