beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elm öyrənmənin fəziləti

1. Savfan bin Usaln al-Muradi (allah ondan razı olsun) dedi: Bir gün məscidə peyğəmbərin yanına gəldim və ey Allahın rəsulu mən elm öyrənmək üçün gəldim dedim. Bunun üzərinə peyğəmbər belə buyurdu: Ey elm öyrənmək istəyən xoş gəlmisən, həqiqətən mələklər elm tələbəsini ətarına toplanar və elmi sevdikləri üçün onu qanadlarının altına alaraq dünya səmasına qədər bir birilərin üstünə toplanarlar.

2. Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
“ Allah kimə xeyr istəyərsə ona dinini öyrədər”.

3. Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
“Elm öyrənmək hər bir müsəlmana fərzdir.”

4. Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
“Kim elm öyrənmək üçün yola çıxarsa , Allahda onun cənnətə gedən yolunu rahatlaşdırar.Mələklər razılıq əlaməti olaraq qanadlarını elm tələbəsinin önünə açarlar.Göylərdə və yerlərdə nə varsa , hətta dənizdəki balıqlar belə alim üçün Allahdan bağışlanma diləyərlər.Alimin abid üzərində üstünlüyü ayın ulduzlar üzərində parlaqlığına bənzəyər.Alimlər peyğəmbərlərin varisləridir.Peyğəmbələr özlərindən sonra nə dinar nədəki dirhəm miras qoymuşlar, peyğəmbərlər ancaq özlərindən sonra elm miras qoyarlar.Kim bu mirası götürərsə artıq tükənməz mirasa sahib olmuşdur

5. Əbu Umam əl-Bəhili dedi: bir gün peyğəmbəin yanıında iki nəfər , birisi alim ikincisi isə abid haqqında söz açıldı.Bunun üzərinə peyğəmbər (aleyhissatu vasəlləm) buyurdu: Alimin abid üzərində fəziləti mənim sizin üzərinizdə fəzilətim kimdir.Sonra yenə rasulullah (sallallahu aleyhi vasəlləm) buyurdu: Şübhəsiz ki Uca Allah, onun mələkləri , yer və səma əhli, hətta yuvasında olan qarışqa və dənizdəki balıqlar insanlara xeyr öyrədən müəllimə xeyr dua edirlər.

6. Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
“Kim məscidə elm öyrənmək və ya öyrədmək üçün gedərsə, kamil həcc savabı qazanar”

7. Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
“Kim elm öyrənmək üçün yola çıxarsa , geri qayıdana kimi Allah yolunda cihada getmiş sayılır.

8. Bir gön Əbu Hureyrə (allah ondan razı olsun) mədinə bazarına gedərək, Ey bazar əhalisi! Siz nə aciz insanlarısnız dedi!Bazar əhlisidə ey Əbu Hureyrə nə üçün bizə belə deyirsən, bizə nə olub ki? Əbu Hureyrə : peyğəmbərimizin mirası paylanır , nə üçün gedib payınızı götürmürsünüz cavabını verdi.Bazar əhalisi isə dərhal, ey Əbu Hureyrə miras harada paylanır ?.Əbu Hureyrə peyğəmbəin məscidində cavabını verdi.Bunun üzərinə bazar əhalisi qaça-qaça məscidə qoşdular, Əbu hureyrə isə bazarda dayanaraq onların geri qayıtmasını gözlədi.Geri qayıdan bazar əhlisinə Əbu Hureyə nə tez geri qayıtdınız sualını verdi.Onlrada ey Əbu Hureyrə biz məscidə getdik , amma məsciddə heçnə paylanmadığını şahidi olduq.Əbu Hureyrə yəni, məsciddə heç kimsəni görmədinizmi? Onlarda, bəli məsciddə insanlar var idi,amma onlardan bəziləri namaz qılır, bəziləri quran oxuyur, bəzi halal bə haram hökmlərini öyrənirdilər.Əbu Hureyrə bunun üzərinə: peyğəmbərin mirasıda elə odurda cavabını vermişdir.

(Məhəmməd Nəsruddin Albaninin “Səhih Tərğib və Tərhib “ kitabından)

Dəyərli müsəlman bacı və qardaşlarım, gəlin biz də peyğəmbər (sallallahu aleyhi vasəlləmin) o gözəl mirasından istifadə edənlərdən olaq. Bununla Allahın razılığını qazanaq və Allah da bizi peyğəmbərimizlə firdovs cənnətində bərabər etsin. Amin!


Tarix: 26.04.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 234 Bölmə: Maraqlı melumatlar