beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rafiziler

İslam dininin vacib saydığı müxtəlif ibadətləri öz ağılları ilə istədikləri kimi özbaşına ya ləğv edirlər, ya onu önəmsiz sayarlar, yaxud da onu özlərinə sərf edən başqa işlər ilə əvəz edirlər və bütün bunları təbliğ edirlər.

Məsələn, ‘’cümə’’ namazını qılmazlar və bundan digərlərini çəkindirirlər, bunun üçün da müxtəlif bəhanələr gətirirlər; ‘’bayram namazlarını’’ qılmazlar; gündəlik namazlarını camaatla qılmazlar, namazlarını dağınıq halda qılarlar, bununla da hərəsinin özünün istədiyi qrupplar törənir; etiqad məsələlərində bütün dünya müsəlmanlarından fərqli olan fikirlərə sahibdirlər və fanatizm səviyyəsində digərlərini qəbul etmirlər; islam dininin elmi əsası olan ‘’Allah qədərini’’ (İlahi təqdirini) inkar edirlər, bununla da Allahın yaradıcı xüsusiyyətini inkar etmiş olurlar (Peyğəmbərimiz (s.a.v) də buyurub ki, ‘’ümmətimdən qədəri inkar edənlər – məcusilərdir/ yəni, odpərəstlər/’’, məcusilər iki ilah, iki yaradıcı anlayışını qəbul edirlər – xeyir ilahı və şərr ilahı, bunlar da bu məsələdə onlara bənzəyir). Müqəddəs Kəbə məscidinə yönələn ‘’Həcc’’ ziyarətini önəmsiz sayaraq və müsəlmanları ondan çəkindirmək üçün həccin yerinə digər yerlərə ziyarət etməyə çağırırlar, məsələn: öz ərazilərində yerləşən ‘’Məşhəd’’, və Allaha qarşı yalan söyləyerək deyirlər ki, guya iki dəfə məşhədə getmək bir həcc ziyarətini əvəz edir və belə insan artıq ‘’hacı’’ olur. Əlbəttə ki, hər bir müsəlman bu yerlərə böyük hörmət və kədərli tarix örnəyi kimi daima yadında saxlayır. Lakin biz bilirik ki, yer üzünün ən Müqəddəs yeri - Məkkədir və ondan savablı məkan yer üzündə yoxdur, dünya məscidlərindən ən müqəddəs olan Kəbə məscididir, orada İbrahim (ə) məqamı var, Allahın möcüzəsi olaraq qaynayan ‘’Zəm-zəm’’ bulağı var. Digər tərəfdən həcc mərasimi zamanı zəvvarlar Mədinə şəhərinə də gəlib orada Peyğəmbərimiz Hz. Məhəmmədi (s.a.v) ziyarət edirlər – məgər Ondan üstün bir şəxs varmı, üstəlik də oradakı ‘’Baqi’’ qəbirstanlığında yatan Hz. Fatimə, Həmzə, İslamın ilk xəlifələri, Peyğəmbərimizin nəslindən olan Hz. Zəynalabdin, Məhəmməd Baqir, Cəfəri Sadiq və ümmətin digər dahi şəxsiyyətləri. Bütün ümmətdən özlərini seçdirmək üçün ibadətlərə müxtəlif dəyişiklər salırlar – məsələn: namazın vaxtlarını, qılınışına dair; orucun açılma vaxtında (onu bilərəkdən gəçikdirirlər); əlimizdəki olan Müqəddəs Quranı haqq kitabı kimi qəbul etmirlər, yalandan deyirlər ki, Quran dəyişdirilib və nə vaxtsa əsl kitab gələcək, bu isə öz nəticə etibarı ilə əsl küfrdür və Allahı, Peyğəmbərimizi (s.a.v) xəlifələri, əhli bəyti, imamlarımızı inkar etməkdir, onları yalan saymaqdır; Allahın qədərini açıq inkar edirlər, bu səbəblə də eyni zamanda ‘’qədərilər’’ (yəni qədəri inkar edən) məzhəbindən sayılırlar; Peyğəmbərimizin (s.a.v) hədislərini qəbul etmirlər; İslam ümmətinin dörd haqq məzhəbini inkar edirlər və s. batil fikirlər və mövqələr.

‘’Peyğəmbər (s.a.v) buyurmuşdur: ‘’Hər ümmətin məcusiləri vardır. Mənim də ümmərimin məcusiləri – qədəri inkar edənlərdir’’. Müşəttəb dədi: ‘’Abdullah bin Abbas və Abdullah bin Ömər belə rəvayət edirlər ki, Peyğəmbər (s.a.v) demişdir: ‘’Qədərilərin və rafizilərin islamda payları yoxdur’’


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 177 Bölmə: Maraqlı melumatlar