beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Merac Gecesinde ResulAllahin(s.a.v)Cehennemdə Gord

(Qeyd edim ki, Cəbrail (ə.s) Peyğəmbərimizi (s.a.v) Rəcəb ayının 27-ci gecəsi göylərə apardı. Rəsulallah Meracda Cənnəti, Cəhənnəmi, saysız hesabsız şeylər görüb, Kürsi, Arş və ruh aləmini keçib, başa düşülməyən, anlatıla bilinməyən bir şəkildə məkansız, zamansız, cəhətsiz olaraq ALLAHU təalanı gördü.)
Hz. Əmirəl möminin Əlidən (a.s) belə nəql edilir:
Bir gün mən və Hz. Fatimə, Rəsuallahın (s.a.v) hüzuruna gəldiyimizdə, ALLAH Rəsulu çox ağlamışdı. Mən: “Ya Rəsulallah niyə ağlayırsan? Nədir səni belə ağladan?” deyə soruşdum. Belə buyurdu:
“Məni Miracda göylərə aparanda Ümmətimdən bəzi qadınları şiddətli əzab içərisində gördüm. Bax onların halına ağladım.
Biri saçından asılı vəziyyətdə, beyni qaynayarkən gördüm.
Bir başqasını dilindən asılıykən, boğazına Cəhənnəmin pis qoxulu qaynar suyundan tökdüklərini gördüm.
Bir başqasını sinəsindən asıldığını, birisinin öz bədəninin ətini yediyi halda altından alovlar yüksəldiyini gördüm.
Bir digərinin əllərinin ayaqlarına bağlandığı bir vəziyyətdə, ilanların və əqrəblərin onu sancdığını gördüm.
Bir başqa qadını gördüm ki, kor, kar və dilsizdir. Eyni zamanda atəşdən bir sandığın içinə qoyulmuş, beyni burnundan tökülür və vücudu cüzam, sədəf xəstəliklərindən parça-parça olmuşdu.
Bir qadını isə alov təndirində ayaqlarından asılı bir vəziyyətdə gördüm.
Bir başqasının gördüm ki, bədəninin ətini atəşdən olan qayçılarla kəsirdilər.
Bir qadın isə, üzünü və əllərini yandırdığı halda öz bağırsaqlarını yeyirdi.
Bir digərini gördüm ki, başı donuz başı, bədəni eşşək kimiydi və cürbəcür əzabın içindəydi.
Hz. Fatimə, “Ey mənim həbibim və gözümün nuru hansı səbəbə görə onlar belə əzab görürdülər?” deyə soruşduqda, Peyğəmbərimiz (s.a.v) belə buyurdu:
“Qızım saçından asılan qadının günahı, saçını naməhrəmlərə qarşı bağlamaması idi. Dilindən asılan qadın, diliylə ərinə əziyyət edən birisi idi. Sinəsindən asılan qadının günahı həyat yoldaşına qarşı qadınlıq borcunu yerinə yetirməkdən imtina etməsi idi. Ayaqlarından asılan qadın ərindən icazəsiz bayıra çıxıb gedən qadın idi. Öz bədənin ətini yeyən qadının günahı, başqaları üçün bəzənmək idi. Əlləri ayaqlarına bağlananın günahı isə özünü və geyimini təmiz tutmayaraq, cənabət qüsulu etməmək, nəcislərdən bədənini uzaq tutmamaq, namzının yüngülə almaq idi. Kor və dilsizin günahı bu idi ki, zinadan hamilə qalıb, yoldaşının uşağı kimi təqdim etmişdi.Vücudunun ətini qayçılayan qadın, açıq-saçıq geyinib bədənini başqalarına bəyəndirməyə çalışan qadın idi. Üzünü və bədənini yandırdıqları halda bağırsaqlarının yeyən qadın, nikahsız qadın və kişiləri bir-birinə çatdırıb günah işləməklərinə vəsilə olan qadın idi. Başı donuz başı, bədəni isə eşşək bədəni olan qadının günahı söz aparıb gətirmək və yalançılıq idi.“
Bütün bunları danışdıqdan sonra Peyğəmbərimiz (s.a.v) belə buyurdu: “Çox yazıqlar olsun o qadına ki, ərini narazı salır. Nə xoşbəxt o qadına ki, əri ondan razı qalır. ”


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar