beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hirslənmə

Ey insanlar!..Yerüzündə; Rəsulullah sallallahu aleyhi va səlləm kimi, Onun kimi insanların zülmetmək üzrə ona qarşı birləşdiyi bir bəşər daha görülmədi, görülməyəcək..Cəmiyyətin hər hissəsindən hücumlara və söyüşlərə məruz qaldı. Dövrün şairləri Onu hicv etdi və qövmünün irəli gələnləri Onunla lağlağa etdi. Ağılsız insanlar Ona əziyyət verdi və sehirbazlar Ona sehir etdi. Nəhayət Allah Sübhənahunun, Nəbisi sallallahu aleyhi va səlləmə Məkkənin fəthini nəsib etdiyi gün gəldi. Rəsulullah sallallahu aleyhi va səlləm Beytullaha girib onu tavaf etdikdən sonra Məscidi Haramda oturdu. İnsanlar da ətrafında oturmuşlardı. Bütün gözlər Ona çevrilmişdi.

Onun düşmənlərinə nə edəcəyini gözləyirdilər. Və Rəsulullah sallallahu aleyhi va səlləm o məşhur sözünü söylədi: Ey Qureyş camaatı! Sizə nə edəcəyimi düşünürsünüz Yaxşılıq; dedilər. Qiymətli bir qardaşsan və qiymətli bir qardaşın oğlusan. Şübhəsiz mən də sizlərə, Yusifin qardaşlarına söylədiyini söyləyirəm: Bu gün sizi danlamaq yox! Gedin sizlər sərbəstsiniz. Elə o an, Hind b. Utbə, İkrimə b. Əbu Cəhil kimi böyüklər müsəlman olur və tövbə edirlər. İbni Zəbara və Kaab b. Züheyr kimi şairlər dönüb üzr istəyirlər. Ondan hərkəsə ancaq bağışlanma gəlir.
Allahu Əkbər!.. Gücü çatdığı halda bağışlamaq necə də gözəldir! Allahu Əkbər! Çətinlik göstərə bildiyi halda, genişlik göstərmək, zillətə salabildiyi halda izzətli davranmaq necə də gözəldir!..Rəsulullah sallallahu aleyhi va səlləmdən başqa buna layiq kim ola bilər ?
Ey müsəlmanlar! Bax bu və buna bənzər yüksək davranışlarla göstərdiyi müxtəlif ibrətlər və istiqamətləndirmələrlə Rəsulullah sallallahu aleyhi va səlləm bütün gücünü cahiliyyəni yox etməyə və cahiliyyənin qaranlığını ortadan qaldırmağa qoydu. Yumşalığı və bağışlaması ilə pisliyə Mane oldu: "(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!" (Ali İmran surəsi, 159)
Rəsulullah sallallahu aleyhi va səlləm cahiliyyə adətlərinə mane oldu. Cəmiyyətin təməl dirəklərini fəzilət və gözəl əxlaq, cahiliyyə və hirslənməyi tərketmək üçün ayağa qaldırdı. İnsanların hamısına etdiyi nəsihətlərin böyük əksəriyyəti bu məqsədə doğru yönəlmişdi. Rəsulullah sallallahu aleyhi va səlləm belə buyurur: Müsəlmana söymək fasiqlik, onunla döyüşmək isə küfürdür. Bu hədisi Buxari və muslim rəvayət edir.
Ey Müsəlmanlar!.. Yumşaq xasiyyətlilik, sevmədiyi bir şeylə qarşılaşdığı zaman nəfsin, özünə qadağan olunan hala dönməsini pis görmək deməkdir. Yumşaq xasiyyətlilik, qəzəb anında nəfsə hakim olmaq və onu cilovlamaqdır. Yumuşaq xasiyyətlilik, elm libasıdır. Kim ondan məhrum olursa çılpaq qalmış, qüsurları insanlara görünmüşdür. Batil heç xeyir gətirirmi Diqqət edin!.. Qəzəblənmək, pisliyin yoldaşıdır. Yumuşaq xasiyyətlilik isə qəlblərin rahatlığı və insanların səadətidir.
İnsanların hamısı bir ana atadan törədiyi halda aralarındakı fərq böyükdür. Vəziyyətlərinin və keyfiyyətlərinin müxtəlifliyi əhəmiyyətli bir imtahan meydanıdır. Bu səbəblə Allah əzzə və cəllə belə buyurur : "Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi" (Furqan surəsi, 20)
İnsanlar içində yumuşaq xasiyyətli, qabiliyyətli və tələskən davranmayanlar da var. Çətinliklər onu hürküttüyündə yumşaq xasiyyət və tələskən davranmama xasiyyətin onu o çətin vəziyyətdə düşüncəsinin üstünlüyünü və əxlaqının gözəlliyini mühafizə edərək qalmasını təmin edir. qəzəbini sakitləşdirmək üçün özünü rəzil etmir. Ona qarşı bir cahillik edilərsə yumşaq xasiyyətindən başqası ona fayda verə bilməz. Ğays b.Asimin davranışı kimi olarsa ucalıq və üstünlük necə də gözəl olar. Oğlunu öldürən adamı əlləri arxasına bağlanmış şəkildə onun yanına gətrirlər. Belə deyir: Qardaşımı qorxutdunuz. Onu buraxn və uşağın anasına kəffarəsini göndərin. Çünki o, bizim qövmümüzdən deyil!
Sonra insanlar arasında tələskən və tutarsız olanlar var. Yenə onlar arasında əcnəbi və saf olanlar var. Tələsərək ağılsız şəkildə davranır. Dil və davranışı qəlbindən və ağlından öncə gəlir. Öüzünü tənqid etməz və durub düşünməz. Davranışlarında həddini aşır, daha sonra da onlardan üzr istəmək məcburiyyətində qalır. Beləliklə Rəsulullah sallallahu aleyhi və səlləmin qadağan etdiyi vəziyyətə düşmüş olur. Rəsulullah sallallahu aleyhiva səlləm belə buyurur: Sabah söylədiyin söz üçün üzr istəmək məcburiyyətində qalacağın sözü demə! Bu hədisi İmam Əhməd və İbn Macə rəvayət edir. O an üzr istəməyin fayda verməz.
Çünki ağlı başından gedib şüursuzca işləri pozunca və duyğuları üstün gəlincə islahına yer qalmır. Ona nəsihət verilsə və doğru olan yadına salınsa belə daha da hirslənir. Bax bu gizli axmaqlıq səbəbidir.
Nəfislər ortaya girincə qəzəbin sahibini dəlilik dərəcəsinə götürdüyünü gördük. Ancaq qan tökməklə həll oluna biləcəyini düşünürlər. Əgər müsəlman fəzilətlərdən meydana gələn yüksək surlar ardında yaşasa belə bir artıq duyğu hiss edərmi Əsla hissetməz! Əksinə alçaqlıqlar, hədəflənən uzaq yerə çatmadan əvvəlcə öz qəlbinə düşər. Bunda təəcüblü bir şey yoxdur. Çünki atəş əvvəlcə yandığı yerə dönür. Rəsulullah sallallahu aleyhi va səlləm belə buyurur: Məzlum olan həddi aşana qədər birbirinə söyən iki adamın hər söylədiyinin günahı, o ikisindən ilk başlayanın üzərinədir. Bu hədisi Muslim rəvayət edir.
İmanlı insanın kiçik kiçik şeyləri şişirdərək sıxıntı hiss etməməsi lazımdır. Bundan əlavə islah edən kəs öz ağır xasiyyətindən düşüncəsiz insanlara da boşaldaraq onları ən yaxşı şəkildə bağlamalıdır k, tərif və gözəl söz dillərindən düşməsin.
İnsanlardan bəziləri var ki, qəzəbi heç sakitləşmir. Davamlı hirslənən bir şəxsdir. Hirsi surətində əks olunur. Ona bir kəsin kiçik bir əziyyəti toxunsa dəliyə dönür və köpürür. Söyməyə və lənət etməyə başlayır. Əksəriyyət etibarilə onun qəzəbi ona ancaq axmaqların edəcəyi şeyləri etldirir. Çətin açıldığı zaman qapıya hirslənir. Yoldan bir az çıxsa maşına hirslənir. Yeməyin duzu, ya da çörək yaxşı bişməsə arvadını rəzil edər, sümüklərini qırar, yuvasını dağıdar. Sonra bir neçə dəfə boşaması kifayət olduğu halda, onu göydəki ulduzlar sayı qədər boşayar.
İtlər kimi dalaşırlar və xoruzlar kimi döyüşürlər. Yara qan içində ayrılırlar. Hər biri özünə yazıq etmişdir. Nəticədə uşaqlar ailə həyatından məhrum qalır. İslam bütün bu çirkin xüsusiyyətlərdən tamamilə uzaqdır. Rəsulullah sallallahu aleyhi va səlləm belə buyurur: Mömin tən edən, lənət edən, açıq saçıq danışan və çirkin söz söyləyən deyildir. Bu hədisi Tirmizi rəvayət edir və Həsən bir hədisdir deyir.
Sonra ər arvadın bundan sonrakı peşmanlığını heç soruşmayın ey müsəlmanlar. Üzrlər istəyirlər, qazilərə və hakimlərə baş vururlar. Bütün bunlar hirslənən kişinin ağlına sahib olma, yumuşaq başlı davranma və hirsini boğma ilə həll edəbiləcəyi bir problem qarşısında düşüncəsiz işlədiyi bir xətanı ortadan qaldırmaq üçündür.
Qayğılı və hüzünlü bir şəkildə evindən çıxan uşağın günahı nədir Üzüntüsünü aparacaq bir şeylər tapma ümidi ilə sağa sola yönəlir. Bəlkə də onun kimiləri gözləyən cəmiyyətdəki ac qurdlar onu əhatə edir və onu özləri kimi edərlər. İçki və narkotik kimi öldürücü zəhərlərə bağlı hala gətirirlər. Bütün bunlar ana və atasının bir anlıq qəzəbinin ardından gələn söyüşün, zərbənin və bəlkə də evdən qovmanın nəticəsidir. Beləliklə ailələr dağılır və cəmiyyətin təməlləri yıxılır. Hər gün bir düşmən qazanılır, bir dost itirilir və bir yuva yıxılır.
Allahın qulları! Yumşaqcasına davranan ya aciz və qorxaqdır, nə lehinə, nə də əleyhinə bir şey var. Bir şey qazanmasa da ən azından günaha girməz. Cəzalandırmağa gücü çatmadığı halda yumşaq başlı olduğunu irəli sürsə belə, bu ancaq səviyyəsiz insanların başvuracağı bir dəlildir. Vəya zahiri möminlərə, daxili günahkarlara bənzəyən bir hiyləbazdır. Aşkar şəkildə bağışlayır lakin içdən içə hirslənir və artıqlaması ilə intiqam alır. O, cəmiyyət üçün güvə kimidir. Güvə təbiəti gərəyincə düşdüyü yeri dəlik deşik edir. Ya da qurd kimidir, qurd da təbiəti gərəyincə düşdüyü yeri pozur və pislər. Belələrini Allah çox keçmədən insanlar arasında rəzil edir.
Vəya cəzalandırma gücünə sahib olmasına baxmayaraq yumuşaqlıq yaradılışında var. Əşəc b. Abdul Qays kimi. Rəsulullah sallallahu aleyhi va səlləm onun haqqında belə buyurur: Şübhəsiz səndə iki xüsusiyyət var ki, Allah və Rəsulu onları sevir. Yumuşaqlıq və tələsməməkdir. Bu xasiyyəti sonradanmı qazandım, yoxsa onunla yaradıldım ey Allahın Rəsulu deyincə Rəsulullah sallallahu aleyhi va səlləm Əksinə onun üzəinə yaradıldın. buyurur. Bunun üzərinə Məni, Allahın və Rəsulunun sevdiyi iki xüsusiyyət üzrə yaradan Allaha həmd olsun deyir. Bu hədisi Muslim və digər alimlər rəvayət edir.
Və ya əslində əsəbidir; ona qarşı haqsızlıq edilməsindən rahatsızlıq hiss edir. Fəqət qarşılığını Allahdan gözləyərək səbr edir. Cəzalandırmağa gücü çatdığı halda bağışlayar. İmanı ona yaxşılıq etməyi və cahilləri bağışlamağı əmr edir. Bax bu, dünya və axirətdə savaba çatan və Allah qatında və sonrasında insanlar arasında təriflənəndir. O, Rəsulullah sallallahu aleyhi va səlləmin bu hədisində güclü və qüvvətli olaraq vəsf edilir: Güclü; güləşdə qalib gələn deyildir. Əksinə güclü, qəzəb anında nəfsinə hakim olandır. bu hədisi Buxari və Müslim rəvayət edir. Bu eyni zamanda Rəsulullah sallallahu alehyi va səlləmin bu sözündə bildirilir: Kim, edəbiləcəyi halda hirsini boğarsa Allah onu bütün məxluqatın önündə çağırar və onu hurilər arasında seçməkdə sərbəst buraxır. Onu, onlardan dilədiyi ilə evləndirir. Bu hədisi İmam Əhməd rəvayət edir.
Allah bizləri və sizləri qəzəbdən və qəzəbin pis aqibətindən qorusun. Bizlərə yumuşaq xasiyyət ehsan etsin. Şübhəsiz O; eşidən və yaxındır. " Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər" (Ali İmran surəsi, 133-134)
Allahdan lazımınca qorxun, ey Allahın qulları! Dinimizin prinsipləri ilə əməl etməyimiz və Nəbimiz Məhəmməd sallallahu aleyhi va səlləm dediklərini mütləq yerinə yetirməyimiz lazım olduğunu bilin. Eyni şəkildə nəfislərimizi hirsdən çəkindirməli və bizə zərər və peşmanlıq gətirəbilən məsələlərdə tələsməməliyik. Müsəlman kimsədən, gücü çatdığınca bəsirətli və yumşaq davranaraq, nəfsindən və şeytandan Allaha sığınaraq sinirlərinə hakim olması və hirsini söndürməsi tələb olunmaqdadır.
Rəsulullah sallallah aleyhi va səlləmin, səhabələrdən birinə etdiyi bu nəsihətə qulaq asın. Buxarinin Səhihində rəvayət etdiyinə görə bir adam, Nəbi sallallahu aleyhi va səlləmə Mənə bir nəsihət ver deyir. Rəsulullah sallallahu aleyi va səlləm ona Hirslənmə buyurur. Adam bir neçə dəfə təkrar edir və Rəsulullah (s.ə.s) hər dəfə Hirslənmə buyurur. Hədisdə nəzərdə tutulan, adamın hirsləndiyi zaman, qəzəbin təsiri ilə hərəkət etməməsi, bundan başqa hirsini boğmaq üçün nəfsi ilə mücadilə etməsidir. Çünki qəzəb adəmoğluna sahib olunca, ona əmr edir və qadağan edir. Allah azzə və cəllə bu mənada belə buyurur: " Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: "Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar!" - (deyə yazılmışdı)." (Əl Alaf surəsi, 154) İnsan nəfsi ilə mücadilə edincə qəzəbin şərrini dəf edir və hirs ondan dərhal gedir. O zaman heç hirslənməmiş kimi olur. Qurani Kərimdə, Allah azzə və cəllənin bu ayələri ilə buna işarə edilmişdir: " O kəslər üçün ki, böyük günahlardan rəzil işlərdən (zinadan) çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar;" (Əş Şura surəsi, 37) Bir başqa ayədə: "O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər." (Ali İmran surəsi, 134)
İnsanların dünyasında qəzəb, eniş və çıxış baxımından vəziyyətə görə dəyişir. Fəqət şəri çərçivə daxilində bu üç dərəcənin xaricinə çıxmır:
Birinci dərəcə: itidal (ölçülü olma) dərəcəsidir. Canını, dinini, namusunu ya da malını qorumaq üçün hirslənir. Əgər bu qəzəb olmasaydı cəmiyyət nizamının təməldən yıxılması və qarmaqarışıqlığın yayılması ilə yer üzü dağılardı. Rəsulullah sallallahu aleyhi va səlləm buyurur: Kim malı uğruna öldürülürsə o şəhiddir. Kim canı uğruna öldürülürsə o şəhiddir. Bu hədisi, İmam Əhməd və İbn Hibban rəvayət edir.
İkinci dərəcə; qəzəbin ölçülü olmasının da altına düşməsidir. İnsanda qəzəblənmə xüsusiyyəti tamamən zəifləyir və yox olur. Bu vəziyyət şəriət tərəfindən pislənir. Xüsusilə də, Allahın haram etdiyi şeylərlə əlaqəli olanda..Aişə radiyallahu anha belə deyir: Rəsulullah sallallahu alehyi va sələm Allah yolunda cihad etmə istisna olmaqla əli ilə heç bir şeyə; nə bir qadına, nə də bir xidmətçiyə əsla vurmadı. Allahın haramlarından bir şeyin keçməsindən xaric özünə edilən bir əziyyət üçün əsla sahibindən intiqam almadı. Allah Təala üçün intiqam alırdı. Bu hədisi, Muslim rəvayət edir.
Üçüncü dərəcə; qəzəbin, ağlın və Dinin üstünə çıxmasıdır. Bəlkə də, böyük günahlar və günahlar etməyə sövq edir. Bu maneə ancaq Rəsulullah sallallahu aleyhi va səlləmin işarə etdiyi şeyi etməklə öhdəsindən gəlinir. Nəbi sallallahu aleyhi va səlləm belə buyurur: Sizdən biriniz hirsləndiyində sussun Bu hədisi İmam Əhməd rəvayət edir. Nəbi sallallahu aleyhi va səlləmin yanında iki kişi bir birini söyür. Birinin üzü qəzəbindən qıpqırmızı olur. Nəbi sallallahu aleyhi va səlləm belə buyurur: Mən bir söz bilirəm; kim onu söylərsə hissetdiyi şey ondan gedər: Əuzu billəhi minəşşeyanirracim/ Lənətə gəlmiş şeytanın şərrindən Allaha sığınıram.

Allahin salamı və xeyir-duası üzərinizə olsun!


Tarix: 08.05.2013 / 19:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 585 Bölmə: Maraqlı melumatlar