beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadının ailəsi onun ərinə sehr etmişdir və əri onu boşamışdır

Sual: Rəhimli və mərhəmətli Allahın adı ilə.

Müsəlman bir qız ilə ailə həyatı qurmuşdum və sonra onu boşadım. Çünki onunla cinsi əlaqədə ola bilmirdim. Lakin mən 100% sağlamam. Bunun səbəbinin sehr olduğu mənə aydın oldu. Bu problemi həll etmək üçün bizə (atama və mənə) məsləhət gördülər ki, bir şeyxin yanına gedək və şeyx də bizə yalnız “Quran ayələri” oxusun. Mənim keçmiş zövcəm başdan-ayağa titrəyirdi və qəti olaraq ona sehr edildiyi aydın idi.

Bundan sonra mən bildim ki, keçmiş zövcəmin ailəsi “sehr” ilə məşğul olurmuşlar. Beləliklə, ondan ayrılmaq qərarına gəldim. Belə ki, onun ailəsi sehrlərinə davam etmək niyyətində idi. İndi sizdən mənə bu barədə faydalı məlumatlar verməyinizi xahiş edirəm ki, bu problemi həll edim. Yenidən evlənmək istəyirəm.


Cavab: Həmd Allaha məxsusdur.

Sizə nəsihətim budur ki, Allaha təvəkkül edin və yenidən ailə qurmağa tələsin. Nə qədər ki, Allaha təvəkkül etsəniz, sizə heç bir zərər toxunmayacaqdır. Necə ki, bu barədə Allah təala buyurur: “Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər”. (Talaq 65:3)

Lakin bu dəfə gələcək həyat yoldaşınızı və onun ailəsini diqqətlə yoxlamağa çalışın. Bundan əvvəl başınıza gələnlərdən ibrət alın. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Mömin eyni yerdən (yarıqdan) iki dəfə sancılmaz”. (əl-Buxari, Fəth, ? 6133).

Sualınızdan da göründüyü kimi narahat olmamağınıza yardım edən həqiqətlərdən biri xətanın sizdə deyil, keçmiş zövcənizdə olmasıdır. Ona görə də, çalışın Quran ayələrini (Allaha sığınmaq üçün oxunan surələr; Fələq və Nəs surələri ) oxuyasınız. Bunları hər namazdan dərhal sonra və yatmazdan əvvəl oxuyun, onları oxuyandan sonra əllərinizə üfləyin və əllərinizi üzünüzə və bədəninizə sürtün.

Allah sizi və bizi şərdən qorusun.


Tarix: 06.04.2013 / 13:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 145 Bölmə: Maraqlı melumatlar