beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ata və ananın haqqı

Səhabələrdən biri Peyğəmbər Əfəndimiz( s.ə.s) yanıına gələrək dedi:
-Ey Allahın Rəsulu,mən çöldə yol gedərkən anamı iki fərsəx belimdə gəzdirmişəm.Görəsən , onun mənim üzərimdə olan haqqını ödədimmi?

Peyğəmbər Əfəndimiz(s.ə.s) cavab verdi:
-Bəlkə də,ananın sənin üzərində olan sonsuz haqlarından ancaq birini ödəmisən

Bir gün Rəsulullahın(s.ə.s) yanına bir nəfər gəldi.Yanında bir qoca da vardı.Peyğəmbər Əfəndimiz (s.ə.s) ondan soruşdu:
-Bu yanındakı kimdir?
-Atamdır ,-deyəndə Peyğəmbər Əfəndimiz (s.ə.s) belə buyurdu:
-Ondan qabaqda getmə,onun qarşısında oturma,onu adı ilə çağırma və atana pis söz dedirtmə,onların adına ləkə gətirəcək davranışlardan uzaq ol.


Tarix: 09.05.2013 / 12:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar