beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

!!!~=Qurtuluşa Gəlməyənlər=~!!!

Bir nəfər körpüyə çıxır və oradan özünü aşağıya atır. Sonra deyir ki, bu körpünü niyə düzəldib məni aşağı atdınız? Biz bu körpünü insanların gəlib keçməyi üçün düzəltdik, insanların gəlib özünü aşağı atmağı üçün yox...Üç-beş özünü bilməyən kəslər intihar edəcək deyə körpü aradan götürülər? Allahu-təala bu dini, bu Qurani-kərimi və bu namazı insanları Cənnətə qovuşdurmaq üçün körpü etmişdir. “Namazı əmr etməsəydi” deyirlər... Onda Cənnətə gedə bilməzdik. Allahu-təala Cənnətə gedəcək vasitəni belə yaratmışdır. İngiltərəyə hava və dəniz vasitəsiylə gedilir, qurudan getmək mümkün deyil. Allahu-təala da Cənnətə gedilən yolu belə düzəltmiş və “Kim buna uyarsa sonra Cənnətə gedəcək. Kim də tabe olmazsa Cəhənnəmə girəcək” deyir; çünki üçüncü bir yer yoxdur. “Mən niyə Cənnətə girmədim” deyənə “Sən Cənnətə gedən yola niyə girmədin? Niyə hər gün beş dəfə mən gəlmirəm dedin?” deyiləcək.

Namaz qılmayan heç kimin qəlbi təmiz olmaz. Günah işləyənlərin qəlbi təmiz olmaz. Günah qəlbi qaraldır. Onsuz da namaz qılmamaq böyük günahlardan biridir. Hər cür günahı işləyib “Sən qəlbə bax demək” din cahillərinin sözüdür. Namaz qılmayan bütün dünyada olan yoxsulları doyursa, hər kənddə və hər məhəllədə məscid, bulaq düzəltdirsə namaz qılmamağın günahı bunların hamısından çox olar.

Namaz dinin dirəyidir, təməlidir. Düzgün qılınan namaz hər xeyrin açarı və hər bir dərdin dərmanıdır. Namaz qılan şəxs dinini qüvvətləndirər. Namaz qılmayan əlbəttə, dinini yıxar. Namazı düzgün qılmaqla şərəflənən kəs çirkin, pis işlər görməkdən qorunmuş olar. Qurani-kərimdə “Düzgün qılınan namaz insanı böyük günahlardan və münkərdən mütləq uzaqlaşdırar” buyurulur. Hər namazın uzaqlaşdırdığı deyilmir. Düzgün qılınan, Allahu-təalanın razı qaldığı namaz bildirilir. Şayəd bir nəfərin namazı qəbul olmuşdursa o mömin pislik edə bilməz.

Halal çörək yeyənlər rahat namaz qılar. Çünki namaza əngəl haram loğmadır. Halal çörək yeyən namaza qaçaraq gedər. Siz “Namaz qıl” deməsəniz də onlar qılar.

Bir namazda on iki fərz var. Bir gündə altmış fərz edir. Bir müsəlman beş vaxt namazını qılmazsa gündə düz altmış dəfə Allahu-təalaya qarşı çıxmış olar. Bu insan necə qurtulacaq?

Namaz qılmamaq üç cürdür: Birincisi, şəxs namazın fərz olduğunu bilmir. İkincisi, tənbəlliklə qılmır. Üçüncüsü də önəm vermir. Önəm verməyən dindən çıxar. Önəm verməmək zərrə qədər də olsa narahat olmamaq deməkdir. Qiyamət günü hesab əvvəlcə imandan, sonra da namazdandır. Bir vaxt namazı əldən verməkdənsə min dəfə ölməyi tərcih etmək lazımdır. Harada və hansı şərtlər altında olursa olsun, namazı qılmaq lazımdır. Namaz nurdur. Namazsız keçən ömür heçdir. Peyğəmbərimiz "səllallahu əleyhi və səlləm" vəfat edərkən son cümləsi “Namaza diqqət edin, xanımlarınızı üzməyin” olmuşdur.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 99 Bölmə: Maraqlı melumatlar