beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vəhhabilərin Təbliğat Və Təşviqat üsulları

Bu məzhəbin nümayəndələri öz təlimlərini inkişaf etdirmək və fikirlərini xalqa təlqin etmək istiqamətində müxtəlif metodlardan istifadə edirlər. Onlardan bəzilərini nəzərdən keçirək:
1- Şiə məzhəbinin kitabları ilə mübarizə
Vəhhabilər, İmamiyyə şiələrinin digər məzhəblərdən daha artıq elmi məsələlərə yer verdiyinə görə, onlarla mübarizə etməyi qarşılarına məqsəd qoymuşlar. Çünki, elmi məsələlər onların xurafatla dolu xam xəyallarını ifşа еdәrәk üzə çıxarır. Yoxsa, şiələrlə bu qədər qarşıdurma nəyə lazımdır? Onlar həqiqət sorağında, başqaları isə səhv və batil əqidədədirsə, niyə batildən qorxurlar? Görəsən niyə şiəliyə mənsub kitabların cavanların arasında yayılmasına maneçilik törədirlər? Nәyә görә vəhhabi bir tələbə əlində şiə kitabı olmasına görə suçlanaraq universitetdən və təhsil aldığı elmi mərkəzdən qоvulmаlıdır? Vəhhabilərin ağıl və düşüncə sahiblərini həqiqətə yetişmək istiqamətində azad buraxaraq, özlərinin qərara gəlmələrinin qarşısını almalarının səbəbi nədir? Görəsən hansı amil bais olur ki, Misirin beynəlxalq kitab sərgisində görüntüyə qoyulan şiə əsərləri vəhhabilər tərəfindən alınıb yandırılır?


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 41 Bölmə: Maraqlı melumatlar