Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.s) həyatı-Ficar döyüşü və Hilful-Fudul anlaşması

Ficar döyüşü

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), iyirmi yaşlarında ikən, Qureyş və Kinanə ittifaqı ilə Qays və Aylan qəbilələrinin qurduğu ittifaq arasında, Ukaz bazarında bir döyüş baş verdi. Döyüş şiddətləndi və iki tərəfdən də bir çox şəxs öldürüldü. Sonra ölülərini sayıb qanbahası etmək üçün bir atəşkəs etdilər. Daha sonra da barış təmin olundu və arada düşmənlik və şiddətə son qoyuldu. Rəsulullah da bu döyüşə qatılmış və əmisi oğullarına ox hazırlamaqda köməklik göstərmişdir. Bu döyüşə Ficar deyilməsinin səbəbi, döyüşdə Məkkənin və haram ayların hörmətdən salınmasına görədir. Ficar hərbinin üç ili mübahisə və yüngül döyüşlər ilə keçmiş, dördüncüsündə isə, döyüş şiddətlənmişdir

Hilful-Fudul

Ficar döyüşündən dərhal sonra, Qureyş qəbiləsindən beş ailə arasında Fudul (86) andlaşması (Fəzilətlər andlaşması) edilmişdir. O ailələr bunlar idi : Haşim oğulları, Muttalib oğulları, Əsəd oğulları, Zührə oğulları və Teym oğulları. Bu andlaşmanın edilməsinin səbəbi isə bu idi : « Zəbid qəbiləsindən bir tacir Məkkəyə mal satmaq üçün gəlmişdi. As b. Vail əs-Səhmi onun malını almışdı, ancaq əvəzini ödəməyi rədd etmişdi. O şəxs Abduddar oğulları, Məhzum oğulları, Cəhm oğulları, Fəhm oğulları və Adiyy oğullarını yardıma çağırmış, ancaq yardım etməmişdilər. Bunun üzərinə o tacir Əbu Qays dağına çıxaraq başına gələn zülmü beytlər halında və haqqını almaq üçün insanları özünə yardım etməyə çağırmışdı. Bu çağırışı eşidən Zübeyr b. Abdul-Muttalib yuxarıda adı keçən ailələrlə birlikdə Teym oğullarının rəisi Abdullah b. Cədanın evində cəm oldular və üç qərar üzərində andlaşma etdilər. Məkkənin içində kim zülmə məruz qalsa, məzlumun haqqı alınana qədər zalımlara qarşı hamısı birlikdə mübarizə aparacaqdılar. Bu andlaşmadan sonra, qalxıb As b. Vailin yanına getdilər, Zəbidin haqqını ondan zorla aldılar və sahibinə geri qaytardılar.

Deyirlər ki : Bu andlaşmanın bu adla adlanmasının səbəbi, Cürhüm qəbiləsinin əvvəlki dövrdə belə bir andlaşmağa Qureyşdən əvvəl təşəbbüs etməsi idi. Onlar özlərindən üç nəfər və onlara tabe olanlarla and içdilər.

Onların birincisi, Fadl b. Fədalə; İkincisi, Fadl b. Vədaə; Üçüncüsü Fudeyl b. Haris idi. Bir rəvayətdə onlar : Fudeyl b. Şüraə, Fadl b. Vədaə və Fadl b. Quzaədir. Qureyşin bu andı, bax o Qureyşin andına bənzədikdə, "Hilful-Fudul" adı verildi. Bir rəvayətdə belə adlanmasının səbəbi : Onların fəzilətləri öz xalqlarına vermək və zalımın məzlum ilə döyüşməməsi üçün razılığa gəlmələri idi.


Tarix: 03.05.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 118 Bölmə: Maraqlı melumatlar
loading...