beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

***Dua***

Dua edən hər bir şəxs
Aləmlərin Rəbbi və hər şeyə
qadir olan Allaha iman
gətirməlidir. Allah-təala
buyurur: “Kim Məndən bir
şey istəsə, xeyir və zərərin
əlimdə olduğunu bilsə,
duasını qəbul edərəm.”
İmam Kazim (Əleyhissəlam)
buyurur: Səhabələr İmam
Sadiqdən (Əleyhissəlam)
soruşdular: “Nə üçün
etdiyimiz dualar qəbul
olunmur?”
İmam (Əleyhissəlam) cavab
verdi: “Çünki tanımadığınız
şəxsi çağırırsınız!?”
“Allaha həm qorxu, həm də
istəklə [ümidlə] dua edin”
ayəsinə işarə edək.
Yəni, əgər Allaha ümid
bəsləyirsinizsə bilin ki, O,
istəklərinizi həyata
keçirəcəkdir. Peyğəmbər
(Sallallahu) buyurur:
“Dualarınızın qəbul
olunacağını yəqin etdiyiniz
bir halda Allahı çağırın.”
İmam Cəfər Sadiq
(Əleyhissəlam) buyurur: “Dua
etdiyiniz zaman belə güman
edin ki, hacətiniz evinizin
kənarında hazırdır.” (Yəni
qəbul olunacağını yəqin
bilin).
Dua edən şəxs öz hacətini
Allahdan dilədiyi zaman
yalnız və yalnız Ona ümidvar
olmalı və digər vasitələrə
ümid bəsləməməlidir. İmam
Cəfər Sadiq (Əleyhissəlam)
buyurur: “Dualarınızın Allah
dərgahında qəbul olunmasını
istəyirsinizsə, yalnız Ona
ümidvar olun və camaata
əsla ümid bəsləməyin.”
Dua edən hər bir şəxs Allah
dərgahına saf niyyətlə üz
tutmalı və öz istəklərini
səmimi qəlb ilə çatdırmalıdır.
İmam Cəfər Sadiq
(Əleyhissəlam) buyurur:
“Allah, qəflət içində olan
qəlblərdən duaları qəbul
etməz. Elə isə Allah dərgahına
dua etdiyiniz zaman qəbul
olunacağını yəqin bilin.”
Dua edərkən insanın Allah
qorxusundan ağlayıb ah-nalə
etməsi, aləmlərin Rəbbinə
möhtac olduğuna dəlalət
edir. İnsan belə etməklə, tam
ciddiliklə istək və arzularını
büruzə verə bilər. Demək, dua
edən hər bir şəxs öz
ehtiyacını Allah dərgahında
kiçilərək ürək yanğısı ilə
büruzə verməlidir. İmam
Cəfər Sadiq (Əleyhissəlam)
buyurur: “Qəlbiniz
yumşaldığı zaman dua edin,
çünki qəlb saflaşmadan
yumşalmır.”
Peyğəmbər (Sallallahu)
buyurur: “Allahın adı ilə
başlanan dualar rədd
olunmur.”
Ümumiyyətlə, hər bir
müsəlman özünün bütün
işlərini Allahın adı ilə
başlamalıdır.
İnsan dua etməzdən əvvəl
Allahı Ona layiq olan adlarla
mədh və tərif etməlidir.
İmam Cəfər Sadiq
(Əleyhissəlam) buyurur:
“Allahı mədh və tərif
etmədən olunan dualar
naqisdir və heç nəticə
vermir.”
PEYĞƏMBƏR (SALLALLAHU) VƏ
ONUN ƏHLİ-BEYTİNƏ SALAVAT
VƏ SALAM
Allahı gözəl adlarla vəsf
etdikdən sonra yaxşı olar ki,
Həzrət Məhəmməd
(Sallallahu) və onun Əhli-
beytinə salavat və salam
göndərilsin.
Peyğəmbər (Sallallahu)
buyurur: “Mənə salavat və
salam göndərməyiniz
dualarınızın qəbul və
əməllərinizin saflaşmasına
səbəb olacaqdır.”
İmam Cəfər Sadiq
(Əleyhissəlam) buyurur:
“Peyğəmbər (Sallallahu) və
onun Əhli-beytinə salam və
salavat göndərməyincə
dualarınız Allah dərgahına
ucalmır.”
Peyğəmbər (Sallallahu) və
onun Məsum Əhli-beyti
(Əleyhissəlam) Allahla
insanlar arasında rəhmət və
mərhəmət vasitəsi olduqları
üçün, onlar Allah dərgahında
şəfaət etməyə ən layiqli
şəxslərdir. Möminlər Allah
dərgahından öz hacətlərini
dilədikləri zaman onların
böyüklüyünə and verir və
özləri ilə Allah arasında
şəfaətçi qərar verirlər.
İnsan öz istək və hacətlərini
diləməzdən əvvəl özünün
Allah qarşısında aciz,
peşiman və günahkar
olduğunu iqrar etməlidir.
İmam Cəfər Sadiq
(Əleyhissəlam) buyurur: “And
olsun Allaha! Günahını iqrar
etməyincə kimsənin günahı
bağışlanmır.”
Allah-təala hədisi-qüdsidə
Peyğəmbərə (Sallallahu)
buyurur: “Sənin vəzifən dua
etmək, Mənim üzərimə düşən
isə duaları qəbul etməkdir.
Qazancı haram yolla
olanlardan başqa, kimsənin
duası Məndən gizli qalmır.”
Peyğəmbər (Sallallahu)
buyurur: “Dualarının qəbul
olunmasını istəyənlər yemək
və qazancını halal yolla əldə
etməlidirlər.”
İnsan dua edərkən öz istək
və arzularından tez əl
çəkməməli, Allahın rəhmət
dərgahından bir an da olsun
ümidini qırmamalıdır. İnsanın
bu işdə israr etməsi onun
Allaha tam əmin və
güvənməsindən xəbər verir.
İstək və arzularının qəbul
olunmasına ümid
bəsləməyənlərin bu soyuq
rəftarı, onların Allaha
etimadsızlığına dəlalət edir.
Nəql olunmuş bir çox hədis
və rəvayətlərdə
müsəlmanlara dualarının
qəbul olunmasında mümkün
qədər çox israr etmələri
tövsiyə olunur. Peyğəmbər
(Sallallahu) buyurur:
“Həqiqətən dualarının qəbul
olunmasında israr edənləri
Allah-təala çox sevər.”
Yaxşı olar ki, dualar cəm və
kütləvi halda olunsun. İmam
Cəfər Sadiq (Əleyhissəlam)
buyurur: “Atam (İmam Baqir)
kədərli vaxtında qadın və
uşaqlarını başına yığıb dua
edər, onlar da amin
deyərdilər.”
Dua etməklə yanaşı, insan
daim zəhmətə qatlaşmalı və
imkanlarından bacardığı
qədər istifadə etməlidir. Əli
(Əleyhissəlam) bu haqda
buyurur: “Əməlsiz dua
kamansız oxa bənzər.”
Yaxşı olar ki, insan Allah
dərgahına üz tutduqda
Məsum imamlardan
(Əleyhissəlam) bizlərə gəlib
çatmış dualardan istifadə
etsin. Ən gözəl ifadələr və ən
gözəl diləklər məhz onların
etdikləri dua və kəlamlarında
nəzərə çarpır. Kumeyl, Səbah,
Əbu Həmzə Somali, Şəban
ayının münacatları və bu
kimi dualar hər bir
müsəlmanın mənəvi saflığına
müsbət təsir göstərir. Bütün
bunlarla yanaşı, insan dua
edərkən təharətli olmalı,
dəstəmaz alıb üzü qibləyə
dayanmalı, zaman və
məkanının münasibliyinə
diqqət yetirməlidir.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 308 Bölmə: Maraqlı melumatlar