Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dinlər tarixindən 10 qiymətli miras

İnsanlıq tarixi boyunca cəmiyyətləri təsiri altına bütün dinlərdən günümüzə bir çox miras qaldı.

Bu miras içində Hz. Məhəmmədin ayaq izindən, bir Xristian əzizinin qanına və Budda’nın dişinə qədər bir çox qiymətli parça var.

Bunlardan bəziləri:

* Torino kəfəni

Saxta ya da gerçək, Hz. İsanın basdırılarkən sarıldığı kəfən olduğuna inanılan, 4.3 metr uzunluğundakı saralmış kətan çarşaf hər il milyonlarla insanı İtalyanın Torino şəhərinə çəkir.

Hər nə qədər kəfən Hz. İsa kimi çarmıxa gərilmiş bir insanın yaralarının buraxdığı izləri daşısa da, karbon testi parçanın 1260 ilə 1390 illəri arasına, yəni Hz. İsanın yaşamadığı bir dövrə aid olduğunu ortaya çıxardı. Ancaq bu məlumat, sərgilənməyə başladığı 2000-ci ildən bu yana hacıların kəfənə göstərdiyi marağı azaltmadı. Hətta testlərin səhv olduğunu və yenidən edilməsi lazım olduğunu müdafiə edənlər də var.

* San Gennaro-nun qanı

Hər il İtalyanın Napoli şəhərində yaşayan insanlar qoruyucu əzizləri San Gennaro’nun şəhid olmağının ildönümündə bir möcüzəyə şahid olmaq üçün bir araya gəlir: Əzizin laxtalanmış qanının mayeləşməsi. Bu möcüzə sanki saatla nizamlanmış kimi hər 18 ildə bir 19 Sentyabr tarixində yaşanır. Bu hadisə elm insanlarının başında böyük sual işarələri doğurmasına qarşı, insanların xatırlama mərasimlərinə qatılmalarına mane olmur.

Napoli xalqı qanın özlərini bir çox pislikdən, xüsusilə yaxınlarında olan Vezüvi vulkanından qoruduğuna inanır. Bu inanış xüsusilə, qanın mayeləşmədiyi və pis hadisələrin yaşandığı zamanlarda gücləndi. Məsələn 1527-ci ildəki epidemiya və 1980 zəlzələsinin yanında, Napoli futbol komandasınınuduzmaları kimi.

* Saqqal-i Şərif

Hz. Məhəmmədin vəfatından sonra, ən sevdiyi bərbəri tərəfindən kəsildiyinə inanılan saqqalı, bu gün Topqapı Sarayında sərgilənir. Osmanlı padşahı Yavuz Sultan Səlimin 1517-ci ildəki Misir səfərindən sonra İstanbula gətirilən Müqəddəs Əmanətlərdən biri olan Saqqal-i Şərif, hər il milyonlarla ziyarətçinin axınına uğrayır.

* Hz. Məryəmin müqəddəs kəməri

Hz. Məryəmin, cənnətə yüksəlmədən dərhal əvvəl, dəvə tükündən əldə toxunmuş kəmərini, Hz. İsanın 12 həvarisindən biri olan Tomasa verdiyinə inanılır. Kəmər XIV əsrdə İtalyanın Prato şəhərinə çatdığında, onu mühafizə etməsi üçün xüsusi bir şapel tikildi. Bu gün "Sacra Cintola" olaraq adlandırılan kəmər, hər il yalnız beş gün nümayişə təqdim edilir.

* Yəhya Peyğəmbərin başı

Yəhya Peyğəmbərin başının hara basdırıldığı məlumatı, ağırlıqlı olaraq hansı dinə mənsub olduğunuza bağlıdır. Müsəlmanlar Yəhya Peyğəmbərin başının Suriyanın paytaxtı Şamda olan Əməvi Məscidində olduğuna inanır. Xristianlar isə, Baptizmçi Yəhya olaraq da bildikləri Yəhya Peyğəmbərin başının Capitedəki San Silvestro Kilsəsində olduğunu qəbul edir. Bəziləri isə başın Türkiyə ya da Fransanın cənubunda bir yerlərdə basdırılmış olduğunu qarşıya qoyur.

* Budda-nın dişi

Bir Sri Lanka əfsanəsinə görə, Buddanın yandırılmasından geriyə yalnız bir dişi qaldı. Buddanın azıdişi o qədər əhəmiyyətli bir varlıq halına gəldi ki, ona sahib olan adama Tanrının hökmdarlıq haqqı verdiyinə inanıldı. Təbii olaraq dişi ələ keçirmək üçün bir çox böyük döyüş yaşandı. Bu günsə Sri Lankanın Kandy şəhərindəki Diş Məbədində sərgilənir.

* Müqəddəs Bakirənin köynəyi

Fransada olan Chartres Katedrali’nin hər il hacıların axınına uğramasının tək səbəbi gotik arxitekturanın ən yaxşı nümunələrindən biri olması deyil. Katedral eyni zamanda Hz. İsanın doğumu əsnasında Bakirə Məryəmin geydiyinə inanılan köynəyin sərgiləndiyi yerdir.
Digər adı Sancta Camisia olan köynək 876da kilsəyə bağışlandı və 1194də çıxan bir yanğında yox olduğu düşünüldü. Ancaq üç gün sonra köynək, möcüzə əsəri heç zərər görməmiş halda tapıldı. Katedralin yepiskopu, möcüzəni köynəyin aid olduğu yerdə tutulması lazım olduğunun işarəsi olaraq şərh etdi və katedral yenidən tikildi.

* Əziz Nino-nun xaçı

Əfsanəyə görə, IV əsrdə Hz. Məryəm, Xristianlığın təlimlərini Gürcüstanda yaymağa çalışan Kapadokyalı qadın Əziz Nino’ya, əyik qolları olan Grapevine Əziz Nino Xaçını verdi. Xaç bu gün Gürcüstanda Ortodoks Kilsəsinin ən böyük simvollarından biridir. Əziz Nino Xaçı, Gürcüstanın paytaxtı Tiflisdəki Sioni Katedralinə çatana qədər bir çox ölkə gəzdi.

* Hz. Məhəmmədin ayaq izi

Müsəlmanlar, Hz. Məhəmmədin getdiyi hər yerdə sol ayağının qalıcı bir iz buraxdığına inanır. Bu izlər, Orta şərqdəki dini bölgələrdən toplanmış və bu gün bölgədəki məscidlərdə, muzeylərdə və digər tarixi yerlərdə göstərilməkdədir. Digər müqəddəs əmanətlərlə birlikdə İstanbula gətirilən bu izlərdən bir dənəsi, bu gün Topqapı Muzeyində sərgilənir.

* Əziz Petrusun zəncirləri

Hz. İsanın 12 həvarisindən biri olan Petrus, Qüdsdə Hz. İsanın təlimlərini yaydığı üçün həbsə atıldığında zəncirə vurulduğuna və mühakimə olunacağı gündən əvvəlki gecə, Petrusun bir mələk tərəfindən zəncirlərindən qurtarıldığı və həbsxanadan qaçdığına inanılır. Bu gün Petrusun vurulduğu zəncirlər Romadakı yerləşən müqəddəs əmanət sandığında saxlanılmaqdadır.
Bizans İmparatoriçəsi Euxodia zəncirləri Papa I Leoya verdiyi zaman, Papa zəncirləri Petrusun ilk tutulduğu Romadakı Mamertime Həbsxanasındakı zəncirləriylə yan-yana gətirdi və möcüzə əsəri iki zəncir qaynaşdı.


Tarix: 06.06.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 242 Bölmə: Maraqlı melumatlar
loading...