beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamda Sakitlik Anlayışı

Bismillahir Rəhmanir Rəhim

Sakitlik
Allahın Peyğəmbəri (s) (Əbuzərə nəsihətdən): "Dörd şey var ki, mömindən başqa heç kimin ona əli çatmaz:İbadətin başlanğıcı olan sakitlik..."
İmam Əli (ə): "Sakitlik fərasətin əlaməti və ağlın meyvəsidir."
İmam Əli (ə) (möminin vəsfində): "Sakit qalmağı çoxdur və vaxtı tamamilə (Allah və axirət işlərinə, düşüncələrinə) sərf olar."

Sakitliyin səmərələri
Allahın Peyğəmbəri (s): "Çox sakit olmağı sənə tövsiyyə edirəm.Çünki bu şeytanın qovulmasının səbəbi və din işlərində sənin yavərindir."
İmam Əli (ə): "Daim sakitliyi seç ki, onun ən az faydası salamat qalmağındır."
İmam Əli (ə): "Sakitlik təfəkkürün bostanıdır."
İmam Həsən (ə): "Sakit insan çox heybətlidir."
İmam Həsən (ə): "Hərçənd gözəl natiq olsan da, bir çox yerlərdə susmaq necə də yaxşı köməkçidir."
İmam Rza (ə): "Sakitlik hikmət qapılarından biridir. Sakitlik məhəbbət gətirər, sakitlik insana hər bir xeyrin və yaxşılığın yolunu göstərər.

Bəyənilmiş sakitlik
İmam Əli (ə): "Dili hikmətin üzünə bağlamaqda bir xeyir yoxdur. Həmçinin nadanlıqla söz danışmağın da bir xeyri yoxdur.
İmam Əli (ə) Təqvalının əlamətlərini bəyan edərkən): "Sakit olmağı seçsə, sakitliyi onu qəmgin etməz və gülsə səsini ucaltmaz."


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Maraqlı melumatlar