beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hədisşünas Alimlər Buxari Və Müslimin Qısa Tərcüme

Dahi imam, alim, hədis elmində möminlərin əmiri, Əbu Abdullah Muhəmməd ibn İsmayıl ibn İbrahim əl-Buxari. Hicrətin 194-cü ilində Şəvval ayında Buxara anadan olub və yetim olaraq böyüyüb başa çatıb. Uşaq ikən görmə qabiliyyətini itirir, sonra Allah təala onun görmə qabiliyyətini təkrar ona qaytarır. Hələ uşaq ikən hədisləri əzbərləmiş və bu sahədə qeyri-adi istedadı var idi, Allah ona rəhmət etsin.
Dövrünün imamları onun iti yaddaşı, dəqiqliyi, elmi, zahidliyi və ibadətinə şahidlik etmişdirlər. İmam Əhməd, Allah ona rəhmət etsin, onun barəsində belə deyir: “Xorasan diyarı hələ onun kimi istedadı ortaya çıxarmayıb.”
İbn Xüzeyma, Allah ona rəhmət etsin, demişdir: “Səmanın altında Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) hədisləri barədə ondan daha çox bilikli olan və Buxaridən daha çox hədis əzbərdən bilən birini görməmişəm.”
Əl-Tirmizi, Allah ona rəhmət etsin, demişdir: “Hədisin təhqiqində tutduğu tənqidi yanaşma, hədis tarixi və hədisin isnadları sahəsində İraq və yaxud Xorasanda Buxaridən daha biliklisini görmədim.”
Əl-Buxarinin şeyxlərinin (müəllimlərinin) sayı mindən çox idi. Səfər etdiyi ölkə və şəhərlərdə onlar ilə görüşmüşdür.
Müəllimlərindən: İmam Əhməd ibn Hənbəl, Həmmad ibn Şakir, Məkki ibn İbrahim və Əbu `Asim əl-Nəbilini misal çəkmək olar.
Əl-Buxaridən rəvayət edənlərə misal olaraq aşağıdakılar göstərmək olar:Müslim ibn əl-Həccac, “əl-Səhih” əsərinin müəllifidir. Əl-Tirmizi, əl-Nəsai, Muhəmməd ibn Nasr əl-Mərvəzi və çoxsayda digər ravilər.
Əl-Buxari çoxsaylı kitablar qələmə almışdır, bunların arasında ən məşhurları: “Əl-Cami əl-Sahih”, “əl-Tarix əl-Kəbir”, “əl-Ədəb əl-Müfrəd”, “Xəlq Əf`əəl əl-`İbəəd” kitablarıdır.
O, Allah ona rəhmət etsin, Fitrə (Ramazanda) Bayramı gecəsi Hicrətin 256-cı ilində dünyasını dəyişmişdir.

2. İmam Müslim, Allah ona rəhmət etsin
Böyük imam, hafiz və alim, Əbul Hüseyn, Müslim ibn Həccəc ibn Müslim əl-Nisəburi. Hicrətin 204-cü ilində və ya 206-cı ilində anadan olduğu bildirilir.
O, vaxtını hədis elminə həsr etmiş və hədis axtarmaq, araşdırmaq üçün səyahətlər etmiş və bu sahədə böyük zəhmətlərə qatlaşmışdır. Sonda çox məşhur olmuşdur. Onun çağdaşları şeyxin fəzilət və məziyyətlərinə şahidlik etmişdirlər.
Onun müəllimlərindən Muhəmməd ibn Bəşşar (Bəndar) demişdir: Bu dünyanın dörd hafizi (müəyyən sayda və meyarlara görə hədisləri əzbər bilən şəxs) var: Rey diyarından Əbu Zər`ah, Nisaburdan Müslim, Səmərqənddən Abdullah əl-Darimi və Buxaradan Muhəmməd ibn İsmayıl.
Əhməd ibn Sələməh əl-Nisaburi demişdir: Mən gördüm ki, Əbu Zər`ah və Əbu Hatim öz dövrlərinin şeyxləri arasında səhih elmində Müslim ibn əl-Həccacı ön sıraya qoymuşdular.
İbn `Əbd əl-Bərr onun barəsində demişdir: “Onlar yekdilliklə şeyxin yüksək məqamı, rəhbərliyi və yüksək nüfuzu barədə ittifaq ediblər. Bunun ən böyük dəlili özünün qələmə aldığı “əl-Sahih” əsəridir. Bundan öncə və yaxud sonra heç bir kitab hədislərin isnadında bu kitab qədər gözəl tərtib olunmamış və yaxud dəqiqlikdə ona çata bilməz.
Müəllimlərindən: Əhməd ibn Hənbəl, əl-Buxari, Yəhya ibn Yəhya əl-Timi, İshaq ibn Rəhaveyh, Yəhya ibn Ma`iin, Əbu Bəkr ibn Əbi Şeybə və çoxsaylı digər müəllimləri.
Tələbələrindən: Əbu Hatim əl-Razi, Əbu İsa əl-Tirmizi, İbn Xüzeymə, Əbu Əvəənəh əl-İsfarəyəni və Məkki ibn `Əbdaan
Ən tanınmış kitabları: “Əl-Cami əs-Sahih”, “əl-Kuna vəl Əsma”, “əl-Təbaqat”, “əl-Təmyiz” və “əl-Münfəridət vəl Vəhdəən”
Hicrətin 261-ci ilində Rəcəb ayında dünyasını dəyişmişdir. Allah ona rəhmət etsin.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar