Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

20 DƏQİQƏ QANUNU

20 dəqiqəyə heç etmək istəmədiyiniz istənilən hərəkətə dözmək (davam gətirmək) mümkündür. Nəyisə etmək üçün, tənbəlliklə mübarizə aparmaq və şəxsi motivasiyanı yüksəltmək üçün bu yaxşı üsuldur.

20 dəqiqə qanunu

Hər gün 20 dəqiqə idmanla məşğul olan kəsin, sağlamlığı barədə narahat olmasına dəyməz.

Gün ərzində evinin təmizliyinə 20 dəqiqə vaxt ayıran kəsin, səliqəsizlik barədə nigaran olmağına dəyməz.

Gün ərzində fikrin bir yerə cəmlənməsinin yaxşılaşdırılmasına 20 dəqiqə vaxt ayıran kəsin, yaradıcılıq böhranı barədə narahat olmağına dəyməz.

Gün ərzində ərinin və ya arvadının işləri haqqında axıra qədər qulaq asmaq (və ya dinləmək) üçün 20 dəqiqə vaxt ayıran kəsin, münasibətlərdə (hər hansı bir yarana biləcək) problemlər barədə nigarançılıq keçirməsinə dəyməz.

Gün ərzində özünü dinləmək və şəxsi qeydiyyatların aparılmasına 20 dəqiqə ayıran kəsin, ideya çatışmamazlığı barədə narahat olmasına dəyməz.

Gün ərzində gəlir mənbəyinin yaradılması üzərində 20 dəqiqə işləyən kəsin, şəxsi maliyyə müvəffəqiyyəti barədə nigaran qalmasına dəyməz.

İstirahətə 20 dəqiqə ayıran kəs, taqətdən düşmək və yorğunluqdan qorxmamalıdır.

Gün ərzində heç olmasa 20 dəqiqə faydalı kitab oxuyan kəs, necə ekspert olmaq haqqında ürəyini sıxmamalıdır.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 45 Bölmə: Maraqlı melumatlar
loading...