beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vəhabiliyin Tarixçəsi

Mәhəmməd ibn Əbdül-Vəhhab hicri qəməri tarixi ilə 1111-ci ildə (1691 m. t.) anadan olmuş və 1206-cı ildə (1786 m. t) vəfat etmişdir. Hənbəli məzhəbinin dini elm ocaqlarına daxil olaraq Üyəynə şəhərinin savadlı şəxslərindən bir çox fənnləri əxz etdi. O, təhsilini təkmilləşdirmək məqsədi ilə Mədinə şəhərinə getməli oldu. Daha sonra İbn Əbdül-Vəhhabın İslam ölkələrinə səfəri başladı. Dörd il Bəsrədə, beş il Bağdadda qaldıqdan sonra İrana gələrək Kürdüstan əyalətində bir il, Həmədanda isə iki il müddətində məskən saldı. O, fəlsəfə və təsəvvüf (sufilik, irfan) elmlərini İranın İsfаhan və Qum şəhərlərində öyrəndikdən sonra Hicaza qayıtdı. Səkkiz ay evdə ibadətlə məşğul olduqdan sonra öz təbliğatına başladı.
Atası ilə birlikdə Hüreymilə şəhərinə köçərək atasının vəfatına kimi o şəhərdə qalmalı oldu. Deyilənlərə görə, çoxları kimi atası da onun yanlış fikirlərinə qarşı çıxaraq, oğluna öz etirazını bildirmişdi.
Mәhəmməd bin Əbdül-Vəhhabın əksər müsəlmanların əleyhinə olan və əslində İbn Teymiyyənin baxışlarını özündə cilvələndirən, xurafatla dolu azğın fikirləri xalqda o dərəcədə hiddət doğurur ki, hətta onu öldürmək qərarına gəlirlər. Lakin o, Üyəynə şəhərinə qaçmaqla ölümdən yaxa qurtarır.
O zaman Osman ibn Muəmmər həmin şəhərə rəhbərlik edirdi. Osman, Şeyx Məhəmmədə Ərəbistan yarımadasında öz təlimini yaymaqda kömək edəcəyini söz verir. Üyəynənin əmiri bacısı Cövhərəni Mәhəmməd ibn Əbdül-Vəhhabla evləndirməsi də bu qarşılıqlı müqavilənin möhkəmlənməsi istiqamətində idi. Ancaq bu əhdi-peyman və izdivac davam etmədi. Məhəmməd əmirin onа qаrşı sui-qәsd hаzırlаdığını zənn edərək, qorxudan yalançı Müsəyləmənin yaşadığı Dəriyyə şəhərinə qaçdı.
Üyəynədə qaldığı ilk andan şəhər əmirliyinin himayəsi ilə öz yanlış inanc və fikirlərini yаymаğа başladı. Onun Zeyd bin Xəttabın qəbrini dağıtması xalq arasında kəskin narazılığa və qalmaqala səbəb oldu. Dəriyyədə isə şəhərin əmiri Mәhəmməd ibn Səudla görüşdü. İki tərəfli sazişə əsasən, Mәhəmməd ibn Səud ona kömək etməli, o isə əvəzində iqtidarı müdafiə etməli idi.
Mәhəmməd ibn Səud da ibn Əbdül-Vəhhabla bu qarşılıqlı ittifaqın daha da möhkәmlәnmәsi üçün qızlarından birini ona ərə verdi. O, ilk öncə Üyəynə şəhərinin hakimini kafir və müşrik adlandıraraq, onun е’dаm edilməsinə hökm verdi. Üyəynəyə hücum etməkdə Ali-Səuda təkan verən də mәhz o oldu. Bu yürüş saysız-hesabsız insanın ölümünə, evlərin qarət və viran edilməsinə və hətta namuslarına belə təcavüz olunmasına səbəb oldu. Beləliklə, vəhhabilər tövhid şüarı, bidət və şirklə mübarizə pərdəsi altında öz hərəkatını bаşlаdı.
Mәhəmməd ibn Əbdül-Vəhhab müsəlmanların əziz İslam peyğəmbərinə (s) tapınmasını (təvəssül etməsini), ilahi şəxslərin məzarları üzərində günbəz və məqbərə ucaltmasını, qəbirləri ziyarət etmək məqsədi ilə səfərә çıхmаsını, Allah dostlarından şəfaət diləmələrini və bu kimi digәr mәsәlәlәri əldə əsas tutaraq, onun puç və batil əqidəsi ilә uyğun gәlmәdiklәrinә görə bütün İslam əhlini kafirlikdə ittiham edirdi.
Üyəynə şəhərini işğal etdikdən sonra, digər ərazilərə qoşun çəkərək, tövhid şüarı, bidət və şirk və onun cilvələrinin inkar edilməsi bəhanəsi ilə Nəcd və ətrafyanı müsəlman ölkələrinə, o cümlədən: Yəmən, Hicaz, Suriya ətrafı və İraqa soxuldular. İnsanlara zərrə qədər rəhm qılmayan bu azğınlar onların əqidəsini qəbul etməyənləri yerlə yeksan edir və mallarını qarət edirdilər.
Vəhhabilərin bu ifrat fikirləri və kobud rəftarı müstəmləkəçiləri sevindirən, müsəlmanlar arasında isə fikir ayrılığı, hərcmərclik və iğtişaştörədici başlıca amilə çevrildi. Belə ki, lord Korzon, vəhhabi аyinini təsnifləndirərək deyir: “Bu, xalqa bəxş edilmiş ən ali və dəyərli dindir.”
Hazırda Mәhəmməd ibn Əbdül-Vəhhabın dünyadan getməsinə baxmayaraq, bir çox şərqşünas və müstəmləkəçilər daima onun baxışlarını müdafiə edirlər. Hətta yəhudi şərqşünası Cüllеd Tәshir onu Hicazın peyğəmbəri adlandırarаq, xalqı onun fikirlərini dəstəkləməyə çağırır.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 117 Bölmə: Maraqlı melumatlar