beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın varlığına dair ayələr və hədislər

1. Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı? (İbrahim-10)

2. Məgər Allahın göydən yağış yağdırdığını? onu yer üzündəki bulaqlara axıtdığını? sonra onunla növbənöv əkin yetişdirdiyini görmürsənmi?! Sonra o (əkin) quruyar? sən onu saralmış görərsən. Sonra da (Allah) onu çör-çöpə döndərər. Həqiqətən? bunda ağıl sahibləri üçün ibrətlər vardır!
(Zümər-21)

3. Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?! (Mürsəlat-20)

4. Məgər sən bilmirsən ki? göylərin və yerin səltənəti (hökmranlığı) ancaq Allaha məxsusdur və izin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?! (Bəqərə-107)

5. İmam Əli(ə) buyurur: Allahın yaratdıqlarını görüb Allaha şəkk edən kəslərə təəccüb edirəm. (Nəhcül-Bəlağə – 121-ci hikmət)

6. İmam Əli (ə) buyurur: Özünü tanıyan Allahını da tanıyar. (1000 hədis)

7. İncildə Allah-təala buyurur: "Ey insan! Özünü tanı ki, Rəbbini tanıyasan".

8. “Kim özünü tanımasa, doğru yoldan uzaqlaşıb cəhalət və zəlalət vadisinə yuvarlanar" Qürərin fəslə görə mündəricatı: səh.387

9. Peyğəmbər(s)-dan buyurur: "Sizlərdən Allahı ən yaxşı tanıyan, özünü ən yaxşı tanıyandır". Əlcəvahirüs-sünniyyə (hindistan çapı 1302-ci il) səh.94

10. Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. (Zariyat-56)

11. Mənə ibadət edin? bu doğru yoldur! (Yasin-61)

12. İmam Əli(ə) buyurur: Yolların ən yaxşısı həqiqət yoludur. (Qürərül-Hikəm – c1 – s182)

13. İmam Hüseyn(ə) buyurur: Ağıl yalnız haqqa itaət etməklə kamil olur. (Biharül-ənvar – c-78 – s127)

14. Həzrət Əli(ə) nəsihət edərək buyurur: "Ey insan! Sənin dərdinin dərmanı və yuxunun oyanışı yoxdurmu? Niyə səni Allahın qəzəb qorxusu oyatmır? Halbuki, ona itaət etməmək nəticəsi ndə onun qəzəbinə düçar olmaq dərəcəsinə yetişmisən. Ona görə də süstlüyünü qətiyyətlə, qəflət yuxusunu oyanış və hərəkətlə müalicə et". Nəhcül-bəlağə (Feyzül İslam) 214-cü xütbə.

15. Həzrət peyğəmbər(s) buyurur: Ey Allahın bəndələri? sizlər xəstə? bütün aləmləri yaradan isə həkim kimidir. Xəstənin xeyri öz istəklərinə yox? həkimin tədbirlərinə əməl etməkdədir. Buna görə nicat tapmaq üçün Allahın əmrinə təslim olun. (Məcmueyi Vərram – c2 – s117)

16. Həqiqətən (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi? (Yasin-62)

17. İmam Zaman (əc) buyurur: Allah-təala məxluqatı hikmətsiz yaratmamışdır və onları hədəfsiz və öz başına buraxmamışdır. (Biharül-ənvar – c53 s194)

18. İmam Əli(ə) buyurur: Qətiyyən başqasının bəndəsi olma! Çünki? Allah səni azad yaratmışdır.(Qürərül-Hikəm – 85-ci fəsil 219-cu hədis)

19. İmam Hüseyn(ə) buyurur: İzzətli ölüm zillətli yaşamaqdan yaxşıdır. (Biharul ənvar c.44. s192)

20. İmam Əli(ə) buyurur: Ey adəm övladı! Əziz olan Allah öz ne’mətlərini ardıcıl olaraq sənin ixtiyarında qoyduğu zaman və Ona itaət etmədiyindən qorx! (Nəhcül-Bəlağə – 23-cü hikmət)

21. Səccad(ə)-dan belə nəql edir: "İnsanların ən yaxşısı Allahın buyurduğu vacibi əməlləri yerinə yetirəndir."

22. İmam Səccad(ə) buyurur: Nə üçün yaranmış olduğunuzu düşünüb? əməl edin. Çünki Allah sizi boş yerə yaratmamışdır. (Tühəfül-Üqul – s274)

23. “Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin. Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!” (Həşr-19)

24. Həzrət Əmirəlmö’minin(ə) buyurur: “Ey Allah bəndələri! Elə indidən ayılın. Çünki hələ dillər azad, bədənlər sağlam, bədən üzvləri hazır, gediş-gəliş yeri geniş və imkan çoxdur. Fürsəti əldən verməmişdən və ölüm yetişməmişdən qabaq ayılın. Ölümü həmişə hazır bilin. Nə vaxtsa gələcəyini gözləməyin. (Çünki bu sizi süst edib əməllərinizin tə’xirə düşməsinə səbəb olar.) Nəhcül-bəlağə: Feyzül İslam: xütbə ¹187.

25. İmam Əli(ə) buyurur: Əməllərin ən şərafətlisi Allaha itaət etməkdir. (Qürərül-Hikəm – c1 – s183)

26. İmam Əli(ə) buyurur: Ən kor insan o kəsdir ki? Allahdan başqasına görə iş görür və onun savabını Allahdan istəyir. (40 hədis – s45)

27. Həzrət peyğəmbər(s) buyurur: Xalq arasında ən çox ibadət edən Allahın buyurduğu vacib əməlləri yerinə yetirən şəxsdir. (Camiul-əhadis – s171)

28. Tfu sizə də? Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcəba (etdiyniz əməllərin qəbahətini) başa düşmürsünüz? (Bəqərə-44)

29. İmam Əli(ə) buyurur: Qətiyyən bütün işin arvad-uşağın üçün çalışmaq olmasın? çünki? arvad-uşağın Allahın dostlarıdırlarsa? Allah öz dostlarını tək qoymaz; yox əgər Allahın düşmənləridirlərsə? niyə Allahın düşmənləri üçün bu qədər çalışırsan? (Nəhcül-Bəlağə – 352 hikmət)

30. "Həqiqətən axır dönüş sənin Rəbbinədir". (Nəcm-42)

31. Göylərdə və yerdə hər nə varsa Allaha səcdə edir". (Nəhl-49)

32. Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün! (Ali İmran-102)

33. “(Ya Rəsulum!) De: “Mən göyləri və yeri yaradan, hamını bəsləyib Özü bəslənməyən Allahdan başqasını özümə Rəbbmi edərəm?!” (Ən’am - 14)

34. “Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz) Çünki O, hər şeyə qadirdir!” (Ən’am - 17)

35. “Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun ne’mətini geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir.” (Yunus - 107)

36. İnsanların ən imanlısı? Allaha hamıdan çox təvəkkül edən şəxsdir. (Qürərül-hikəm - c1 – s196)

37. “Əgər mö’minsinizsə, Allaha təvəkkül edin!” (Maidə-23 / Tövbə-51)

38. Əmirəlmö’minin(ə) buyurur: “Kim Allaha təvəkkül edərsə, bütün çətinliklər onun üçün asanlaşıb vasitələr hazır olaraq rahatlıqla və kəramətlə yaşayar.” (Şərhi-Qürər: c - 5 / s - 425)

39. “.....Bütün işlər də axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Məhəmməd!) Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!” (Hud - 123)

40. Həzrət Peyğəmbər(s) buyurur: Qur’an oxuyun, ona əməl edin. Onun haqda boş-boş danışmayın və onu gəlir mənbəyinə çevirməyin. (Mizan-hədis-2103)

41. Peyğəmbər(s) buyurur: “İnsanların ən güclüsü olmaq istəyən Allaha təvəkkül etməlidir.” Biharül-ənvar: Beyrut nəşri: c-71 / s-151. Müstədrəkül-vəsail: c-2 / s-288.

42. İmam Baqir(ə) buyurur: “Allaha təvəkkül edən və arxalanan məğlub olmaz.” Müstədrəkül-vəsail: c-2 / s-288.

43. Əmirəlmö’minin(ə) buyurur: “Qəlbin möhkəmliyinin əsası Allaha təvəkkül etməkdir.” Qürərin mündəricatı: s-418 / ¹ 3082.

44. “Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun! (Peyğəmbər və əhli-beyti ilə birlikdə olun!)” (Tövbə - 119)

45. İmam Əli(ə) buyurur: Təqva əxlaqın rəhbəridir. (Nəhcül-Bəlağə – 417-ci hikmət)

46. Axirətdə isə insanların ən yaxşısı təqvalı insanlardır. (Çehel hədis – s-28)

47. Həzrət peyğəmbər(s) buyurur: İnsanların ən təqvalısı haqq sözü deyən şəxsdir. Həmin söz istər onun xeyrinə? istərsə də zərərinə olsun. (Camiul-əhadis – s171)

48. Həzrət peyğəmbər(s) buyurur: İnsanların ən əzizi? onların arasında təqvası hamıdan çox olan şəxsdir. (40 hədis – s45)

49. İmam Sadiq(ə) buyurur: "Təqvasız heç bir əməlin faydası yoxdur" Üsul Kafi, c.2, səh.77 vərə fəsli

50. İmam Baqir(ə) buyurur: "İbadətlərin ən çətini təqvadır" Üsul Kafi, c.2, səh.77 vərə fəsli

51. Həzrət peyğəmbər(s) buyurur: Sizin aranızda ən zirəng şəxs? hamıdan çox təqvası olandır. (Camiul-əhadis – s171)

52. Həzrət Peyğəmbər(s) buyurur: İnsana ən çox lazım olan azuqə təqvadır. (Biharül-ənvar – c77 – s114)

53. İmam Əli(ə) buyurur: Ən yaxşı dua təqvalı sinədən və pak qəlbdən çıxan duadır. (Biharül-ənvar – c93 – s282)

54. İmam Sadiq(ə) buyurur: Hər kəs Allahdan qorxa? Allah hər şeyi ondan qorxuzar. Amma hər kim allahdan qorxmasa Allah onu hər şeylə qoxudar. (Usuli kafiC3 s110)

55. İmam Əli(ə) buyurur: Allahın rəhmətindən mə’yus olmuş? lakin tövbə etməyə qüdrəti çatan adama təəccüb edirəm. (Nəhcül-Bəlağə – 121-ci hikmət)

56. İmam Əli(ə) buyurur: Ən böyük bəla Allahın rəhmətindən naümid olmaqdır. (Qürərl-hikəm c1 – s180)

57. Həzrət Peyğəmbər(s) buyurur: Allahın nəzərində tövbələrin ən yaxşısı günahlardan əl çəkmək və (etdiyi günahlardan) peşman olmaqdır.

58. İmam Hüseyn(ə) buyurur: Hər kim xalqın razılığını Allahın qəzəbini qazanmaqla əldə etsə? Allah onu insanların öhdəsinə buraxar. (Biharül-ənvar – c-78 – s117)

59. İmam Hüseyn(ə): Allahdan qorxan şəxsdən başqasına e’tibar etmə! (Bəlağətül-Hüseyn s292)

60. Peyğəmbər(s) buyurdu: "İnsanların ən təqvalısı olmaq istəyirsənsə, Allahın vacibi əməllərini yerinə yetir." Üsul-Kafi: c-2 / s-82.

61. Həzrət Peyğəmbər(s) buyurur: “Allahı tamam qəlbinizlə sevin.” (Mizan-hədis-3086)

62. "Ey insan! Sən (ölənə qədər) Rəbbinə döğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan. (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması, Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əmələrin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına, pis əməllər etmisənsə vay halına!) (İnşiqaq-6)

63. “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü demə). Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.” (İsra - 36)

64. "Sonra de: Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!" (Rum-10)

65. İmam Hadi(ə) buyurur: Öz ailənin gözü qabağında xəstələnib? ölümlə əlbəyaxa olmağını? başının üstündə ölümdən nicat verəcək bir təbibin və sənə faydalı olan bir dostun olmadığı vaxtı yada sal. (Ə’yanuş-şiə-c2-s39)

66. Həzrət Əli(ə) buyurur: Əcəl insana hər şeydən yaxındır. (Mizan- hədis73)

67. Həzrət Əli(ə) buyurur: İnsanın nəfəsləri ölümə qarşı addımlayan addımlardır. (Mizan-hədis-75)

68. Həzrət Əli(ə) buyurur: Hər kim öz əcəlinin bir vaxt gəlib çatacağını fikirləşsə, əlinə düşən fürsətləri qənimət bilər. (Mizan- hədis-76)

69. Həzrət Əmirəlmö’minin(ə) buyurur: “Ey Allah bəndələri! Elə indidən ayılın. Çünki hələ dillər azad, bədənlər sağlam, bədən üzvləri hazır, gediş-gəliş yeri geniş və imkan çoxdur. Fürsəti əldən verməmişdən və ölüm yetişməmişdən qabaq ayılın. Ölümü həmişə hazır bilin. Nə vaxtsa gələcəyini gözləməyin. (Çünki bu sizi süst edib əməllərinizin tə’xirə düşməsinə səbəb olar.) Nəhcül-bəlağə: Feyzül İslam: xütbə ¹187.

70. İmam Əli(ə) buyurur: Hesaba çəkilməmişdən əvvəl özünüzlə hesab çəkin!

71. "Oğlum (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud gözlərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah bütün incə işləri biləndir (lətifdir), (Hər şeydən) xəbərdardır!" (Loğman-16)

72. “....(O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!” (Bəqərə-281)

73. Əmirəlmö’minin(ə) buyurur: “....Ey Allah bəndələri! Əməllərin hesaba çəkiləcəyi, dağıntıların çox olacağı və uşaqların (qorxudan) qocalacağı gündən qorxun. Ey Allah bəndələri! Bilin ki, sizin öz içinizdən üzərinizə gözətçilər qoyulmuş, sizin bədən üzvlərinizdən ibarət olan qoruqçular sizə nəzarət etməkdədirlər. Bilin və agah olun ki, doğru danışan mühasiblər sizin əməllərinizi, hətta nəfəslərinizin sayını belə qeyd edirlər. Nə gecənin qaranlığı və nə də möhkəm qapılar sizi onlardan gizlədə bilməz. (Xülasə, harada olsanız onlar sizi izləyirlər) Həqiqətən, sabah bu günə yaxındır...” Əməllərin sorğu-sualı qiyamət gününün ən əsas məsələlərindən biridir. Heç kəs ondan yaxa qurtara bilməz. Nəhcül-bəlağə: Feyzül İslam: Xütbə ¹156

74. Peyğəmbər(s)-dan belə nəql olunur: “Üzünə xeyir qapıları açılan şəxs gərək onun qədrini bilsin. Çünki bu qapıların onun üzünə nə vaxt bağlanacağını bilmir.” ƏlMüstədrəkül-vəsail: c.2 / s.350.

75. Ey Əbuzər! Beş şeyi beş şeydən qabaq qənimət hesab et: Cavanlığın qədrini bil qocalmamış, sağlamığının qayğısına qal naxoş olmamış, malına qənaət et yoxsullaşmamış, vaxtından istifadə et başın dünya işlərinə qarışmamış, həyatının qədrini bil ölüm yetişməmiş.”

76. İmam Hadi(ə) buyurur: Öz qədrini bilməyən adamın şərrindən amanda olmazsan. (Tühəfül-Üqul-s483)

77. Həzrət peyğəmbər(s) buyurur: İnsanların ən pisi axirətini dünyasına satandır. Bundan da pisi? axirətini başqasının dünyasına satandır. (Biharül-ənvar – c77 – s46)

78. Həzrət Əli(ə) buyurur: Sizin qiymətiniz böyükdür. Özünüzü cənnətdən ucuz qiymətə satmayın. (Mizan-hədis-2090)

79. İmam Hadi(ə) buyurur: İnsan dünyada malı ilə? axirətdə isə əməli ilə tanınar. (Ə’yanuş-şiə-c-2-s39)

80. Həzrət Əli(ə) buyurur: Dünyaya başı qarışan insan axirəti necə düşünə bilər? (Mizan- hədis-131)

81. Həzrət Peyğəmbər(s) buyurur: “Heç vax dünya məhəbbəti ilə Allah məhəbbəti bir qəlbdə sığışmaz.” (Mizan-hədis-3162)

82. İmam Əli(ə) buyurur: “Əgər Allahı sevirsinizsə, dünya məhəbbətini qəlbinizdən çıxarın. (Mizan-hədis-3167)

83. Loğmanın öz oğluna vəsiyyəti: Gözləri görməyən şəxslər kor deyil? bəlkə kor o şəxsdir ki? axirətə yəqinliyi olmasın. (Lağmani həkim – s176)

84. Loğmanın öz oğluna vəsiyyəti: Necə yatırsan eləcə də öləcəksən? yuxudan ayıldığın kimi qiyamətdə də elə hazır olacaqsan. (Lağmani həkim – s176)

85. "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). (Zilzal-7,8)

86. “...Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər...” (Bəqərə-284)

87. "Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!" (Rum-10)

88. "Artıq nə bir vəsiyyət etməyə iqtidarları çatar, nə də ailələrinin yanına qayıda bilərlər!". (Yasin-50)

89. O vaxt deyərlər: "...Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və mö'minlərdən olaydıq!". (Ən'am-27)

90. İmam Əli(ə) buyurur: Hər kəsin aqibəti ya şirin olur? ya da acı. (Nəhcül-Bəlağə – 147-ci hikmət)

91. İmam Əli(ə) buyurur: Kasıblıq və varlılıq qiyamət günü bilinəcək. (Nəhcül-Bəlağə – 463-cü hikmət)

92. Həzrət peyğəmbər(s) buyurur: Ən pis peşmançılıq qiyamət gününün peşmançılığıdır. (Üsuli-Kafi- c8 – s82)

93. İmam Həsən Əskəri(ə) buyurur: Sizlər az ömür və qısa dövran keçirirsiniz. Ölüm gözlənilmədən gələr? xeyir toxumu əkənlər şadlıq və mənfəət biçər? pislik toxumu əkənlər isə peşmançılıq biçər. Nə əkərsən onu da biçərsən.

94. Vay sənin halına? vay! Yenə də vay sənin halına? vay! Məgər insan güman edir ki? o başlı-başına (cəzasız) buraxılacaq?! (Qiyamət-34-38)

95. “Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesabüçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?” (Mö’minun-115)

96. Biz ona iki yolu (xeyir və şər) göstərmədikmi?” (Bələd-10)

97. “Biz ona haqq yolunu göstərdik İstər (ne’mətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)”. (İnsan-3)

98. Məgər mənim ayələrim sizə oxunmurdumu? Siz isə onları yalan hesab edirdiniz!1 Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı? (İbrahim-10)


Tarix: 08.06.2013 / 13:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 406 Bölmə: Maraqlı melumatlar