beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HAQQ SÖZÜN ÇATDIRIŞI

Əlamətdardır ki, şeir öz ünvanına çatır və Harun ər-Rəşid özü başlayır şeirin təfsirini verməyə. Harun deyir, bu şeirdə belə anladılır ki, işlər zirvəsinə çatanda, onların nöqsanı yaxınlaşar. Bir zaman ki, deyirlər işlər tamam oldu, bu, o mənadadır ki, yəni o kəsin, o şeyin sona yaxınlaşmasının intizarında olun. Harun deyir ki, bu şeirdə kinayə var. Bunun birbaşa mənası budur ki, bir kəsə deyiləndə ki, işin tamama çatdı, işin sona çatdı, işin kamala çatdı, işin zirvəyə çatdı - yəni bilin ki, həmin o kəsin sonu yaxınlaşır. Yəni bu kinayədir ki, sənin işin zirvəyə çatdı. O deməkdir ki, axırın yaxınlaşır, sən bu gün-sabahlıqsan.

Haqsevər xanım Harun ər-Rəşidə bu sözü ilə, bu seiriylə demək istəyirmiş ki, sən daha nəyin var idi, göstərmisən. Bu, o deməkdir ki, yəni daha sənin son nöqtən yaxınlaşır. Daha bundan sonra bir şey qalmayıb ki, orada da kamal nöqtələrini göstərəsən, zirvəyə çatasan. Sənin zirvən bura qədər imiş.

Bəli, Peyğəmbər (s) yolunun yolçuları, dostları qəddar Əhli-beytin (ə) düşmənlərinə qarşı belə yollarla etiraz ediblər. Mübarək İmam (ə) məktəbinin, haqq məktəbinin, təqva məktəbinin fəsahət və bəlağəti ilə etirazlarını bəlli ediblər. Bu etiraz lap hədəfinə çatır. Harun lənətlik qovrulur bu xəbərdarlıqdan. Harun deyir xanım Qurani-Kərimin “Ənam” surəsinin 44-cü ayəsinə işarə edir. Harada ki, buyurulur: “Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması və nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular”.

Bu mübarək ayədən əxz olunur ki, zalımlar Allah nemətlərindən, zahiri nemətlərdən şadlanıb sevinərlər, amma qafil olarlar. Bunun necəliyini, kimin verdiyini unudarlar və qəflətə gedərlər. İşarə olunur ki, birdən onları ölüm gəlib haqlayar, ölüm gələr qapılarını döyər və o anda ümidləri kəsilər. Harun məclisdəkilərə deyir ki, elə biməyin bu cümləsi ilə mənə nəsə yaxşı bir şey demək istəyib. Demək istəməyib ki, sən şadlanırsan, sevinirsən. Əslində mənə burada yaxşı bir söz demək istəməyib; istəyib desin ki, sən o zalımların vəziyyətindəsən ki, sən o zalımlara bənzəyirsən ki, hansılara Quran işarə edir. Hansılar ki, o nemətlərdən seviniblər və qafil olublar. Yəni bu sevinclə bərabər, bunlarda qəflət də əmələ gəlib. Amma bir gün qapıları döyülər və bu qəflətdən ayılarlar.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Maraqlı melumatlar