beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Terbiyevi Hekaye

Ailede gozel terbiye almis Memmed seviyyeli, durust, dindar bir genc idi. En cox sevdiyi insan ata nenesi idi. Ondan xeyli dini melumatlar almisdi. En cox da nenesinden aldigi sukur tovsiyesi onu cox heyecanlandirmi­sdi. Nenesi ona tez-tez: Ovladim, biz cox zeif insanlariq, ehtiyacimiz da coxdur, Rebbimizin lutfu ise cox genisdir. Bize saysiz nemetler vermisdir. Ona ne qeder sukur etsek de, yene azdir. Ona gore de omrun boyu, son nefesine qeder sukur icinde yasa. Allahin lutfu de, qezebi de xosdur. Ondan ne gelirse-gelsin,­ her zaman sukur et, - deyirdi. Memmed de bu sozleri qulaginda sirga etmisdi, hemise Rebbine sukur edirdi. Artiq Memmedin evlenmek vaxti catmisdi, valideynlerinin­ tovsiyesi ile halal sud emmis, ozu kimi dindar bir qizla evlendi. Ona gore de Rebbine cox sukur etdi. İki ruket sukur namazi da qildi. Memmed xanimi ile xosbext bir heyat yasayirdi, bir-birine qarsi cox semimi idiler. Bu xosbextliyi defelerle artira bilecek bir mujde lazim idi, o da cox gecikmedi, Memmed ata olacaqdi. O qeder cox sevindi ki, derhal destemaz aldi, sukur secdesi etdi ve Rebbine bele bir dua etdi: Allahim, hec layiq olmadigim halda mene cox lutf edirsen. Sene kainatdaki zerrelerin sayi qeder hemd-sena olsun. Dunyaya gelecek yavrumuzu terbiyeli, Senin rizandan bir an da olsun, ayrilmayan bir ovlad ele. Doqquz ay sonra Memmedin bir oglu dunyaya geldi. Xanimi ile meslehetleserek­ adini Abdullah qoydu. Abdullah dogulduqdan sonra bu evde her sey deyismisdi, her sey gozellesmisdi. Valideynler heyatlarini Abdullaha gore qurmusdular. Onunla oturub, onunla dururdular. Uc il sonra artiq Abdullah danisa bilirdi, evde muxtelif decellikler edir, sirin dili ile ata-anasini guldururdu. Atasi namaz qilarken o da gelib yaninda dayanib, onunla beraber namaz qilirdi, axsamlar Memmed evde ucadan kitab oxuyar, Abdalluhla anasi da ona qulaq asardilar. Memmed ve ailesi, belece, xosbext bir heyat surerken bir gece gozlenilmeden Abdullahin temperaturu qalxdi. Anasi ana qaygikesliyi ile bir qeder de tesvise dusdu. Memmed: Bir sey olmaz, evveller de bele seyler olmusdu. Bir az parca ve su getir, temperaturunu dusurek, - dedi. Butun gece, belece, calisdilar, amma Abdullahin temperaturunu salmaq mumkun olmadi, gozlerinin alti da qaralmisdi. Memmed hekim cagirmaq ucun evden cixdi, hekim ise qesebede yasayirdi. Qesebe ile kend arasinda 3 saatliq yol var idi. 6 saat sonra Memmed hekimle birlikde eve qayitdi. Hekim Abdullahi muayine etdi, usagin veziyyeti yaxsi deyildi. Hekim: Artiq gec oldugunu, usagin bir nece saatliq omru qaldigini atasina dedi. Memmed de otaga qayitdi. Xaniminin aglamaqdan gozleri qan canagina donmusdu. Memmed usaginin yataginin basinda diz cokerek, onun saclarini oxsayirdi. Cox kovrelmisdi, artiq goz yaslarini da saxlaya bilmirdi. Bir yandan aglayir, bir yandan da bele deyirdi: Canim oglum, insallah, cennetde goruseceyik, senden doymadim, amma olsun, seni bize bir hediyye olaraq Rebbimiz vermisdi, veren de O, alan da O. Onun emrine qarsi cixa bilmerik, Ona minlerce sukur olsun. Artiq Abdullah son nefesini vermisdi. Bu arada Cenabi-Haqq ile olum meleyi Ezrayil arasinda bele bir sohbet oldu: - Bendenin ciyerparasini elinden aldiniz, o, bu veziyyeti nece qarsiladi, ne soyledi? – Ya Rebb, sebir etdi, Sene sukurler etdi. - Bu benden ucun cennetde bir kosk qurun, adini da Sukur kosku qoyun. Beli, her bir veziyyetde Allaha sukur etmek ve sebirli olmaq sonda cenneti qazanmaga sebeb olur. Basimiza bir bela geldiyi zaman bir anliq eseble Allaha qarsi usyan etmek dogru deyildir. Bu cur usyanla rahatliga qovusmaq mumkun olmadigi kimi, cenneti itirmek tehlukesi de vardir.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 561 Bölmə: Maraqlı melumatlar