beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran Oluler Ucun Deyil Diriler Ucundur

O dönəmlərdə Qurani-Kərimin yalnız ərəb dilində olması və azərbaycan dilinə tərcümə olunmaması insanlarda dini savadsızlığa gətirib çıxarmışdır. Çünki islamın əsas qaynağlarından biri olan Qurani-Kərim anlaşılmaz bir kitab halında qalmışdır. İnsanların bu savadsızlığında istifadə edən bəzi “MOLLALAR”, Qurani-Kərimi gəlir mənbəyinə çevirmişlər. Qurani-Kərim yalnız ölülər üçün oxunan bir kitab kimi anlaşılmış və hər kəs öldüyü yaxını üçün Qurani-Kərim oxunmasını dini borc kimi bilmişdir. Sovet rejimi dönəmində ərəb dilinin tədrisi olmadığı üçün hər kəs Qurani-Kərimi oxuya bilməmişdir. Ərəb dilində oxumağı bacaranlar isə “molla” kimi özlərini qələmə vermiş və avvam camaatdan bu yolla pullar mənimsəmişlər.

Lakin Sovet rejiminin dağılması və Azərbaycanın müstəqillik əldə etməsi nəticəsində bir çox ölkələrlə sərhədlər açılmış və Azərbaycandan müxtəlif ölkələrdə yerləşən İslam unversitetlərinə təhsil almağa tələbələr göndərilmişdir. İslam dəyərlərini olduğu kimi öyrənib Azərbaycana qayıdan tələblər, İslami olduğu kimi cəmiyyətə çatdırmaq üçün səylər göstərmişlər. Cəmiyyətimizin İslama olan maraqları artdıqca öz dilimizdə olan Qurani-Kərimin olmasına ehtiyac duyulmuşdur. Qurani-Kərimin azərbaycan dilinə tərcümə olunması bir çox insanların İslamı doğru və düzgün anlamasına səbəb olmuşdur. Artıq Qurani-Kərimi oxuyan hər bir kəs anlamışdır ki, Quran ölülər üçün deyil, dirilər üçündür.

Əlbətdəki bu proses cəmiyyətimiz tərəfindən bir mənalı qarşılanmamışdır. Qurani-Kərimin ölülərə oxunan bir kitab olmamasını bəzi məzhəb təssübkeşləri və gəlirlərindən məhrum olan “ yas molalları” qəbul etməmişlər. Hətta bu cür fikirli insanlara müxtəlif adlar belə verməkdən çəkinməmişlər. Lakin zaman ötdükcə və cəmiyyətimiz Qurani-Kərimi oxuduqca bu cür “ din xadimlərinin” fırıldağlıqlarını anlamışlar.

Hətta günümüzdə bəzi rayonlarda "Quranı azərbaycanca oxumaq günahdır" deyə fətva verənlər “molalar” da var. Təbii ki, bu fətvanı verən meyid ovçularının məqsədi aydındır. Lakin hər kəs, Quranı öz dilində oxuyub başa düşsə molla "on şirvan ver, dədənin işini qəbirdə düzüb-qoşub, bir Yasinlə məsələsini həll edim" deyərək tovlayıb onun pulunu əlindən ala bilməz.

Son zamanlar isə “molallar” yeni bir hiyləyə əl atıb belə deyillər: “Biz Quranı ölülər üçün oxumuruq.Biz Quranı oxuyub, onun savabını ölü üçün göndəririk”. Beləsinə sual vermək lazımdır ki: Qurani-Kərimin hansısa bir ayəsində Allah bizlərə siz deyən kimi etməyi əmr edibmi? Və yaxud da Peyğəmbərimiz Məhəmməd (s.a.s) hanısa vəfat etmiş səhabəsi üçün Quran oxuyub, savabını ona göndəribmi? Əlbətdəki bu suallar qarşısında ancaq “mollanın” bərəlmiş gözlərini görə bilərik. Çünki nə Peyğəmbərimiz, nə onun əhlibeyti, nədəki səhabələr heç zaman Quranı oxuyub kiminsə ruhuna bağışlamayıblar. Quran, diri ikən yaşanan kitabdır. İnsan diri ikən bu kitabın əmrlərinə tabe olmalı və qadağanlarından çəkinməlidir.

O kəslər ki, Qurani-Kərimi oxuyub, lakin hələm də Quranın ölülər üçün deyil, dirilər üçün olmasına şübhə edirsə, bir daha Quranı yaxşı oxusun və aşağıdakı ayələrə bir daha nəzər salsın:

Uca Allah buyurur: “Şübhəsiz ki, sən nə ölülərə haqqı, nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən.”(Ər-Rum surəsi, 52)

Əgər Peyğəmbərimiz (s.a.s) Quranın kəlamlarını ölülərə çatdıra bilmədisə, görəsən “molallar” bunu necə bacara bilərlər? Əlbətdəki bu ayə açıq-aydın “mollaların” yalançı və fırıldaqçı olduğlarını bir daha sübut edir.

Uca Allah buyurur: “Biz ona şer öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət və açıq-aşkar Qurandır ki, onunla diri olanları qorxutsun və deyilən söz kafirlər barəsində gerçək olsun” (Yasin surəsi, 69,70)

Ölülər üçün Yasin surəsini oxuyan “molallar” bu ayəni hər dəfə ərəb dilində oxuyanda bəlkəmdə mənasına belə varmıllar. Lakin hər dəfə oxuduqları Yasin surəsində belə Quranın dirilər üçün olan bir kitab olduğu açıq-aydın bildirilir. Qəbirlərin başında durub .Məhz bu ayədə bir daha sübut edir ki, Qurani-Kərim ölülər üçün deyil, dirilər üçündür.

Uca Allah buyurur: “Sizin əlinizdəkini təsdiqləyici kimi göndərdiyimə Qurana iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və ancaq Məndən qorxun!” (əl-Bəqərə surəsi, 41)

İnsan öldükdən sonra necə iman gətirə bilər Qurana? Məyər iman gətirən insanın diri olması şərt deyilmi? Ölülərə Quran oxuyan bu ayə ilə onlara müraciət etməsi sicə gülməli deyilmi? Allahın ayələrini pul müqabilində satan “mollalar” bu ayəni duymadılarmı? Beş-altı manat alıb Allahın ayələri ilə pul qazanan “mollalar” nə dərəcədə günaha girdiklərini bu ayə bir daha sübut edir.

Uca Allah buyurur: “Allahın nazil etdiyi kitabda olanların qizlədənlərin və onun müqabilində bir az pul alanların yedikləri qarınlarında ancaq oda dölnəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!”

“Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbirlidirlər! Bu əzab ondan ötrüdür ki, Allah kitabı haqq olaraq göndərmiş. Lakin kitab barəsində müxtəlif rəydə olanlar, şübhəsiz ki, uzaq bir nifaq içərisindədirlər”.(Bəqərə surəsi, 174-176)

Bu ayələrə diqqət edin! Hazırda Quranın ölülər üçün deyil, dirilər üçün olduğunu bilən bəzi “din xadimləri” bu məsələlərə göz yumullar. Çünki onlar da bu məsələlərdə “mollalar” ilə şərikdirlər. Allah bu kimsələri şiddətli əzaba uğradacaq. Bu cür “din xadimləri” Allahın kitabını biznes mənbəyinə çevirmiş, haqq yoldan azmış və bir qrup insanların da azmasına səbəb olmuşdur.

Uca Allah buyurur: “İnsanlar düşünüb ibrət alsınlar deyə, Biz Quranda müxtəlif dəlillər gətirdik”(İsra surəsi, 41)

Məyər insan öləndən sonra nəyi ibrət ala bilərki?Sağlığında Quranın əmrlərinə tabe olmayan üçün, öləndən sonra Quran oxuyub bu sözləri deməyin heç bir faydası yoxudr. Çünki ona Allah tərəfindən verilən ömrü zay etmiş,küfr və şirk içərisində həyat sürmüş və bu əqidəylə də ölmüşdür.

Uca Allah buyurur: “Biz bu Quranda insanlar üçün hər cür misal çəkdik ki, bəlkə öyüd-nəsihət qəbul etsinlər”

“Biz nöqsansız qüsursuz ərəbcə Quranı nazil etdik ki, bəlkə Allahdan qorxub pis əməllərdən çəkinsinlər”(Zümər surəsi, 27-28)

Quranı ərəbcə oxuyan “mollalar” bu ayələri ölülülər üçün oxumaqla ölüləri pis əməllərdən çəkindirə bilərlərmi? Əlbətdəki bu mümkün deyildir. Məhz ona görə də Quran yalnız dirilər üçündür ki, bu ayələri oxuyub pis əməllərdən çəkinsinlər.

Uca Allah buyurur: “Biz bu Quranda insanlar üçün hər cür misal çəkib onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı”(İsra surəsi, 89)

Heç bir şəriki olmayan Rəbbimiz, Qurani-Kərimdə yalnız dirilərə xitab edir. Çünki Quran cəmiyyət üçün, canlı insanlar üçün rəhbər olan bir kitabdır. Bu kitab insanların həyatda yaşadığları müddətcə həyatlarının hər bir sahəsinə tətbiq etməli olduğları bir kitabdır. Məhz buna görə də Quran ölülər üçün deyildir.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 335 Bölmə: Maraqlı melumatlar