beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏLƏKLƏRƏ İMAN

Mələklərə iman hər hansı bir şübhə və tərəddütdən uzaq olaraq var olduqlarına inanmaq deməkdir. Çünki bu imanın altı dayağından biridir. «Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (onların) Hamısı Allaha, onun mələklərinə, kitablarına və bütün peyğəmbərlərinə iman gətirmişlər…». (əl-Bəqərə 285). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm - insanların əhatəsində olduğu vaxt bir nəfər ona yaxınlaşıb: «Ya Rəsulallah! İman nədir?» deyə soruşdu. (Peyğəmbər): «(İman) Allaha, Mələklərinə, Kitablarına, Onunla (Allahla) görüşməyə, Peyğəmbərlərinə və Axirət günü dirilməyə iman etməkdir» deyə buyurdu. (Adam): «Ya Rəsulallah! İslam nədir?» deyə soruşdu. (Peyğəmbər): «(İslam) Allaha ibadət etmək və Ona heç bir şeyi şərik qoşmamaq, namaz qılmaq, fərz olan zəkatı vermək və Ramazan ayında oruc tutmaqdır» deyə buyurdu. (Adam): «Ya Rəsulallah! Ehsan nədir?» deyə soruşdu. (Peyğəmbər): «(Ehsan) Allaha Onu görür kimi ibadət etməkdir. Lakin sən Onu görməsən də, (şübhəsiz) ki, O səni görür!» deyə buyurdu. (Adam): «Ya Rəsulallah! «Mənə Qiyamət günü haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «Bu məsələdə soruşulan soruşandan cox bilmir (elimli deyildir). Lakin mən sənə onun əlamətləri haqqında xəbər verə bilərəm. Qul qadın (cariyənin) öz ağasını doğması, ayaq-yalın, cılpaq, (bir vaxtlar mal-qara otarması ilə məşğul olan) cobanların hündür binalar tikməkdə bir-biriləri ilə yarışmaları. (Qiyamət günü) qeybdən olan beş şeyin içərisindədir ki, onları Allahdan başqa heç kəs bilməz». Sonra Peyğəmbər: «Həqiqətən qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir, heç kəs səhər nə edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir və (hər şeydən) xəbərdardır!». (Loğman 34) ayəsini oxudu. (Əbu Hureyrə) dedi ki: «Sonra o, şəxs çıxıb getdi». Onun ardından Peyğəmbər – sallallahu aleyhi və səlləm - (səhabələrinə): «Onu geri qaytarın!» deyə buyurdu. (Səhabələr) Onu geri qaytarmaq üçün axtarmağa başladılar. Lakin heç kəsi tapa bilmədilər. Bundan sonra Peyğəmbər: «Bu Cəbrail – əleyhissəllam – idi. İnsanlara dinlərini öyrətmək üçün gəlmişdi!» deyə buyurdu
( Müslim 8-10, Buxari 50. )

Mələk – Ələkə - sözündən törənmişdir. Malaka – Maluk - göndərilən mesaj, məktub deməkdir. Çünki mələklər Allahın adından mesaj gətirənlərdir. Cəmi – Mələikə - deməkdir. Bəzi tədqiqatçılar deyirlər ki: Mələk – Mulk (hakimiyyət) – sözündən törənmişdir. Mələklər içərisində hər hansısa bir mülkə sahib olanı Mələk, insanlar içərisində isə Məlik (padşah) deyə çağırırlar . Çünki onlar Allahın göndərdiyi elçilərdir.(Firuzabadi “Basir” 4/524. )

Mələklər aləmi bir qeyb aləmidir. Allah tərəfindən yaradılmış və Allaha ibadət edən varlılıqlardır. Yaradılışları İnsan və Cinlərdən fərqlidir. Allah onları nurdan yaratmış, əmrlərinə tam uymağı və əmrlərini yerinə yetirmək gücünü vermişdir. Onlar Allahın əmirlərini yerinə yetirir və heç bir zaman Ona asi olmazlar. Mələklərin varlılıqlarını inkar edən hər hansı bir şəxs kafir olur. «Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdı». (ən-Nisa 136). Bu baxımdan da Əhli Sünnə vəl Cəmaat icma ilə mələklərə inanırlar.
Mələklərə iman özündə bir neçə xüsusiyətləri birləşdirir ki, bunları da hər bir müsəlmanın bilib iman gətirməsi vacibdir. Quran və Sünnəyə əsaslanaraq onların bir neçə xüsusiyyətləri ilə tanış olacağıq.


Tarix: 08.05.2013 / 19:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Maraqlı melumatlar