beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər Bir Varlıq Danışır.....

Bəziləri elə xəyal edirlər ki,danışmaq yalnız insana məxsusdur və bəşərdən başqa heç bir varlıq ağzına söz alıb,danıçmır,bir-birilə söhbət etmirlər.Əsrarəngiz aləmin qəribəlikdən xəbərsiz olub bilmirlər ki,bu dünya sirlər və ecazlarla doludur.Onlardan biri də varlıqların,məxluqatın danışmasıdır.Bir çox Quran ayələri və rəvayətlər,tarixi hadisələr qeyri-insani varlıqların,hətta insanın bədən üzvlərinin danışmasına çahidlik edir-"Məhz o gün yer öz xəbərlərini açıb söyləyər(zəlzələ surəsi,4-cü ayə)"."Bu gün onların ağızlarını möhürləyərik.Onların əlləri bizimlə danışar,ayaqları isə etdikləri əməllər barəsində şəhadət verər".(Yasin surəsi,65-ci ayə).Mütəal Allah özü haqda belə buyurur.-"Və Allah Musa ilə məxsus bir tərzdə danışdı".(Nisa surəsi,164-cü ayə).
Həmçinin bir neçə ayədə şeytanın danışmağından söz açılır.Allah-Təala mələklərə,Adəmə səcdə etməyi əmr etdikdə,o,Allaha deyir.-"Dedi."Mən onlardan üstünəm.Məni oddan yaratmısan,onu isə torpaqdan."(Əraf surəsi,12-ci ayə).
Həzrət Süleymanın dastanında da gəlmişdir ki,Süleyman peyğənbər Hudhud quşundan soruşur ki,harada idin?Deyir-"Sənin üçün Səba şəhərindən mühüm və doğru bir xəbər gətirmişəm".Həmçinin Süleymanın (ə) ölülərlə,şirin Əbuzərlə,günəş və canavarın Əli(ə)ilə,əsanın həzrət Cavadla(ə)danışması və onun haqqaniyyətinə şəhadət verməsi və s.kimi yüzlərlə nümunə bizim iddiamızı təsdiqləyər!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar