beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜSƏLMAN QADIN ALLAHA TƏSLİM OLMUŞDUR

Müsəlman qadın Allaha, səmimi bir ürəklə iman etmiş və dərin bir Allah qorxusuyla boyun əymişdir. Allahdan başqa bir İlah olmadığını, Onun bütün varlıqların tək hakimi və sonsuz güc sahibi olduğunu dərk etmişdir. Buna görə də, sadəcə Allahdan qorxar və yalnız Onun razılığını axtarar. Yalnız Allaha ibadət edər, ONU dost bilər və yalnız Ondan kömək istəyər.Hər hansı bir xeyirlə üzləşsə, bunu ona ancaq Allahın verə biləcəyini və eyni şəkildə ona dəyə biləcək bir zərər varsa, bunun qarşısını da Allahın ala biləcəyini, özünü ancaq Allahın qoruya biləcəyini bilərək yaşayar.

Yalnız Allaha möhtac olduğunu, özünü həyatda yaşadan, ona nemətini və köməyini çatdıran, qoruyan, tək gücün Allah olduğunu bilər. Buna görə də heç vaxt insanlardan nəsə ummaz.Allaha, heç bir şəkk-şübhə duymadan iman etmişdir. İmanındakı bu səmimiyyətini həyatının sonuna qədər, hər an davam etdirər,həyatının hər mərhələsində, hər nə çətinliklə qarşılaşırsa qarşılaşsın, Allaha olan bu səmimi inancından imtina etməz. Nemət içərisində olduğunda Allaha qarşı necə şükr edici, məmnuniyyət dolu bir yaxınlıq içərisindədirsə, şərtlər əksinə olduqda da eyni təslimiyyəti göstərməyə davam edər.

Rəbbimizin qullarına olan sonsuz sevgisindən, rəhmətindən, əsirgəməsindən və bağışlayıcı olduğundan əmin, təvəkküllü əxlaqa sahib olar.Bir çətinliklə qarşılaşdığında, Allahın Quranda hər çətinliklə birlikdə bir asanlıq gətirəcəyini bildirdiyini, vacib olanın isə bu çətinlik anında insanın Allaha olan sevgisində, təslimiyyətində və etibarında dözüm göstərməli olduğunu bilər. Allahın ədalətindən, hər hadisəni xeyir və hikmətlə yaratdığından əmindir və Allahın vədindən əsla dönməyəcəyini bilər. Qarşılaşdığı çətinliklər uzun müddət davam etsə belə, heç bir zaman ümidsizliyə qapılmaz, Allahın köməyindən əsla şübhəyə düşməz. Gözəl bir səbir və təslimiyyətlə, Allahın özünə verdiyiylə kifayətlənər və bunda özü üçün bir xeyir olduğunu qəti olaraq bilər. Allahın bu mövzuda Quranda bildirdiyi nümunələri xatirindən çıxarmaz, çətinliklərlə qarşılaşdıqları zaman ümidsizliyə qapılanların təslimiyyətsizliyini bilər. Özünə, hər nə çətinliklə qarşılaşırlarsa qarşılaşsınlar

"... Şübhəsiz Rəbbim, mənimlə bərabərdir, mənə yol göstərəcək"(Şuəra Surəsi, 62)

deyərək Allaha təvəkkül edən peyğəmbərlərin üstün əxlaqını nümunə götürər. Həyatı boyunca qarşısına çıxan hər hadisədə Allahın rəhmətini, yaxınlığını, sevgisini, köməyini və dostluğunu görə bilən bir iman dərinliyi içərisində olar.

Mömin qadınların göstərdikləri bu əxlaqın üstünlüyü, cahiliyyə inanclarıyla formalaşan qadın xarakteri ilə müqayisə edildiyində kəskin bir şəkildə ortaya çıxmaqdadır. Cahiliyyə əxlaqını mənimsəyən qadınlar, həyatları boyunca qarşılaşdıqları hər incəliyi yaradanın Allah olduğunu və bunların hər birində bir çox xeyir və hikmət gizləndiyini düşünmədikləri üçün yaşadıqları hadisələr qarşısında lazım olan təslimiyyəti göstərə bilməzlər.

Belə ki, cahil qadın xarakterinin ən çox bilinən xüsusiyyətlərindən biri, çətinliklər qarşısında göstərilən dözümsüz, səbirsiz, ortalığı təlaşa verən, qarışıqlıq meydana gətirən hərəkətlərdir. Hətta bu səbəblə çox vaxt insanlar, özlərinə yük olmamaları üçün qadınları, çətinliklə qarşılaşma ehtimalı olan mühitlərdən uzaq tutmağa böyük diqqət göstərirlər. Cahil qadın xarakterinin bu əhəmiyyətli xüsusiyyəti bu günə qədər bir çox filmə, ya da romana mövzu olmuşdur. Allaha güvənib təslim olmadıqları üçün, çətinliklərə qarşı qoya biləcək gerçək səbri və gücü özlərində tapa bilməzlər. Gücləri, ancaq bu çətinliyə dözmənin sonunda əldə edə biləcəkləri mənfəətlərin böyüklüyü qədərdir.Iman edən bir qadın isə gücünü imanından və Allahın razılığını qazanma mövzusundakı qəti dayanıqlılığından aldığı üçün, dözümü çox qüvvətli olar. Allah Quranda möminlərin bu əxlaqını

“...Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq.” (Ənam Surəsi, 71)


sözləriylə dilə gətirdiklərini bildirməkdədir. Buna qarşılıq Allah, tam bir təslimiyyətlə Özünə təslim olan qullarını belə müjdələməkdədir:


Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. (Loğman Surəsi, 22)


Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə Surəsi, 112)


Tarix: 05.05.2013 / 15:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Maraqlı melumatlar