Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhdə vəfalı olmaq

Vədi yerinə yetirməyi və əhdə vəfalı olmağı əmr etmək İslam şəriətinin gözəlliklərindəndir.
Bu haqda Allah taala buyurur:
"Ey iman gətirənlər! Əhdlərə sadiq olun. ..." (əl-Maidə: 1).

"Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir. (İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda sorğu-suala tutulacaqdır)." (əl-İsra: 34).
Vəfalı olmaq İslam cəmiyyətinin bünövrəsinin əsaslarındandır. Çünki vəfalı olmaq, digər işləri də əhatə edir. İctimaiyyətdə olan bütün əlaqələr, vədlər və əhdlər vəfalılığa əsaslanır. Vəfalılıq itdikdə inam da itir. Bu isə işlərin korlanması və məcrasından çıxması deməkdir. Peyğəmbər (sav) xəyanətin, xainliyin və vəfasızlığın möminlərin sifətlərindən deyil, münafiqlərin sifətlərindən olmasını qeyd edərək buyurmuşdur:
"Dörd əlamət kimdə olarsa o xalis münafiq olar. Bu dörd əlamətdən biri olarsa o əməli tərk edənə qədər həmin adamda münafiqliyin bir xüsusiyyəti olar. Əmanətə xəyanət edər, danışanda yalan danışar, vəd verdikdə vəfasızlıq edər, münaqişə etdikdə günah (pis, nalayiq sözlərlə) danışar"(Buxari: 1\ 89\ ? 34. Müslim: 1\ 78\ ? 58.)
Şübhə yoxdur ki, İslamın qadağan etdiyi vəfasızlıq sifəti həmin adamın nəfsinin alçaqlığını göstərir. Belə adam cəmiyyət arasında nifrət olunan və sevilməyən insandır.
Vəfalı cəmiyyət bir-birinə inanan güclü cəmiyyətdir və düşmənləri ondan qorxarlar. Çünki vəfalı adam dediyini yerinə yetirəndir.


Tarix: 09.05.2013 / 13:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 98 Bölmə: Maraqlı melumatlar
loading...