beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mövlanadan sözlər

• Çətinlik və narahatlıq mütləq bir günahın cəzası, dinclik isə bir ibadətin qarşılığıdır.

• Üzərində bir çox meyvələr olan bir budağı, meyvələr aşağı doğru çəkər. Meyvəsiz bir budağın ucu isə, sərv ağacı kimi havada olar.

• Birlik bizim yanımıza gəlir. Susacaq olsaq, inciyərlər. Bir şey söyləyəcək olsaq, onlara görə söyləmək lazım gəldiyindən o zaman da biz inciyərik

• Ümid, təhlükəsizlik yolunun başıdır.

• Quş səslərini öyrənən kimsə, quş olmadığı kimi eyni zamanda quşların düşməni və ovçusudur.

• Dərd, insana yol göstərər.

• İman, namazdan daha yaxşıdır. Çünki namaz beş vaxtda, iman isə hər vaxt fərzdir.

• İki canlı quşu bir-birinə bağlasansa, dörd qanadlı olduqları halda uça bilməzlər, çünki ikilik mövcuddur.

• Küçə itinə istər qızıl, istər yundan boyunduruq tax, yenə küçə iti olmaqdan xilas ola bilməz.

• Cübbə və sarıq ilə alimlik olmaz. Alimlik, insanın şəxsində olan bir hünərdir.

• Deyilmi ki, könül mətbəxində yeməklər qab qab, yaxşı nə deyə alçaq kəslərin mətbəxinə kasa tutacaqmışım?

• Hansı toxum yerə əkildi də bitmədi, nə deyə insan toxumunda belə bir şübhəyə düşürsən?

• Testi daşdan qorxar, amma o daş bulaq oldumu, testilər hər an ona gəlməyə can təyin edər.

• Sus artıq yetər! Sirr pərdələrini çox o qədər cırma. Çünki bizə, qırıqları qucaqlayıb təmir etmək, sirləri örtmək yaraşar.


Tarix: 08.06.2013 / 13:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 116 Bölmə: Maraqlı melumatlar