beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeytan Bağlıdır

Cəmaət əqidəsində, hədis kitablarında rəmazanül-mübarək ayı barəsində tühəf*[1] bir şey vardır.

Bu ay xudavəndi-təbarəkə və təalanın rəhmət ayı olduğundan, insanları günah və cinayətlərə uyduran şeytan, bu otuz günü qırılmaz zəncirlərə çəkilib əldən-ayaqdan, kənar, insan üzü görməyən, təməddün səsi eşitməyən bir qeyri-məlum cəzirəyə buraxılıb ta orucluq bayramınadək ona oradan çıxmağa imkan verməzlər.

Şeytan orada qalar da əllərini bir-birinə sürtərək müsəlmanların bu bir ay içində təhzibi-əxlaq etmələrinə və bu ibadət ayının tərbiyəbəxş nəticələrinə qibtələr edər, heyiflər deyər.

Heçə vaxt idi ki, mən bu fikrə aludə olub məhbəsi-şeytan olan o vadiyi-qeyiri-zizər (münbit olmayan səhra-P.G olan cəzirəni axtarıb bilmək fikrində idim.

Bütün coğrafiya kitablarını axtardım, bütün səyyahların əsərlərini təftiş etdim, tarix səhifələrini vuruşdurdum, axırı yenə də məyus oldum – şeytanın bağlandığı yeri tapa bilmədim.

Amma şeytan bağlanan yer var, burası doğrudur. Buna şəkk edə bilməzdim. Çünku əfradi-islamın (müsəlmanların-P.G bütün də olmasa, qismi-əzimi (böyük qismi-P.G buna etiqad etmişdir. Yəqin ki, bunun əsli vardır.

Özüm tədqiqat fikrinə düşdüm. Zol*[2] təqlid edib, müdam özgələrin məlumatı ilə dolanmaq olmaz ki, a!.. İnsan özü də gərək axtarsın!..

“Axtaran tapar” həqiqətinə ümid bağlayıb axtarmağa başladım.

Nə xəyal ediyorsunuz? Axtarmağım boşa çıxdımı? Xeyr! İki il təcrübədən sonra şeytanın bağlı olduğu yeri tapdım və artıq şəkkim də qalmayıb ki, səhv etmiş olam...

Şeytanın ramazan ayında məhbus olduğu yer Bakı imiş!.. . Təəccübmü ediyorsunuz? İnanmağınız gəlmiyormu?! İnanınız!.. . Sübutmu istiyorsunuz?!.

İşdə sübut...

İki il təcrübəmdə mən gördüm ki, orucluq düşəli müsəlmanlar daha da bədəxlaq oluyorlar. Bir çox biri-biri ilə ədavəti olanlar özlərini saxlayıb-saxlayıb ancaq orucluqda küçələrə part-part salırlar. Orucluq ayında axundların, vaizlərin, mənbərlərdə behişt vədləri ilə, cəhənnəm təhdidlərinə heç kəs qulaq asmayıb ayrı vaxtlardan daha da şiddətli olaraq cinayətə, qətli-qarətə məşğul oluyorlar...

Diqqət veriniz! Orucluğun bu gün on birinci günüdür. Bu on bir günün ərzində neçə nəfər müsəlman qanı tökülmüşdür. Neçə dəfə küçə atışmaları qurulmuşdur!.. Nəzərə gətirilsin!.. .

Orucluq ayında şeytan bir vadiyi-qeyri-dizərdən (transkripsiya diqqətsizliyi gedib. Düzgün yazılışı və izahı yuxarıda verilib. -P.G, övladi-bəşərdən xali olan (insane ayağı dəyməyən-P.G bir cəzirəyə (ada-P.G atılarmış... O cəzirə görünür ki, Bakı imiş! Onda da müsəlman hissəsi. Bakının övladi-bəşərdən, insandan xali olduğuna da dəlilimiz vardır ki, burası iddiamızı isbata kafidir...

Yetmiş mini təcavüz edən bu qədər məxluq arasında madam ki, bir neçə dəstələr ilə mübarizə etmək qüvvəti olmadı, o nə cəmiyyətdir?! Madam ki, insanlar dövrələrində, aralarında baş verən vəhşi işlərə sadəcə bir nəzərlə baxılarsa, insan deyildirlər!!...

Bir nəfər vaxtilə yazdığı bir məqaləsində adam öldürənləri “dərunda*[3] vəhşi” – deyə adlandırmışdır.

Vəhşilərin gəzdiyi yerlər – meşələr, vadiyi-qeyri zizərlər deyildirmi?..

İşdə kəşfiyatım üzrə səyyahların, coğrafiyunların, tarix-nəvislərin (tarixçilərin-P.G əsərlərində tapa bilmədiyim o cəzirə,
içində təhqiqat və tədqiqata məşğul olduğum Bakı özü imiş!... .

İşdə şeytan Bakıda olub öz əfali-şəniələrini (alçaq əməllərini-P.G icra etməkdədir!..

Ey bakılılar, bir dəm heyvaniyyətdən ayılıb da tutun bu şeytanı, birdəfəlik öldürüb, özünüzü bəladan qurtarmaqla bərabər bütün aləmi-islamə də minnət qoyun!..

Cəhalətlə mübarizəyə gəlin!..

*[1] tühəf – maraqlı, diqqətəlayiq

*[2] zol – həmişə


*[3] dərunda – daxilən


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 126 Bölmə: Maraqlı melumatlar