beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadının İslamda Rolu

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM!!!


"Məryəm öz zəmanəsinin qadınlarının xanımı idi,amma qızım Fatimə bütün dövrlərdə yaşamış dünya qadınlarının xanımıdır!" (Xatəmul-ənbiya Həzrət Məhəmməd (s)).
Tarix boyu qadınlar məşəqqətli həyat yaşamışlar.Cismani cəhətdən güclü cinsin-kişilərin müqabilində zəif olduqlarından,tarix boyu zülmkarlar və zora arxalananlar qadınların insani şəxsiyyətini alçaltmış və bu yolda bir sıra cinayətlərə yol vermişlər. Xüsusəndə Ərəbistan mühitində və özü də cahiliyyət zamanında-baxmayaraq ki,o zaman bütün dünya cahillik girdabında çabalayırdı,-qadının şəxsiyyəti daha çox ayaqlar altına alınmış,əşya kimi alınıb satılmış,kişilərin miras mallarından onlar üçün heç bir hüquq tanınmamışdır.Qız uşağının dünyaya gəlməsi çox pis qarşılanmış və bildiyimiz kimi,hətta diri-diri torpağa basdırılmışdır. Təəccüblüsü odur ki,bu zəmində kainatın təbii qanunlarını belə göz ardı etmiş və deyirmişlər: "Qız uşaqları bizim övladlarımız deyildir,yalnız oğlan uşaqları övladlarımızdır." Aşağıdakı şeir parçası həmin təfəkkür tərzi üzərində köklənmiş bir dövrün yadigarıdır:
Oğlanlarımız,oğlanlarımızın oğullarıdır,
Qızlarımızın oğullarısa yad kişilərin övladlarıdır!
İnsani və ilahi dəyərləri qorumaq üçün meydana addım atmış İslam dini bu cahilyanə təfəkkür tərzi ilə mübarizəyə başladı.Qadınların xeyrinə və onların müxtəlif məsələlərdə kişilərlə bərabərhüquqlu olduğunu nümayiş etdirən qanunlar çıxarmaqla,itirilmiş şəxsiyyətini yenidən nəsihət və mədəni-maarif qazandırdı.Bir hədisdə deyilir:Cəfər ibn Əbu Talibin həyat yoldaşı Əsma binti Umeys əri ilə birlikdə Həbəşdən qayıdırdı. Peyğəmbərin (s) xanımlarının görüşünə gedib onlardan soruşdu: "Quran ayələrinin içərisində qadınlar barəsində ayə varmı?"
Xanımlar bu barədə xəbərsiz olduqlarını bildirdilər.
Əsma,Peyğəmbərin (s) yanına gəlib dedi:
-Ey Allahın Elçisi, qadın cinsi zəlillik və ziyana məhkumdurmu?! (Bəlkə də Əsma xanım bu sualı verməkdə haqlı idi.Çünki uzun illər vəhy məkanından uzaqda qalmış və cahiliyyət cəmiyyətinə hakim olan qanunların qalıqlarının hələdə qaldığını güman edirdi.)
Rəsulallah (s) buyurdu:
-Niyə?!
-Ona görə ki,kişilərdəki kimi İslam və Quranda qadınların dəyəri barəsində heç nə yoxdur!
Hicrətin 5-ci ili İslam günəşinin şəfəq saçmasından 18 il ötməsinə və qadın şəxsiyyətini özünə qaytarmaq yolunda Quran və hədislərdə kifayət qədər nümunələrin olmasına baxmayaraq,keçmişdə nazil olanları bir daha təsdiq etmək üçün "Əhzab" surəsinin 35-ci ayəsi nazil oldu.Bu ayə qadınların kişilərlə bərabərhüquqlu və ən üstün mövqeyə sahib olduqlarını göstərən dəyərlərin carçısı idi.
On hissədə xülasələşdirilən dəyərlər aşağıdakılardır.
1.Həqiqətən müsəlman kişilər və müsəlman qadınlar;
2.İmanlı kişilər və imanlı qadınlar;
3.Allahın hökmünə itaət edən kişilər və Allahın hökmünə itaət edən qadınlar;
4.Doğru danışan kişilər və doğru danışan qadınlar;
5.Səbr edən kişilər və səbr edən qadınlar;
6.Təvazökar kişilər və təvazökar qadınlar;
7.Xeyriyyəçi kişilər və xeyriyyəçi qadınlar;
8.Oruc tutan kişilər və oruc tutan qadınlar;
9.İffətli kişilər və iffətli qadınlar;
10.Allahı çox yad edən kişilər və Allahı çox yad edən qadınlar.
Allah onlar üçün bağışlanma və böyük mükafat hazırlamışdır!
Bu tərtiblə İslam bu zəmində sonuncu sözünü bəyan etdi:kişilər və qadınlar Allaha yön alan yolda və insani dəyərlər istiqamətində çiyin-çiyinə addımlayır və bu yolda eyni şərtlərdən faydalanırlar.Bəziləri təəccüb edir ki, İslam, uşağına əmizdirdiyi südün müqabilində kişidən muzd almaq haqqını qadına necə vermişdir?!
"Əgər sizə görə (uşağa) süd verirlərsə, onun muzdunu ödəyin!"-(Quran ayəsi)
Hansı qadın sevimli körpəsinə əmizdirdiyi südün müqabilində-xüsüsən də, kişi ilə bir yerdə yaşadığı halda-muzd tələb edir?!
Unutmamalıyıq ki, İslamın bu göstərişləri qadının bir insan olduğunu və bütün insani haqlardan yararlana bildiyini xatırlatmaqla yanaşı, öz malında ixtiyar sahibi olduğunu və kişinin, onun razılığı olmadan qadının göz ardı edə bilməyəcəyini, hətta əmizdirdiyi süd müqabilində muzd almaq haqqına da sahib olduğunu nümayiş etdirir.Bu hökmün qadınların hüquqsuz olduğu bir cəmiyyətdə necə dərin təsirə malik olduğu şübhəsizdir.
İslamın dünya qadınlarının boynunda böyük haqqı vardır.Çünki onları tarix zülmkarlarının zülmündən xilas etdi.Bir şərtlə ki, İslamın bu zəmində olan qanunlarına, nöqtə-vergülünə qədər əməl olunsun.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 129 Bölmə: Maraqlı melumatlar