Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adsız Mələk

Adsız mələk
Bir zamanlar dünyaya gəlməyə
hazırlaşan bir körpə var imiş.Bu
körpə bir gün Allahdan soruşur:
-Allahım,məni sabah dünyaya
göndərəcəyini deyirlər,amma
mən o qədər kiçik və gücsüzəm
ki,orada necə yaşayacağam?
-Bütün mələklərin arasından
sənin üçün birini seçdim.O səni
qoruyacaq və sevəcək.Mələyin
sənə hər gün laylalar oxuyacaq və
gülümsəyəcək.Beləcə də sən
onun sevgisini hiss edəcək və
xoşbəxt olacaqsan.
-Yaxşı,insanlar mənə nəsə
deyəndə,dillərini bilmədən necə
başa düşəcəyəm?
-Mələyin sənə dünyada eşidə
biləcəyin ən gözəl və ən şirin
sözləri söyləyəcək,sənə
danışmağı diqqət və sevgi ilə
öyrədəcək.
-Yaxşı Rəbbim mən səninlə
söhbət etmək istəsəm nə
edəcəyəm?
-Mələyin sənə əllərini açaraq
mənə dua etməyi də öyrədəcək.
-Eşitdim ki,dünyada pis adamlar
var.Məni kim qoruyacaq?
-Mələyin səni öz həyatı bahasına
da olsa daim qoruyacaq.
-Amma mən səni bir daha
görməyəcəyəm deyə çox
heyfslənirəm.
-Mələyin sənə məndən bəhs
edəcək və mənə gəlməyin
yollarını öyrədəcək.
O əsnada cənnətdə bir səssizlik
olur və dünyanın səsləri cənnətə
qədər çatır.Körpə getməyə
hazırlaşdığını başa düşür.
-Rəbbim,əgər indi getmək vaxtım
çatıbsa,xahiş edirəm, deyin,
mənim mələyimin adı nədir?
-Mələyinin adının əhəmiyyəti
yoxdur,ey körpə.Sən onu “ANA”
deyə çağıracaqsan.
“Cənnət Anaların ayaqları
altındadır”


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar
loading...