beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naşükürlük Quran dili ilə

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Qur`an bu barədə belə buyurur:
“Yeri və asimanları yaradan, göydən sizin ruziniz üçün cürbəcür heyvan və meyvələr vücuda gəlsin deyə yağış nazil edən, Öz əmri ilə gəmiləri dəryaların üzündə və çayları isə yer üzündə sizin ixtiyarınıza qoyan, ayı və günəşi sizlərə itaətçi və qulluq edən qərar verən O Allahdır ki, Ondan hər cür ne`mətlər istədinizsə, sizə əta etdi. Belə ki, əgər Allahın sonsuz ne`mətlərini saymaq istəsəniz heç vaxt bacarmazsınız. (Bu qədər lütf və rəhmətə baxmayaraq) insan hədsiz küfr edən və zalımdır.”( “İbrahim” surəsi, ayə:33-34)
“Allahın haqqını olduğu kimi tanımadılar.”( “Həcc” surəsi, аyә:74)
“Ölüm olsun bu insana, nə qədər naşükürdür!”( “Әbәsә” surəsi, аyə:17)
“İnsan dözümsüz yaranmışdır, ona şər və ya ziyan (müsibət) yetişən zaman pərişan və əgər ne`mət yetərsə təkəbbürlü olur.” (“Мəraic” surəsi, аyә:19-21)


Tarix: 04.06.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar