Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Xoşbəxt Olmaq Üçün

Peyğəmbərimiz(sav) buyurmuşdur:
«İnsanlar arasında elələri vardır ki, onlar xeyirin açarı, şərin isə qıfılıdırlar. Elələri də vardır ki, şərin açarı, xeyirin qıfılıdırlar. Allah-taalanın xeyrin açarlarını bəxş etdiyi insan necə də xoşbəxtdir. Vay olsun o kəslərə ki, Allah-taala şərin açarlarını ona nəsib edib!»

Peyğəmbər(sav) buyurmuşdur:
“Vaxt var idi sizdən əvvəlki ümmətlərdə adamı tutub aparar, onun üçün quyu qazar və onu quyuya salardılar. Sonra mişar gətirib adamın başını iki hissəyə bölər, ətsiz və sümüksüz başı dəmir daraqla darayardılar. Lakin bütün bu əzablar belə, onun dinindən dönməsinə heç bir təsir göstərə bilməzdi. And olsun Allaha ki, bu günlər də gəlib keçəcək və elə bir vaxt gələcək ki, Səna ilə Həzrəmövt arasında gəzib dolaşan [sürüsünü otaran çoban] Allahdan və sürüsünə hücum çəkən canavardan başqa heç nədən qorxmayacaq. Lakin siz tələsirsiniz [səbirsizlik göstərirsiniz]”»
(Hədisi Buxari rəvayət etmişdir.)

Rəsulullah(sav) buyurmuşdur:
«Səbrdən daha xeyirli və daha əhatəli hədiyyə heç kəsə nəsib olmayıb»
(Hədisi Buxari və Müslim rəvayət etmişdir)

Peyğəmbər (sav) ənsarlara belə deyərdi: «Məndən sonra xudbinliklə qarşılaşacaqsınız. Mənimlə hovuzda görüşənədək səbir edin».
(Hədisi Buxari və Müslim rəvayət etmişdir.)

Peyğəmbər(sav) belə deyərdi: «Ləzzətlərin sonu olacaq ölümü tez-tez xatırlayın».
(Hədisi Tirmizi rəvayət etmişdir)


Tarix: 25.04.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 68 Bölmə: Maraqlı melumatlar
loading...